Bakı və Abşeronda dəmir yolunun gələcək inkişafı

Bildiyiniz kimi təxminən bir ay bundan əvvəl ölkə başçısı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərininhazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama uyğun olaraq, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi həyata keçiriləcək.
Sözügedən işlər çərçivəsində mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. İlkin mərhələdə bu işlərin aparılması üçün 100 milyon manat ayrılmışdı.
Sonradan Azərbaycan Dəmir  Yolları QSC-nin rəhbəri Cavid Qurbanov bəzi məqamlara aydınlıq gətirdi. Videoya burada baxmaq olar.
Bu yaxınlarda isə haqqın.az saytının  yeni məlumatları özündə ehtiva edən bu məqalə işıq üzü gördü. Məqalədə bir çox tarıxi(əslində maraqlı idi) və şəhərətrafı daşımalara aid olmayan məlumatlar olsa da, maraqlı məqamlar da oldu, məsələn:
– Layihəyə əsasən 107 kilometr dəmir yolu təmir olunacaq, bu isə Bakının metro xətlərinin uzunluğundan təxminən 3 dəfə çoxdur. Bundan əlavə 25-ə yaxın stansiya yenidən qurulacaq. 
 Yeni marşrutların siyahısına və hərəkətin intensivliyinə  aydınlıq gətirilib: 
 Bu marşrut hal-hazırda fəaliyyətdədir. Bakı vağzalı – Biləcəri – Xırdalan – Güzdək – Sumqayıt. Gün  ərzində 11 cüt qatar fəaliyyət göstərir və gündə orta hesabla 6 min sərnişin daşıyır.

 

– Dairəvi dəmir yolunu tamamlayacaq əsas marşrut: Bakı vağzalı- Koroğlu- Bakıxanov- Sabunçu- Zabrat 1 və 2 – Kürdəxanı – Pirşağı- Görədil- Novxanı-Sumqayıt. Bu marşrut üzdə 31 cüt qatar buraxması gözlənilir.

 

Bakı vağzalı- Koroğlu – Bakıxanov- Bülbülə- Əmircan- Suraxanı- Hövsan marşrutu üzrə gündə 6 cüt qatar işləyəcək (məncə Hövsan üçün bu çox azdır)

 

Bakı vağzalı- Koroğlu- Bakıxanov- Bülbülə- Əmircan- Suraxanı- Binə- Qala –Zirə marşrutu üzrə 4 cüt (bu da çox azdır) qatar hərəkət edəcək.

 

Hava limanına gedəcək marşrut, Binədən hava limanına yeni xətt çəkiləcək. Bu marşrut Koroğlu- Bakıxanov- Bülbülə- Əmircan- Suraxanı- Binə stansiyalarından da keçəçək. Burada gündə 20 cüt qatar olacaq, bəlkə əvvəlki marşrutların az intensivliyini kompensasiya edəcək. Düşünmürəm ki, hava limanı kifayət qədər sərnişin təmin edəcək, hətta indi fəaliyyət göstərən ekspress avtobuslar yarı boş işləyir.

 

Bakı vağzalı- Koroğlu- Bakıxanov- Zabrat –Maştağa və Albalılıq – gündə 8 cüt qatar.

 

– Və son marşrut isə Bakı vağzalından Keşlə qəsəbəsi üzərindən Əhmədli qəsəbəsi və Nargilə kafesinın yaxınlığına aparacaq. Gündə 4 cüt reys olacaq.

 

 
ADY əlavə olaraq 16 qatar əldə etməyi planlaşdırır: 8 Stadler KİSS (EŞ-2)

 

və 8 Stadler Flirt

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: