“İctimai nəqliyyat nəyə lazımdır?” – Hamı insanları daşımaq üçün cavab verəcək və bu çox doğru cavabdır. Amma 100 adamdan yalnız 1-i deyərki bu həmçinin gələcəyə investisiyadır. Məsələ burasındadırki küçələrdə ictimai nəqliyyatın olması əhali üçün hərəkət sərbəstliyinin zəmanətidir. Küçərələrdə hərəkət varsa biznes üçündə ideal şərait vardır demək. Başqa sözlə desək ictimai nəqliyyat şəhər küçələrində potensial alıcıların sayını artırır. Amma bütün nəqliyyat vasitələri investisiya cəhətdən eyni deyildir.

Avtobus

BakuBus, Баку: лучшие советы перед посещением - Tripadvisor

İnvestisiya üçün ən uyğunsuz nəqliyyat vasitəsidir. Niyə? Çünki stabil deyil. Bu gün avtobus müvafiq küçə ilə gedir, sabah xətt dəyişdi və bitdi. Artıq həmin küçədən avtobus keçmir. Elektro avtobuslar üçündə bu prinsip keçərlidir.

Trolleybus

Bu daha yaxşıdır. Kontakt naqilləri asılıb. Xəttin dəyişilməsi daha çətindir. Avtobus deyilki, bu gün bir xətt çəkəsən sabah başqa

Tramvay

Tramvay OMÜ'ye Çıkamıyor | RayHaber | RaillyNews

Ən ideal variantdır. Əgər küçəyə rels çəkirlərsə bu relslərin ömrü çox uzun olur. Məhz bu səbəbdən tramvay xətlərinin çəkilməsində özəl biznesmenlər maraqlı olur. Niyə? Məsələn Sietlda tramvay xətlərinin çəkilməsinin 50%-ı özəl şirkət qarşılayıb (26 milyon dollar). Bu xətt layihələndirilib tikilənə qədər isə, xətlərin keçdiyi torpaq 2 dəfə dəyər qazanıb və xərcləri artıqlaması ilə qarşılayıb.

Turkey News - İstanbul Estate Projects

Tramvaydan əsasən şəhərin “ölü zonalarını” “diriltmək” üçün istifadə edirlər – tikinti xərci, yeni ticarət obyektləri və başqa layihələrdən gələn gəlirlə qarşılanır. Bu üsuldan bir çox şəhərlər istifadə edib: Memfis, Tampa, Lit-Rok, Detroyt və digərləri

Metro

Metro investisiya cəhətdən ümumiyyətlə “bomba”-dır. Bəli onu tikmək baha və çətindir. Qatarlar yerüstündə getmir amma stansiyalar minimum 100 il fəaliyyət göstərə bilər. Metro stansiya olan yerdə avtomotik hər şeyin qiyməti qalxır. Yığılan vergilər isə tikilən xərcləri qarşılayır.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: