Düzgün infrastruktur qayda pozuntuları ilə necə mübarizə apara bilər

Bakı şəhərində səkilərdə parklanmış avtomobillər böyük problemdir və təəssüf ki kütləvi hal alıb. Ən pis hal ondan ibarətdir ki, çox adam heç buna fikir vermir. Gözlər bu mənzərəyə o qədər öyrəşib ki, bu adı hal kimi insanlarda təəccüb yaratmır. Amma bu yaxınlarda səkilərdə parklanmış avtomobillərin şəkillərini və qəzəbli şərhləri  sosial şəbəkələrdə tez-tez görmək olur. Bəs niyə? Son zamanlar küçələrimizdə panduslar təşkil olundu  və bu çox yaxşı haldır, şəxsən mən çox sevinirəm. Ancaq, təbii olaraq bu panduslardan istifadə edib səkildə parklanan sürücülər də tapıldı. Məsələn belə:

 

 

Eyni zamanda bəzi sürücülərimiz bu pandusların düz qarşısında park edərək piyadalın yolunu bağlayırlar. Məsələn belə:

 

Bir çoxlarınız deyəcəksiniz ki, bu sürücüləri polis cərimələməlidir. Təbii ki! Ancaq aktiv mübarizədən əlavə şəhər infrastrukturu özünü qayda pozuntularda xilas edə bilər. Gəlib baxaq necə
Birinci növbədə pandusları səkiyə rahat giriş kimi əngəlləmək üçün xüsusi dirəklər olmalıdır.

 

Bakı şəhərində istifadə edilən məhəccərlərin heç bir funksional gərəkliyi yoxdur. Ümumiyyətlə küçələri hasarlamaq heç də yaxşı ideya deyil, ancaq son zərurət olduqda ola bilərlər, məsələn məktəblərin qarşısında.

Pandusların düz qarşısında parklanmanı necə həll etmək olar? Çox rahat, sadəcə parklanmanın icazə verildiyi küçələrdə keçid yerlərində xüsusi çıxıntılar təşkil etmək lazımdır. Bax belə:

 

Bu çıxıntıların iki funsiyası var: birincisi bu yolu süni olaraq daraldır və sürücülər piyadanı daha yaxşı görür. İkinci funksiyası yol ayrıcında və piyada keçidində avtomobil parklanmasının əngəllənməsidir. 

 

 

 
Reallıqda bu tip keçidlər belə görkəmdə olur.

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: