Bakının bəzi küçələrini insanlara qaytaraq

 

Hazırda Bakı şəhərinin mərkəzində bir neçə piyada küçələri var, onları hər kəs tanıyır: Nizami küçəsinin bir hissəsi (Torqovaya), Nigar Rəfibəyli və Rəsul Rza  küçələrinin bir hissəsi, Fəvvarələr meydanı və Məmmədəmin Rəsulzadə küçəsi. Bu piyada zonası şəhərin ən canlı yeridir, bu məkan sakinləri və turistləri çox cəlb edir, çünki orada insan özü üçün müxtəlif məşğuliyyət tapa bilir. Dünyanın bütün şəhərlərində piyada zonaları ən fəal yerlərə çevrilir.

 

Lakin bu piyada zonası ilə kəsişən küçələrdə vəziyyət o qədər də ürək açan deyil. Bu küçələr hal-hazırda xaotik parkinqlərə çevrilib və insanları o qədər də cəlb edə bilmir, halbuki buranın böyük potensialı var.


Gəlin sözü gedən zonaya daha yaxında baxaq. Burada olan küçələrin çox böyük iqtisadi potensiyalı var, bura Torqovaya kimi insanlarla və müxtəlif fəaliyyətlərlə dolu ola bilərdi.

 

Bu küçələr aşağıdakilardır:
  • Yusif Məmmədəliyev küçəsi
  • Zeynalabdın Tağıyev küçəsi
  • Akademik Əbdülkərim Əlizadə küçəsi
  • Tərlan Əliyarbəyov küçəsi
  • Natavan döngəsi
  • Zərifə Əliyeva küçəsinin bir hissəsi
  • Xəqani küçəsinin kiçik bir hissəsi
  • Rəsul Rza küçəsinin kiçik bir hissəsi
Küçələrin indiki vəziyyəti
Hazırda bu küçələr əsl mənada səmərəsiz istifadə edilir, burada hər gün parkinq xaosunu müşahidə etmək mümkündür, çoxsaylı piyadalar maşınların araları ilə hərəkət etməli olurlar. Bir neçə şəkillərə baxaq:

Ak. Əlizadə küçəsi:


Əliyarbəyov küçəsi. Burada həmdə tarixi bina sökülüb, yerində heç nə tikilməyib, əzrazi isə parkinq kimi istifadə edilir.


Z. Tağıyev küçəsi:


Natavan döngəsi:     


Y. Məmmədəliyev küçəsi. Burada da sökülmüş və parkinqə çevrilmiş bina var.


Xəqani(Molokan) bağının yanında gündə baş verən xaos

 

Bu küçələr çox daha səmərəli istifadə edilə bilərdi və burada işləyən bizneslər çiçəklənə bilərdi.  Bunun üçün bu küçələri tam və ya qismən piyada küçələrinə çevirmək lazımdır. Məsələn belə.

 

Və ya ancaq bir maşının keçməsi üçün şərait yaratmaq. 


Hər bir halda bu ərazidə parkinq yerlərini məhdudlaşdırmaq və prioriteti yalnız bu ərazidə yaşayan sakinlərə vermək lazımdır. 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

2 Replies to “Bakının bəzi küçələrini insanlara qaytaraq”

  1. Mən ümumiyyətlə nəinki yuxarıda adıçəkilən küçələrin, həmçinin Fəvvarələr meydanından şimal istiqaməti, ISR plazanın arxasından tutmuş Qış Bulvarına qədər avtomobil hərəkətinə məhdudiyyətin tərəfdarıyam. O ərazilər çox münbit biznes potensialına da malikdir. Eyni zamanda vətəndaşlar avtomobillərini Qış bulvarının geniş yeraltı dayanacağında saxlayıb, (maraqla) gəzərək Fəvvarələr meydanına (və həmçinin yuxarıda adı çəkilən küçələrə) gələcəklər.

  2. Bakinin merekezi dagidilir. Kim ne isteyir sokur ve suseden korobka tikir. Iki mertebeli bakinin verkezi get-gede mehv olunur. Butun bu erazi – Baksovet, Zimniy Park zonasi ve Bayila geder gohne binalari berpa edilip biznes obyektine cevirmek lazimdi.

Comments are closed.