Bu gün sizə bir çox avtomobilçilərin kabusu haqqında danışmaq istərdim. İnsanları şəxsi minik vasitələrindən uzaqlaşdırıb, küçələri piyadalara, velosipedlərə həmçinin ictimati nəqliyyata vermək üçün bir neçə üsul var.
Şəhərdə avtomobil istifadəsini azaltmağın əsas 3 üsulu var: Adminstrativ, iqtisadi və fiziki
Adminstrativ üsul şəxsi nəqliyyatdan istifadəni hər hansı cəza və ya məhdudiyyətlə azaltmaqdır. Məsəlçün maşının dövlət nişanınındakı rəqəmlərin cəminə görə bu və ya digər maşınların həftənin tək və ya cüt günləri sürülməsini qadağan etmək.
Bu çox ciddi tədbirdir və yalnız kritik anlarda istifadə oluna bilər. Məsələn Pekində və Parisdə ciddi ekoloji problemlər yarananda məhz bu üsuldan istifadə etmişdilər
Bu üsula həmçinin nümunə olaraq maşın almaq üçün Sinqapurdakı kimi xüsusi lisenziya və Tokiodakı kimi parking yerinin olmasını göstərmək olar.
Ümumiləşdirsək adminstrativ üsul bəzilərinə maşın sürməyə icazə verən digərlərini isə qadağa qoyan qanunlar toplasıdır. Bu qanunlar isə sadaladığımız kimi situasiyadan asılı olaraq müxtəlif ola bilər
İqtisadi üsul insanlara maşınla gedib gedə bilməyəcəklərini özləri ayırd etməyə imkan verir.
Bu üsula – pullu parking, pullu yollar, maşına və ya benzinə əlavə vergi və s. aid edilir
Pullu parking insanları maşınlardan uzaq tutmaq üçün düşünülmüş ən yaxşı üsullardan biridir. Lakin bu üsulu tətbiq etməmişdən öncə əmin olmaq lazımdırki, sürücü mütləq şəkildə ən azı 1-2 boş parking yeri tapacaq.
Bu üsulla kim pul ödəməyə razıdır maşını ilə getməyə davam edəcək digərləri isə başqa nəqliyyat vasitəsindən istifadə etməyə başlayacaq. Pullu parking aşağıdakı nəticələrə gətirib çıxardır:
1) İşə maşınla gəlmək istəyən insanların (uzun müddətli) sayı azalacaq və pik vaxtlar şəhərdə maşınların sayı az olacaq
2) Qısa müddətli maşından istifadə edənlər daim parking üçün boş yer tapacaq.
3) Qanunsuz parking səbəbi ilə yollarda xaos yaranmayacaq.
Tez tez biz belə bir sitat eşidirik “Gəlin parkingləri pulsuz edək və parking qanunlarına nəzarət edək”. Bu fikir ədalətsizliyə və qanun pozuntusuna gətirib çıxardacaq. Beləki iş yerinə tez gələn insan həmişə parking üçün pulsuz yer tapacaq, biraz gecikən isə gəlib yer olmadığını görüb qanunsuz yerdə maşınını park edəcək. Niyə? Çünki artıq insan ora ARTIQ maşınla gəlib və təbii ki, yer tapmadığına görə geri qayıtmayacaq.
Həmçinin pullu yollarda maşın istifadəsini azaldır. Pullu yollar iki cür olur: şəhərin müəyyən bir yerinə giriş üçün pul (məsələn Londonda şəhərin mərkəzinə) və yollardan ümumi istifadə üçün pul (Sinqapur) ödəmək lazım olur. Yolların qiyməti ya fix və ya sutkanın vaxtına uyğun olaraq dəyişə bilər.
Fiziki üsul şəhərdə maşın sürmənin/parking etmənin məhdudiyyəti və ya mümkünsüzlüyü nəzərdə tutulur. Adətən bu üsul zamanı yollarda maşın sürməyi çətin, piyada və velosipedlə getməyi isə asan və komfortlu edir. Kopenhagenin mərkəzində piyada zolaqlarını elə hazırlayıblarki, mərkəzdə maşın sürmək fiziki olaraq mümkün deyil.
Solda insanı piyada gəzməyə məcbur edən şəhər, sağda insanı maşın sürməyə məcbur edən şəhər |
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.