Dostlar, bu gün sizinlə Rusiyanın məşhur urbanisti Arkadiy Gerşmanın Bakıya səfəri zamanı hazırladığı reportajlardan birinin Azərbaycan dilinə tərcüməsini paylaşmaq istəyirəm. A.Gerşman ilk dəfədir Bakıya səfər edir və öz təəssüratlarını şəhərin mərkəzindən yox, daha qıraq rayonlarından başlamaq qərarına gəlib. Məqalənin sonunda növbəti yazısını şəhər mərkəzinə həsr edəcəyini bildirib. Çalışaram, sizin üçün onu da tərcümə edim.
Məqalə ilə sona qədər tanış olsanız, özünüz də fikir verəcəksiniz, bir çox məqamlarda da biz də bu saytımızda dəfələrlə toxunmuşuq. Odur ki, bizə yeni qoşulan oxuculara səslənirik – “İnsan yönümlü şəhərlər” bloqu özündən heç də “Amerika açmır”, biz dünya təcrübəsindən danışırıq. İstəyimiz isə sadədir – digər şəhərlərin buraxdığı səhvləri biz təkrarlamayaq.
Getdik…
Adətən insanlar şəhərlə tanışlığı vağzaldan və mərkəzdən başlayırlar. Mən isə bu səfər bu ənəni pozmaq qərarına gəldim. Bu gün biz Bakı şəhərinin mərkəzindən bir neçə metrostansiya məsafəsinə uzaqlaşacayıq. Lap şəhərin qırağına da getməyəcəyik, amma bir azdan siz turistlər üçün nəzərdə tutulmuş marşrutlar və adi rayonlar arasındakı həyat arasında fərqini başa düşəcəksiniz.
Uçuş zolağına bənzər küçələr
Bura gəlməzdən öncə şəhər haqqında heç bir məlumatı Google-da axtarmamışam. Belə hallarda qiymətləndirmə subyektiv olmur. Amma təxmini mən Daşkəndə bənzər bir şəhər gözləyirdim – asfalt çölləri, ucuz “pont”lar və həqiqətən maraqlı obyektlərin məhv edilməsi. Qismən mən düz hiss edirdim!
Əgər sənin avtomobilin yoxdursa, sən ikinci dərəcəli insansan. Şəhər bütün pulları asfalt, körpülər və keçidlərə xərcləyir. Qalanın hamısı ikinci planda qalır. Bunu əyani olaraq bu fotoda görmək mümkündür: dar səki, pandusların olmaması, böyük fənər dirəyi və çox geniş yol hissəsi. Uşaq arabası ilə hərəkət edən ana, əlil bir şəxs və sadəcə iki nəfər yan-yana burada keçə bilməz. Zolaqların enini azaltmaqla burada səkini 1-2 metr genişləndirmək olardı, amma görünür burada belə şeylər heç kimə lazım deyil.
Bakıda əlçatan mühit insanlar üçün deyil, maşınlar üçün nəzərdə tutulub.
Piyada keçidləri – ayrı bir məsələdir. Belə keçidlə keçmək çox təhlükəlidir. Qranit bordürları nəzərə alaraq, burada svetofor və ya ən azı işıqlandırma üçün pul tapmaq olardı. Amma bu keçidi necə daha təhlükəsiz və əlçatan etmək haqqında heç kim düşünməyib – bir nömrəli prioritet maşınlara ayrılıb.
Düzgün olmayan prioritetlər və maliyyəni hardasa anlamaq olar – bu yolu bir çox şəhərlər keçən əsrdə keçmişdir. Amma öz insanların həyatını bu qədər təhlükəyə atmaq artıq qorxuncdur.
Yuxarıdakı və aşağıdakı fotoları özünüz müqayisə edin. Geniş bir küçədə piyada keçidi sadəcə boya və iki nişanla təşkil olunub. Küçələrin eni təxminə eynidir, amma yanaşma çox fərqlidir. Bu arada qeyd edim ki, 2004-cü ilə qədər Bakıda tramvaylar hərəkət edirdi.
Amma deyəsən mən çox tələbkaram. Bakının bəzi yerlərində hətta boyanma və nişan yoxdur.
Bakı müasir bir şəhər olmaq istəyir, amma burada sanki 1970-ci illərdə yaşayırlar və parlaq avtomobil gələcəyinə inanırlar. Amma heç kim fikir vermir ki, şəhər gündən günə daha aqressiv və ədalətsiz olur – kasıb və zəifləri küçələrdən qovurlar – dar səkilər, təhlükəli keçidlər, baryerli mühit və digər səhvlərlə.
“Parıs”!
Arxitektura hər zaman şəhərin siyasi həyatının güzgüsü olub. Yeni və köhnə binalar cəmiyyətin iqtisadi dəyərlərini əks etdirir. Misal üçün, Bakını SSRİ dağılandan sonra Parisə bənzətmək istəyiblər. Amma Parisdə siz belə bir dəhşətlə qarşılaşmayacaqsınız:
Problem tək proporsiyalar, materiallar və digər detallarda deyil – belə etmək sadəcə yersizdir. Sütün və heykəltaraşlıqla bəzədilmiş binanı düz paneltipli evlərlə üzbəüz tikirlər. Mühitin bütövlüyü və konteksti haqqında burada ümumiyyətlə eşitməyiblər.
Rusiyada da buna oxşar problemlər var. Bu, estetik və siyasi böhranın nəticəsidir, çünki memarlıq məktəbi “Layihələşdirmə və tikinti zamanı həddindən artıqlıqların aradan qaldırılması” haqqında fərmanla demək olar ki məhv olunmuşdur. Çoxlu pul axını gələndən sonra isə onu necə və harada düzgün istifadə etməyi heç kimə başa salmadılar. Eyni zamanda, bu, post-sovet ölkələrində “şaquli hakimiyyət” və öz rəhbərliyinin zövgünə məcburi riayət etməyin nəticəsidir.
Bakıda hətta panel evlərini Parisə bənzətmək istəyiblər. Nəticədə “gözəl” fasad və realistik həyət əmələ gəldi:
Şəhər ətrafı həyətlər real vəziyyətinin ən yaxşı göstəricisidir.
Bakıda reallıq ondan ibarətdir ki, ev və məhəllə pis gündə ola bilər, amma sakinlərin avtomobilləri bahalı və təmizdir . Bunun çox sadə izahı var: hər kəsin komfort və məsuliyyət zonası mənzilin və avtomobilin qapısında bitir. Qalanın hamısı “mənə aidiyyatı yoxdur” prinsipinə əsaslanır.
Keçmiş sovet dövlətləri üçün bu tipik bir haldır, sosial kapital hələ də çox zəifdir. Məhz buna görə cəmiyyət özü özünü tənzimləyir: kimin maşını daha bahalıdır, o da girişə daha yaxın saxlaya bilər.
Avtomobil və bir parça əlavə ev sahəsi – qalanların hamısı heç kimin vecinə deyil. Bakının məhəllərinə baxanda məhz bu cür təəssürat yaranır.
Kasıbların nəqliyyatı
“İnkişaf etmiş dövlət kasıbların avtomobildən istifadə etdiyi yer deyil, varlı insanların ictimai nəqliyyatdan istifadə etdiyi ölkədir” – E. Penyalosa, Boqota şəhərinin meri.
Başa düşdüyünüz kimi, Bakıda imkan olan kimi hər kəs özünə avtomobil almalıdır. İctimai nəqliyyatdan insanlar ümidsizlikdən istifadə edirlər. Tramvay və trolleybusları bu şəhərdən qovdular – onlar avtomobillərə maneə edirdilər. Yalnız avtobuslar və metro qaldı. Şəhərin mərkəzində futurustik “İVECO”lara rast gəlmək olar:
Mərkəzdən bir az kənarda vəziyyət fərqlidir:
Mənə dedilər ki metroda foto çəkmək olmaz. Amma bu artıq çəkilişdən sonra baş verdi. Gediş haqqı çox deyil, təxmini 10 rubl. Plastik və birdəfəlik kartlar istifadə olunur. Amma bir problem var – ödənişə bank kartları qəbul edilmir və aparat qalıq qaytarmır.
Metropoliten haqqında çox danışa bilmərəm, cəmi bir dəfə istifadə etdim. Çəkiliş qadağasını isə bir ifadə elə şərh edə bilərəm: “vaxtyor sindromu”*
(* ”vaxtyor sindromu” – kiçik vəzifədə çalışan insan, amma özünə böyük diqqət çəkmək və öz vacibliyini göstərmək üçün digər şəxslərə qadağalar və süni bürokratik maneələr yaradan).
Stansiyalardakı kütləvi reklamları görəndə Kiyevi xatırlayıram – burada reklam bilbordların sayəsində gediş haqqını qaldırmırdırlar.
Əgər küçələrin adını bilmirsənsə, o zaman metrodakı naviqasiya lazım olan çıxışı tapmaq üçün çox da kömək etmir. Reklamlar üçün nəzərdə tutulmuş böyük TV-ekran da köməyə gəlmir. Amma metronun “müştəriyönümlü” olmağı aydın görsənir.
Dəqiq deyə bilərəm ki, metro Bakıda çox populyar nəqliyyatdır. Pik saatlarında insanların sayı kifayət qədər çox olur. Düşünürəm ki, bu alternativlərin olmamasındandır.
Növbəti yazıda
Növbəti yazıda isə Bakının mərkəzindən danışacam. Görəcəksiniz ki onu bəzəmək üçün vəsaitə dövlət büdcəsinə qənaət etməyiblər. Amma növbədi dəfə şahidi olacaqsınız ki, qərarların qəbul edilməsində böyük büdcə aşağı kvalifikasiya problemini həll etmir.
Mənbə: Непарадный Баку | gre4ark
Oxşar mövzuda bloqumuzda digər yazılar:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
One Reply to “Arkadiy Gerşman: Ədalətsiz Bakı”
Comments are closed.