Taktiki Urbanizm (eng-Tactical urbanism), şəhər mühitini sürətlə dəyişdirmək üçün bir sıra tətbiqlərdir. Şəhər infrastrukturunun yaxşılaşdırılması üçün yerli, yaradıcı və aşağı büdcəli təşəbbüslər, 2008-ci il dünyada iqtisadi böhranın başlamasından bəri daha çox populyar olmağa başlayıb.

Məhşur şəhər dizayneri Eric Reynolds bu termini Asan,Tez və Ucuz kimi təsvir etmişdir. Məhz taktiki urbanizmin ideyası şəhərin bir hissəsini və ya şəhər mühitini ən qısa müddətdə və minimal səylə dəyişdirməkdir:

Taktiki Urbanizm beş xüsusiyyətə malikdir:

1. Dəyişikliyi stimullaşdırmaq üçün ölçülmüş, addım-addım yanaşma;

2. Yerli planlaşdırma problemlərini yerli mühitə uyğun həllərin təklif edilməsi;

3. Qısamüddətli tətbiq və real gözləntilər;

4. Maksimum gəlir gətirən kiçik risklər;

5. Vətəndaşlar arasında sosial kapitalın inkişafı, yerli icmaların inkişafı, dövlət, özəl və qeyri-kommersiya təşkilatları arasında əməkdaşlıq.

Məkanın yalnız buldozerlər və külüng köməyi ilə dəyişdirilə biləcək köhnə yerli metodlardan fərqli olaraq, taktiki urbanizm bir və ya iki gündə tətbiq oluna bilən həll yolları təklif edir, lakin nəticə tamamilə eyni olacaq – ictimai məkan insanlar üçün dəyişdiriləcək:

Əslində, bu taktiki urbanizmin əsas üstünlüyüdür – əgər bir şey nəzərə alınmadısa və ya özünü doğrultmadısa, hər şeyi tez bir zamanda yenidən dəyişdirə bilərsiniz və bu, çox vaxt və böyük maliyyə xərcləri ilə nəticələnməyəcəkdir:

Taktikal Urbanizmin tətbiqi nətiçəsində dəyişikliyə məruz qalmış küçələr:

1.Pearl Street Üçbucaqlı Meydanı (Brooklyn, NY)

2. Times Square (Manhattan, New York)

Taktik urbanizm, şəhər mühitini dəyişdirmək üçün çox sayda fərqli üsulu əhatə edir, ikisi haqqında nümunə təqdim edirik:

1. Avtomobillər üçün yolların bağlanması:

Hər şey çox sadədir – ya ərazini bir növ fəaliyyətlə əlaqədar (məsələn bir festival üçün) bir hissəsini tamamilə bloklayırıq. Və ya sadəcə küçə sahəsini yenidən bölüşdürürük – məsələn, velosiped zolağı düzəltmək və ya səkini genişləndirmək.

2.Parkletlərin quraşdırılması

Parklet- şəhər küçələrində avtomobillər üçün parkinq yerində quraşdırılmış xüsusi bir platformadır. Bu, bir park yerinin (bəzən 2) ümumi bir yerə çevrilməsi üçün edilir, buna görə də parket döşəmələrdən və oturub dincəlmə məqsədi ilə yaşıllıq və velosiped dayanacağı ilə hazırlanır.

Bizim üçün uzaq olmayan Moskva şəhərindən bir nümunə:

Bütün bu gözəllik Moskva şəhərində pullu avtomobil pakinqlərindən əldə olunmuş vəsait hesabına ərsəyə gəlməsi haqqında məlumat:

İnsan yönümlü şəhərlər lahiyəsi olaraq Bakı şəhəri üçündə Taktik Urbanizm konsepsiyasına uyğun təkliflər verilmişdir:

1.Böyük maliyyə vəsaiti xərclənərək yerüstü piyada keçidi tikilməsi əvəzinə:

Daha az vəsait tələb edən nizamlanan piyada keçidi təşkil etmək olardı.

2.Dənizkənarı bulvarda velosiped zolaqlarının salınması üçün də böyük vəsait lazım deyil:

Hal-hazırda olan mənzərə

Tələb olunan xərclər – boya və nişanlar:

Ümid edirik ki, bizim şəhərlədə də taktik urbanizm konsepsiyasına uyğun olaraq şəhər sakinləri üçün ictimai məkanlar təşkil olunacaq, ölkəmizin turizm potensialını nəzrərə alaraq bu artıq zamanın tələbidir.

İstinad olunan mənbə: https://gre4ark.livejournal.com/223375.html

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: