İnsanlar yaşadıqları müddətcə böyük miqdarda tullantı “istehsal” edir və şəhər bu tullantıları utilizə etmək üçün əlindən gələni etməlidir. Ona görə istənilən yaşayış məntəqəsində zibilliyin olması mütləqdir. Amma təbiiki bu zibilliklərdə müxtəlif olur. Yaxşı zibil qabı öz funksiyasını sakitcə yerinə yetirəcək, insanları narahat etməyəcək və şəhərin vəziyyətinə təsir etməyəcək. Pis zibil qabı isə anti-sanitariya yuvasına çevriləcək və hər gün insanları zəhərləməyə davam edəcək.
Bəs yaxşı və pis zibil qabları nədir? Necə olmalıdır? Əvvəlcə yaxşılardan danışaq.
Əsas qayda şəhər insanların istəklərinə uyğun hərəkət etməlidir. Hər kəsin başının üstünə polis qoyub, şəhəri zibillədiyi üçün cərimə yazmaq real deyil. Zibil qabları əsasən insanların gur olduğu yerlərdə və əsasən marşrut boyunca düzülməlidir.
Skameykaların yanında yerləşən zibil qabları ilə bağlı fundamental bir sual var: əsas insanların rahatlığıdır yoxsa zibil qabının yaxınlığı? Çoxu deyirki insanlar sadəcə zibil qabının yanında oturmaq istəmir və bu onlarda narahatçılıq yaradır.
Məntiqli və düzgün sözdür amma bir şeyi nəzərə almaq lazımdır. Skameykalar tullantıların “istehsal” olunduğu ən əsas yerlərdən biridir. Buna görə skameykaların yanında mütləq zibil qabı qoyulmalıdır. Bu bilavasitə skameykanın yanında olmasada addım məsafəsində qoyulmalıdır.
Mütləq şəkildə hər zibil qabına külqabı və ya siqaret söndürmək üçün yer qoymaq lazımdır
Velosiped yollarında isə külqabısız keçinmək olar 🙂
Bu, şəhərin təmiz olması üçün minimumdur. Yaşayış səviyyəsi və insan sayı artdıqca daha irəli getmək lazımdır. Çünki bu zibil qablarını nə qədər yaxşı təmizləməkdən asılı olmayaraq, onlardan iy gələcək, zibil isə ətrafa səpələnəcək. Yaxşıki “ağıllı insanlar” bunun üçündə həll yolu tapıblar – germetik zibil qabları
Bəli, onlar bahadır amma onların yeraltı hissələri böyükdürki buda daha çox zibil atmağa imkan verir. Həmçinin tək bir adam bu konteynerləri təmizləyə bilir
Məsələn Utrext şəhərində bütün zibil qabları bu tiplidir. Həmçinin çeşidləmə üçün ayrıca konteynerlər var
Yeri gəlmişkən bildirəkki, zibil çeşidlənməsi onun yenidən istehsalı üçün nəzərdə tutulmayıb. Çünki xüsusi personal insanlardan sonra yenidən zibili çeşidləyir. Bu onun üçün lazımdırki insanlar özləri hansı resusrdan nə qədər istifadə edir bilsin.
Bunlar yaxşı zibil qablarına nümunələr idi. İndi biraz pislər barədə danışaq. Əslində küçəyə çıxıb Bakı şəhərindəki istənilən zibil qabına baxsaz “pis zibil qabı” nümunəsinə rast gələrsiniz.
Bakıda faciəvi şəkidlə zibil qabları çatışmazlığı var. Onlar isə demək olarki əsasən şəhərin mərkəzindədir. Dayanacaqlara qoyulan zibil qabları günlərlə təmizlənmir. Adicə Nizami küçəsində yerləşən binaların heyətlərinə girsəz natəmizliyi müşahidə edəcəksiniz. Hələ ətraf qəsəbə və ya mərkəzdən kənar küçələrdən danışmırıq
Hər dəfə dediyimiz kimi yenə deyirik. Velosiped kəşf etməyə ehtiyac yoxdur. “Daha ağıllı” adamların kəşf etdiyi velosipedi sadəcə şəhərimizdə tətbiq etmək lazımdır
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.