BakuBus-un maliyyə hesabatları bizə nə danışır?
Bu yaxınlarda BakuBus MMC 2016-ci il üçün öz maliyyə hesabatlarını dərc etdi. Hesabatda çoxlu maraqlı məlumatlar var və bu gün mən onları sizin üçün təhlil edəcəyəm. Bir çox xəbər saytları yığılmış maliyyə zərərini (151 milyon manat) yüksək olduğunu görüb sensasiya yaramaq istədilər, lakin bu hadisənin əsasən manatın devalivasiyası nəticəsində (xarici valyuta ilə alınmış kreditlərin manat dəyərinin dəyişməsi) baş verməsini heç kim başa salmaq istəmədi.
Şirkət hansı investisiyalar hesabına yaranıb?
BakuBus MMC sərnişindaşıma fəaliyyətinə 2015-ci il başlamışdır. Şirkət 100% dövlət mülkiyyətindədir və onun quruluşu üçün dövlət tərəfindən 30 milyon manat nizamnamə kapitalına yönəldirilmişdir (2016-cı ildə 11 milyonunu geri almışdır).
Bundan əlavə avtobusların alınması üçün və depoların inşası üçün Fransanın Societe General bankından ümumilikdə 134 milyon AVRO məbləğində kredit cəlb edilmişdir. Kreditlər olduqca aşağı dərəcə ilə (Eurobor+ 0.7%, hazırda 1%-dən aşağı) götürülüb və 2021-ci ilə qədər ödənilməlidir. Hazırda bu kreditlər üzrə qalıq 177 milyon manattəşkil edir.
Şirkət özü bu kreditlərə xidmət etmək iqtidarında deyil, onun yerinə ödənişləri dövlət edir. 2015 və 2016-cı illərdə Maliyyə Nazirliyi BakuBus şirkətinin yerinə 56 milyon manat məbləğində kredit ödənişlərini həyata keçirib. Bundan əlavə, dövlət son iki il ərzində şirkətə əlavə 41 milyon manat kapital qoyuluşu etmişdir.
Hazırda şirkətin avtobus parkının qalıq dəyəri 164 milyon manat (2015-ci ildə 180 milyon manat) təşkil edir. Digər əmlakin dəyəri isə 48 milyon manatdır.
Şirkətin gəlirləri və xərcləri
2016-cı il ərzində BakuBus MMC-nin gəlirləri 12 milyon manat təşkil etmişdir, bunun 97%-i gediş haqqı gəlirləri təşkil etmişdir.
Dolayısı ilə bu deməkdir ki, şirkət 2016-cı ildə təxminən 61 milyon sərnişindaşımışdır, müqayisə üçün bütün Bakı Metropoliteni ildə 220 milyon sərnişin daşıyır.
Şirkətin əməliyyat xərcləri sərnişindaşıma və inzibati xərclərdən ibarətdir. 2016-cı ildə onlar aşağıdaki kimi olub:
Göründüyü kimi xərclərin ən böyük hissəsini köhnəlmə(amortizasiya) xərcləri təşkil edir, ümumilikdə 17.6 milyon manat.
Digər xərc manatın dəyərdəndüşməsi nəticəsində baş verib, avro ilə alınmış kreditlərin manat dəyəri 2015-2016-cı illərdə şirkətə ümumilikdə 100 milyon manatdan çox zərər vurub. Kreditlər üzrə faiz xərcləri isə 2.5 milyon təşkil edir. Beləliklə 2016-cı ilin maliyyə nəticələri belədir:
Lakın əlavə olaraq EBİTDA (Earnings before interest, taxes, depreciation and amortization) adlanan bir göstəriciyə nəzər salmaq vacibdir. Bu göstərici vergilər, köhnəlmə, faiz və qeyri-nağd maliyyə xərclərindən əvvəlki mənfəət və ya zərərdir, yəni biznesin aparılması üçün ancaq real xərcləri nəzərə alır.
Bir sərnişinin daşınması üçün əməliyyat xərci
Nəzərə alsaq ki, şirkət dövlətə məxsusdur və onun kreditlərinə dövlət büdcəsindən xidmət olunur bir sərnişinin daşınması üçün əməliyyat xərcini hesablayanda köhnəlməni hesablamaq düzgün olmazdı, çünki cəmiyyət artıq dövlət büdcəsi vasitəsi ilə bu xərci ödəyir.
Beləliklə sadə hesablamalar nəticəsində şirkətin real əməliyyat xərcləri 15.2 milyon manat təşkil edir, bu məbləği daha əvvəl tapdığımız 61 milyon sərnişinəböləndə 25 qəpik alınır, yəni cari tarifdən 5 qəpik çox. Yeri gəlmişkən bu defisiti bərpa etmək üçün dövlət BakuBus-a 2 milyon manat subsidiya ödəmişdir.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin:
daha maraqli indikator her bus.km-e olan xerclerdir, amma 2016-ci ile olan emeliyyat km-lerini elde etmek shertiyle
Bəli, amm bu məlumat yoxdur. Olsaydı müxtəlif şirkətləri bir biri ilə müqaisə etmək olardı