Bilirəm, bu post sürücü olan bir çox oxucuların xoşuna gəlməyəcək. Amma göydən düşüb bəzi reallıqları anlamaq lazımdır.

Dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda, parkinq zəruri sosial xidmətlərə aid deyil. Dövlət vətəndaşlara pulsuz orta təhsil, keyfiyyətli tibb xidmətləri, işsizliyə görə müavinətlə təmin etməlidir. Parkinq yeri haqqında bizim Konstitusiyamızda heçnə deyilmir.

Maraqlıdır ki, maşın alan insanlar dövlətdən pulsuz benzin, pulsuz yağ dəyişmə və pulsuz təkər təmiri tələb etmir. Eyni zamanda, hamı düşünür ki, dövlət hər bir vətəndaşa avtomobilin saxlanmılması üçün şəhərin istənilən yerdə pulsuz 10 kvadrat metr yer təmin etməyə borcludur. Niyə?

Maşını park etməyə yer tapmamaq, onu səkidə və yaxud uşaq meydançasında saxlamaq hüququnu qazandırmır.



Avtomobil alanda onu harada saxlayacağını hər kəs düşünməlidir. Eyni zamanda, maşını olan vətəndaş ev alanda həmin binada maşın saxlamaq üçün yerin olub-olmaması ilə maraqlanmalıdır.

Bakı kimi şəhərdə avtomobil zərurət deyil. Sakinlərimizin əksəriyyətində avtomobil yoxdur, onlar ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyatın keyfiyyəti sizi qane etmirsə, dövlətdən parklanma yerləri deyil, daha yaxşı ictimai nəqliyyat tələb edin.

Dünyanın bütün inkişaf etmiş şəhərlərində hətta məhləarası küçələrdə parklanma ödənişlidir. Çünki şəhər sahəsi məhdud resursdur, məhdud resurs isə pulsuz və ya ucuz ola bilməz. Biz əgər sivil ölkədə yaşamaq istəyiriksə, sivil ölkələrinin təcrübəni tətbiq etməliyik.


⠀⠀
Sənin maşının – sənin məsuliyyətindir. Bir avtomobil sahibi olaraq bu cümləni özümə də aid edirəm. Və sürücülərlə heç bir şəxsi qərəzliyim yoxdur. Avtomobil həqiqətən bəşəriyyətin böyük bir ixtirasıdır.

Lakin, avtomobilə sahib olmaq heç bir vətəndaşa əlavə imtiyazlar və digər insanların hüquqlarını taptalamaq haqqını vermir.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: