Məhəmməd Hadı küçəsi

Bu dəfə gəlin Məhəmməd Hadı küçəsinə nəzər yetirək. Küçə Əhmədli qəsəbəsinin əsas küçələrinin biridir, hazıda isə küçənin böyük hissəsi təmir olunur. Bu küçə boyu iki metro stansiyası yerləşir (Əhmədli və Həzi Aslanov), H. Aslanov metro stasiyasının ikinci hissəsi tikilir. 
Son 10-15 ildə küçənin əsas hərəkət hissəsinin və binaların arasında olan yaşıllıq zolaqlarında çoxlu sayda kommersiya obyektləri tikildi və bir çox halda piyada infrastrukturu və səkilər məhv oldur. Bugünki və 10 il əvvəlki peyk görüntüləri ilə bölüşmək istərdim:
Həzi Aslanov tərəfi
Əhmədli tərəfi
İndi isə yer səviyyəsində olan görüntülərə baxaq.
Binaların və kommersiya obyeklərinin arasında olan sahə:

 

 
Səkilərin vəziyyəti, baryersiz mühitdən söz gedə bilməz:

 

 
Kommersiya obyektləri hətta qalan dar səkiləri zəbt edirlər:

 

 
Səki ümumiyyətlə bitə bilər:

 

 
Hər yerdə xaotik parklanma, səki yoxdur:

 

 
Baryersiz mühit? Yox eşitməmişik!

 

 
Piyadalar maşınların arası ilə getməyə məcburdular:

 

 
Avtomobillər və gələcək obyektlər bütün ərazini zəbt ediblər:

 

 
Səki nəyə lazımdır ki, təki maşın saxlamağa yer olsun:

 

 
Metro stasiyasının tikintisi davam edir:

 

 
Səki:

 

 
Yeni obyektlər üçün yer zəbt olunub:

 

 
Bura parklanma yerindir yoxsa səki?

 

 
Metro girişinin qabağı: taksi müştəri gözləyir.

 

Bəlkə Əhmədli metrosu tərəfdə daha yaxşıdır, axı orada təmir gedir. Gedək ora da baxaq.
Göründüyü kimi burada da vəziyyət o qədər də ürəkaçan deyil. Avtomobil yenə də dominatdır, yeri səkidən kəsib parklanmaya ayırmaq asanlıqla mümkümdür.

 

 
Səki birdən birə bitə bilər, amma bu piyadanın problemidir:

 

 
Qoy əziyyət çəksin:

 

 
Və təbii ki, avtobus cibləri. Avotobus cibləri  ictimai nəqliyyat üçün çoxziyan bir şeydir, amma əsas odur ki, maşınlara heç nə mane olmasın, avtobuslar vaxt itirə bilər. 

 

 
Nəticədə ağac mane olmağa başlayıb:

 

 
Sıx yaşayış olan yerdə belə səki ola bilərmi?
 
Yenicə zəbt edilmiş torpar, gözəl obyekt olacaq.

 

 
Nədənsə üç zolaq iki zolağa keçir, səbəbi nədir?

 

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: