Pleysmaking (Placemaking) – bir başa olaraq yer yaratmaq kimi tərcümə olunur. Daha dəqiq olaraq abadlıq və bəzi məkanların inkişafı kimi başa düşülür. Qısaca olaraq şəhər mühitinin yerli sakinlər və professionallar tərəfindən yaxşılaşdırılmasıdır. Bu məsələdə şəhər sakinlərinin fikri daha önəmli olmalıdır.

Bu konsepsiya keçən əsrin 60-cı illərində yazıçı və futurist Anthony Boucher və şəhər planlaması üzrə teoretik Jane Jacobs tərəfindən yaradılıb. Onlar şəhər sakinlərinin fikrini önəmsəməklə şəhəri abadlaşdırmaq barədə düşünüblər.

Pleysmakinqin prinsipləri

Плейсмейкинг: почему город должны менять его жители, image #1

İnsanların ehtiyacları – əsas meyardır

Şəhər və onun ictimai məkanları şəhər sakinlərinindir. Məhz onlar şəhərdə baş verən dəyişikliklərə müsbət və ya mənfi rəy verə bilərlər. Buna görə abadlaşma işləri apararkən bir neçə qrup yerli sakinin fikirləri soruşulmalı və nəzərə alınmalıdır

İnvidual yanaşma

Pleysmakinqin kütləvi tətbiq oluna bilməməsi onun vacib nüansıdır. Hər məkan, hər küçə, hər rayon unikaldır və özünün unikal tələb və ehtiyacları olan sakinləri yaşayır. Abadlaşma işləri gedən yerlərin mütləq – tarixi, problemləri yerli sakinlərin fikirləri nəzərə alınmalıdır. Bu zaman şəhərdə iki bir-birinə oxşayan rayon olmayacaq

Sərhədlərin və çərçivələrin olmaması

Şəhərin mərkəzində çimərlik? – Absurd görünsədə, niyə də yox ?! Amerikanın Detroytunda çimərlik qumunu düz şəhərin mərkəzində töküblər. Şezlonqların yanında pivə yarmarkası, ot kortu və yoqa üçün xüsusi yerlər var. Öz şəhərimizdə bunu təsəvvür edin. Çətindir amma ola bilər axı.

Əsas rahatlıqdır, dizayn yox.

Əgər siz abadlıq işləri üçün ancaq mütəxəssisləri çağırsanız böyük ehtimal isə siz abadlıqdan sonra sakinlər üçün rahat olmayan amma müasir dizaynlı bir yer görəcəksiniz. Ancaq həmin ərazinin daimi sakinləri oradakı gizli yerləri, rahat məkanları bilir və qazonun niyə məhz oradan tapdalandığından xəbərdardır. Ancaq və ancaq məhz bütün bu xırda detalları nəzərə almaqla komfortlu ictimai məkan yaratmaq olar.

“Güc 10” qaydası

Bu qaydanı Project for Public spaces agentliyinin yaradıcıları və The Placemaking Fundun direktorları Fred Kent və Keti Medden fikirləşib. Onlar sakinlərə 4 rəngdə kağız paylayıb (qırmızı, narıncı, sarı və yaşıl) yaşadıqları ərazinin xəritəsinə yapışdırmağı xahiş ediblər. Yaşıl kağızları ən məhşur yerlərə, sarıları asudə vaxt keçirməyə bol məkanların orduğu yerlərə, narıncını – inkişaf etdirilməli perspektivli yerlərə, qırmızını isə mütləq müdaxilə tələb olunan kritik yerlərə yapışdırmaq lazım olur. Bu metod mütəxəssislərin rayonu planlayarkən sakinləri daha yaxşı başa düşməyə və onların tələblərinə uyğun hərəkət etməyə kömək edir.

 

Məqalədə bfm.ru; daily.afisha.ru; pps.org resurslarının materiallarından istifadə olunmuşdur

BURADA OLARKƏN
Yazını bəyəndizsə, layihəmizə maddi dəstək göstərə bilərsiniz. Bütün ianələr layihənin inkişafı üçün istifadə olunacaq.

Yazı ilə bağlı rəy bildirin: