Bakının tarixi məhəllələrini yaxşılaşdıraq

 
Hazırda Bakı şəhərinin bir çox mərkəzi küçələr səmərəsiz istifadə olunur. Bu yaxına kimi isə bəzi məhəllələr ümumiyyətlə diqqətdən kənarda qalmışdı, son zamanlar isə bir çox mərkəzi məhəllələrdə təmir bərpa işləri davam edir. Lakin bu kifayət etmir: 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində tikilmiş şəhər kvartallarının  böyük inkişaf potensiyalı var, çünki onların memarlıq üslubları gözəldir və bu ərazilər düzgün yanaşma olduqda ikinci nəfəs ala və şəhər sakinlərinin və turistləri sevimli yerinə çevrilə bilər. Bu məqalədə Bakının tarixi hissəsi olan bir ərazidən  bəhs etmək istərdim. Ərazi cənubdan Fəvvarələr meydanı və Nizami küçəsi ilə, şimaldan Qış Parkı ilə, qərbdən Azərbaycan prospekti ilə, şərqdən isə Səməd Vurğun küçəsi ilə məhdudlaşır. Ərazı təxminən bu hissəni əhatə edir:
 
Hal-hazırda bu ərazidə olan tarixi binalar yenidən qurulur və bu çox yaxşı haldır. Bu ərazidən bəzi şəkilləri göstərmək istərdim.
 
“Sovetski” ilə eyni zamanda yaranmağa başlayan bu ərazi daha sistemli şəkildə inkişaf etmişdir və kasıb təbəqə ilə yanaşı, zadəgan Bakı elitasının da şəhərin bu hissəsinin qurulmasında öz payı olmuşdur. “Vorstadt”alman dilindən tərcümədə qalaətrafı tikililərin ərazisi mənasını verir. İlk dəfə bu termin, 1835-ci ildə, Rus İmperiyası tərəfindən Bakının qalaətrafı əraziləri üçün planlaşdırdığı xəritədə qeyd olunmuşdur. Bu ərazi, “Fantaziya” hamamı, “Cuhud məhəlləsi”  və “Bakı milyonçuları”-nın əsrarəngiz iqamətgahları ilə məşhurdur. Son illər daha çox gənc şəhərlilər tərəfindən sevilən “Forştadt” mehmanxanalar, hostel-lər, bookcafe və pub-larla zənginləşir. Bu yaxında gənc Azərbaycan memarları tərəfində yaradılan “PİLLƏ” memarlıq studiyası “Forştadt” ilə bağlı öz layihələrini təqdim  etdilər.
Bu ərazidə olan küçələrin bir neçəsi dalandırlar və ancaq parklanmaq üçün istifadə edilir, tranzit küçələr isə piyada hərəkəti üçün demək olar ki, yararsızdılar. Layihəyə əsasən bu ərazidə olan bir neçə küçə avtomobil hərəkəti üçün bağlanmalı, digərlərində isə rahat və maneəsiz piyada hərəkəti üçün daha əlverişli edilməlidirlər. Təbii ki, bu sadəcə ilkin təhlillər nəticəsində verilən təkliflərdi və daha dərin araşdırmalar tələb edilir.
İdeyalar ilə bağlı bəzi eskizləri paylaşmaq istərdim:
 

Bəşir Səfəroğlu 151, 153

     Bəşir Səfəroğlu küçəsi, 151 və 153 ünvanlarında yerləşən ictimai və yaşayış təyinatlı binalar.
Bəşir Səfəroğlu küçəsi piyadalaşdırılması ilə yol boyu kölgəlik yarada biləcək, iqlimə uyğun ağacların əkilməsi nəzərdə tutulur.
      Binaların küçəyə açılan balkonlarının həcmi dinamiklikliyini daha nəzərə çarpdırmaq üçün binaya kontrastlı materiallardan istifadə təklif olunur.
İndiki kimi:
 

Təklif:

 

“Fantaziya” hamamı

      İslam səfərli və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən, tarixi və memarlıq dəyərinə görə seçilən binalardan olan “Fantaziya” hamamı kollaj üçün seçilmişdir.
Hal-hazırda bina perimetri boyu maşın parkinqi və ictimaiyyətə qapalı olması ərazinin potensialını açmağa imkan vermir.
      “Fantaziya” hamamı ilkin təyinatına qaytarılması və burada parkinqin qadağan olunması təklif olunur. İslam səfərli küçəsi tam piyadalaşdırılması nəzərə alındığından bura yerli sakinlərin asudə vaxtlarını daha rahat keçirə biləcəkləri zonaya çevriləcək. Lokal əhalinin yaratdığı mühitin və tarixi abidənin sərgiləndiyi bu zona turistlərin də marağını cəlb edəcəkdir.
İndiki kimi:

Təklif:

 

İslam Səfərli küçəsi

     Bu küçədə yerləşən binaların həcmi, miqyası, ümümi tarixi mühiti buranı piyadalar üçün cəlbedici edir.
Avtonəqliyyatın hərəkəti və çoxsaylı parklaması piyadalaşdırılmanın əsas maneələrindən biridir. İstifadəsiz azmərtəbəli binaların memarlıq kontekstini nəzərə alaraq yeni funksiyalara uyğunlaşdırmaq olar. Bu misal daxili həyətin musiqi səhnəsi kimi, damın isə açıq meydança kimi istifadəsin nəzərdə tutur.
      Piyadaların yolunu daha xoş və davamlı edəcək kafelər ümümlikdə bu rayonun canlanmasına səbəb ola bilər.
İndiki kimi:
 

Təklif:

 

Rəsul Rza küçəsi

Bu küçənin piyadalaşması onun indiki Nizami küçəsi ilə “Forştadt” arasındakı əlaqəni qura bilər. Bakı sakinlərinin əsas toplandığı məkanlar – çayxanalar, pivəxanalar kontekstə uyğunlaşdırılaraq yenidən istifadə oluna bilər. Abşeron təbiətinə xas olan tənək küçə yaşıllaşdırılma elementinə çevrilə bilər.
 
 İndiki kimi:
 

Təklif:

 

L.Tolstoy – R.Rza – H.Aslanov aralığı

Nizami küçəsinin yaxınlığında yerləşən bu boşluq bir neçə il əvvəl qədim binanın söküntüsü nəticəsində yaranmışdır.  Hal hazırda şəxsi avtomobillərin park yeri kimi istifadə olunan bu ərazi ictimayyətin istifadəsinə verilməsi təklif olunur. “Forştadt” rayonunun mərkəzinə çevrilə bilinəcək meydan, həm də şəhərin vaxtaşırı keçirilicək hadisələrinin (festival, konsert, yarmarka və s.) səhnəsi ola bilər. Meydanın altı parklama üçün, üstü isə kütlələrin yığışması üçün daş döşəmə ilə üzlənə bilər. Böyük açıq məkanın yaranması həm ətrafdakı binaları yenidən kəşf edə, həm də yaşıllıq üçün münbit şərait yarada bilər.
İndiki kimi:

Təklif:

 

L.Vidadi və M. İbrahimov küçələrinin kəsişməsi

“Forştadt” ərazisində yerləşmə və memarlıq baxımından əlvərişli olan, istifadəsiz binalara yeni funksiya qatmaq ilə küçə aktivliyini artırmaq mümkündür. Küçə boyu yerli sakinlərin tələblərini ödəyəcək satış və xidmət obyektlərinin açılması, küçə döşəməsinin yenidənqurulması, işıqlandırılması, yeni oturacaq və yaşıllıq adalarının yaradılması labüd sayıla bilər.
 
 İndiki kimi:
 

Təklif:


İslam Səfərli və Lev Tolstoy küçələrinin kəsişməsi

Kollajda iki küçəni görə bilərsiniz: İslam Səfərli və Lev Tolstoy. Bu küçələrdə hal hazırda kafe, qutab satılan məkan və üç pub yerləşir. Yalnız tanılayanların baş çəkdiyi bu məkanlar lazımı qədər rəğbət görmür. Təklif bundan ibarətdir ki, sadalanan məkanlar daha açıq və küçə ilə daim əlaqədə olan yerlərə çevrilsinlər. Küçələrdə maşın yox insanların hərəkətini görmək mümkün olsun.
İndiki kimi:
 
Təklif:
 

Bəşir Səfəroğlu 116

Kollajda əks olunan məkanı gördüyümüzdə, ilk ağlımızda canlanan istək – böyük ağacların kölgəsində çay və kofe içə biləcəyimiz yerin olmasıdır. Kollajın məqsədi bu kiçik cəlbedici məkanın potensialını açmaq idi.
 
İndiki kimi:
 
Təklif:

 

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

One Reply to “Bakının tarixi məhəllələrini yaxşılaşdıraq”

  1. Çox maraqlı, cəlbedici və əsl turiskit və kult yerlər etmək olar. Axır ki, uzun illərdən bəri beyində və göz önündə canlanan görüntülər layihə formasında gətiril. Ümidvaram ki, şəhər rəhbərliyidə bu ideyaya dəstək verəcəkdir. Lakin bir əsas nüans, talvarlara üstünlük verilərsə daha-da cəlb edici olar.

Comments are closed.