Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə açıqlamasına əsasən 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olmuşdur. Onlardan 342-si həlak olmuş, 745-i isə yaralanmışdır. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,0 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş vermiş, nəticədə 4 nəfər ölmüş, 9 nəfər yaralanmışdır. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Rəqəmlər çox qorxuducudu deyilmi?

Avtomobil yollarında başverən qəzaların sayının azalmasına nail olan ölkələrin misalını sizə təqdim etmək istərdim.

Onlar nə etdilər ki, biz onu edə bilmirik? “Vision Zero”-nun əsas prinsipi

“İnsanlar səhv edə bilərlər, qəsdən və ya ixtiyarsız qaydaları pozurlar. Bu dəyişdiriləsi mümkün olmayan bir qaydadır. Odur ki, küçələr elə qurulmalıdır ki, insanın bu təbii davranışı qəzalara və xəsarət almalarına səbəb olmasın. ”
– Niderland Yol Təhlükəsizliyi İnstitutu.

İsveç və Niderland kimi ölkələrdə yol hərəkəti, azadlığının ayrılmaz bir insan haqqı olduğuna inanır, və bu səbəbdə alış-veriş edərkən və ya dostları ilə gəzinti zamanı heç kimin yolda və küçədə həyatlarına təhlükə yaranmaması üçün “Vision Zero” konsepsiyası tədbiq olunub.

“Vision Zero” konsepsiyası Sistematik Təhlükəsizlik (Systematic Safety) prinsipinə əsaslanan İsveç və Niderland və digər Avropa ölkələrində təhlükəsizlik tədbirləri sistemidir.

1972-ci ildən bəri ABŞ-da yol qəzalarında ölüm hadisələrinin sayı əsasən avtomobil sənayesinin modernləşdirilməsi və təcili tibbi yardımın effektivliyinin artması ilə azalmışdır. Ancaq Niderlandda ölüm nisbətləri, daha əhəmiyyətli dərəcədə azaldı.

Niderlanddada yol hərəkəti təhlükəsizliyi proqramları, əvvəllər ən çox qeydə alınan qəzalara səbəb olan təhlükəli əraziləri müəyyən etmək və onların səbəblərini aradan qaldırmaq cəhdlərindən ibarət operativ tədbirlər planı idi. Lakin son 20 ildir “Vision Zero” konsepsiyasına əsaslanan Sistematik Təhlükəsizlik (Systematic Safety) prinsipinə əməl edirlər. Bu prinsip, qəza baş verməsini gözləməmək, qəza və xəsarət riskinin artdığı şərtləri sistematik şəkildə qarşısını almaq deməkdir.

Yoldakı bütün təhlükəsizlik problemləri hər bir insana xas olan iki xüsusiyyətdən irəli gəlir: Birincisi, insan bədəni həssas olduğu üçün bir avtomobil ilə toqquşmaya dözə bilmir, Ikincisi, yanılırıq, bəzən istəmədən, bəzən isə məqsədyönlü şəkildə qayda pozuntusuna yol veririk.

Sistematik Təhlükəsizlik (Systematic Safety) anlayışı bu əsas insan xüsusiyyətlərini nəzərə alaraq aşağıda qeyd olunan 5 prinsipə əsaslanır:

1. Prinsip: Sürətə nəzarət və bölgü (Speed control and Separation) – hər toqquşma növü üçün maksimum təhlükəsiz sürət var. Məsələn, yolu keçən bir piyada ilə avtomobil arasında toqquşma. Yollar bu iki tip istifadəçilərin toqquşmalarının ümumiyyətlə baş verməməsi üçün tərtib edilməlidir, və ya baş verə biləcək qəzaların qarşısını almaq üçün maksimum sürəti məhdudlaşdırmalıdır. İnsanların ümumi bir küçə boyunca gəzdiyi, görünmə məhdud olduğu, bəzən sürücülərin qəfil dayanmasına səbəb olan yerlərdə sürət 10 km/saat qoyulur.Buna səkinin səviyyəsinə qaldırılan piyada keçidləri ilə nail olunur.

Piyadalar və velosipedçilərin maşınlarla qarışıq bir axın içində olduğu yerdən keçə biləcəyi yerlərdə, süni sürət sakitləşdiricidən və yol kəsişmələrində əyilmələrdən istifadə edilərək maksimum 30 km / saat sürət həddi təyin edilir, çünki daha yüksək sürətdə qəzadan sonra sağ qalma şansı mümkünsüz olur.

Nizamlanmayan piyada keçidlərində maksimum 40 km/saatda sürət həddi qoyulur, çünki daha yüksək sürətdə sürücülər dayanmağa meyilli olmullar. Bunun üçün, dar hərəkət zolaqlardan, yolun birbaşa trayektorriyasını kəsən təhlükəsizlik adalarından istifadə edilir və avtomobilin bir-birini keçməməsi üçün yolun genişliyini hər iki istiqamət üçün bir zolaqla məhdudlaşdırılır.

Nizamlanmayan piyada keçidlərində təhlükəsizliyin təmin olunası üçün sutkanın qaranlıq vaxtı işıqlandırılma ilə təmin olunmalı.

Bir istiqamətdə hərəkət zolaqlarının sayı birdən çoxdursa, piyada keçidləri mütləq tam təchiz edilmiş, ştat rejimində işləyən işıqforla təmin olunmalı.

Harada ki, hərəkət 90 dərəcəlik bucaq altinda kəsişir, avtomobil gövdəsinin yan toqquşmaya tab gətirmək qabiliyyəti nəzərə alınmaqla, maksimal təhlükəsiz sürət 50 km/saatda təyin olunmalı.

Qarşılıqlı hərəkət zolaqları xüsusi arakəsmə ilə bölünməzsə, maşınların toqquşma zamanı təsir gücünü amortizasiya etmək qabiliyyətini nəzərə alaraq maksimum sürət həddi 65 km/saatda çox olmamalıdır.

Sürət həddi 30 km/saat olan yollarda, velosipedlər avtomobillərlə birlikdə hərəkət edə bilər; bu sürətdən yuxarı, velosiped zolaqları avtomobil üçün hərəkət zolaqlarından ayrılmalıdır.

“Vision Zero” konsepsiyasına əsaslanan Sistematik Təhlükəsizlik (Systematic Safety) prinsipinə əsasən sürətə nəzarəti yalnız maksimum sürət həddini bildirən yol nişanlarını quraşdırmaqla nail olmaqdansa (Sürətə nəzarət kameralarının quraşdırılması,DYP reydi ilə deyil), yolun və küçənin dizaynı özü özlüyündə bunu məcbur etməlidir. Dünyadakı yol inşaatı mühəndisləri nəqliyyat axınının sürətini artırmaq üçün küçələri necə dizayn edəcəyini bilirlər, lakin Niderlanda nəqliyyatın hərəkətini sakitləşdirmək çün yolun necə dizayn olunmasını bilirlər və bunu düzgün tədbiq edillər.

2. Prinsip: Funksional harmoniya (Functional harmony)

Yolların bir çox funksiyası ola bilər. Məsələn: Bir yol evlərə və dükanlara giriş üçün həmçinin bir avtobus zolağı olan və ya nəqliyyat axınını tənzimləyən kimi bir çox funksiyanı yerinə yetirə bilər. Funksional harmoniya yolun bir hissəsində uyğun olmayan funksiyalardan qaçınmaq deməkdir. Məsələn,dükanlara çıxışı təmin edən bir küçədə,hərəkətdə olan (parkingə girib çıxan) avtomobillərin və eyni zamanda yolu keçən piyadaların olması,bu hərəkət axınını daşımaq funksiyası ilə uyğun gəlmir.

Funksionallıq nəzərə alınaraq şəhərlərdə, 4 növ yol olmalıdır:
1.Yerli küçələr (Local streets) maksimum sürət həddi 30 km/saat təyin olunur, zolaqlara ayrılma xətləmə yoxdur lakin küçədə parklanma və hərəkəti uzaq tutmaq üçün zəruri yayındırmalar mövcud olur.

2.Əsas küçə (Main street) maksimum sürət həddi 40 km/saat təyin olunan əsas küçə – hər istiqamət üçün bir zolaq,mümükün velosiped üçün hərəkət zolaqları və təhlükəsizlik adaları ilə təmin olunmuş və birbirində çox uzaq məsafədə olmayan piyada keçidləri.

3.Şəhər arteriyaları (Urban arterials) müəyyən edilmiş sürət həddi 50 km/saat şəhər yolları, tənzimlənən kəsişmələr, ayrılmış velosiped zolaqları və yüksək intensivliyi olmayan kommersiya fəaliyyəti.

4.Regional əhəmiyyətli yol (Regional flow roads) geniş ayrıcı zolağı və məhdud giriş imkan eyni zamanda yüksək sürət məhdudiyyətləri ilə şəhərlər arası yollar.

Maqistral avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması üçün Norveçin tədbiq etdiyi qaydalar ən müasir nümunədir. Azərbaycanda bir çoxu şahid olub ki, rayon yollarında əksər sürücülər sürətə nəzarət kamerasına catana yaxın sürətini azaldır və radarı keçdikdən sonra yenidən sürəti yüksəldir. Norveçdə bu mümkün deyil, çünki orda sürətə nəzarət kameraları orta sürətə görə sürücüyə cərimə tədbiq edə bilər.Bu neçə işləyir?

Orta sürət iki sürətə nəzarət kamerası arasında ölçülür. İki sürət kamerası arasındakı məsafə birindən digərinə catmaq üçün lazım olan vaxta bölünür. Kameralardan keçəndə qırmızı işığın yanıb-söndiyini görəcəksiniz. Bu, çox sürətlə getdiyiniz demək deyil, yalnız nəqliyyat vasitənizin fotoşəkili çəkilmişdir.

Çox sürətlə sürmüsünüzsə, ikinci kameradan 40 metr sonra sarı bir işıq yanacaq. Şəkil və onu müşayiət edən məlumatlar daha sonra Norveçin ictimai yolları idarəsinə göndəriləcək və burada hər iki kamera tərəfindən çəkilmiş eyni nəqliyyat vasitəsi olduğu təsdiqlənəcəkdir. Sonra iş polisə təhvil veriləcək.

Sürət kamerası bütün keçən nəqliyyat vasitələrinin fotoşəkillərini cəkir. Ayrıca keçmə vaxtı, təkər bazası, çəki və ban nömrəsi kimi əsas məlumatları da qeydiyyata alır. Yalnız əsas məlumatlar Speed Camera B-yə ötürülür.

Speed Camera B, Sürət Kamera A-dan keçən nəqliyyat vasitələrinin siyahısını tərtib edir. Bu vasitələr Speed Camera B-yə gəldikdə əsas məlumatlardan tanınacaq və sürəti hesablanacaq.

3. Prinsip: Proqnozlaşdırma və Analaşıqlıq (Predictability and Simplicity) insanlar o halda daha az səhv edillər ki,nə gözlədiklərini bilirlər və qərarlar sadədir. Məsələn Niderlanda, şəhərlərdə qırmızı səki velosiped zolağı deməkdir, bunu hər kəs bilir,çünki bütün velosiped zolaqları qırmızıdır.Piyada keçidlərinin demək olar ki, hamısında təhlükəsizlik adası var,çünki belə daha sadədir, buna görə daha təhlükəsizdir və bir dəfəyə bir istiqamətə nəzarət etməyə imkan verir. Niderlanda hərəkət sıxlığı olan yollarda sola dönmək üçün sola dönmə zolağı və dönmə oxları var,hansı ki, sürücülər hərəkət intensivliyi sıx olan yolda dönmək üçün imkan axtarmalı olanda meydana gələn səhvləri aradan qaldırır.

4. Prinsip: Bağışlanma və Məhdudiyyət (Forgivingness and Restrictiveness) Bağışlama, o deməkdir ki, əgər kimsə sadə səhv edərsə bu ciddi xəsarət alma ilə nəticələnməsin. Məhdudiyyət o deməkdir ki, insanları onların etmək istəyə biləcəkləri səhvlərdən çəkindirmək. Məsələn: fiziki olaraq ayrılmış velosiped zolaqları insanların orada avtomobillərinin park etməsinin qarşısını alır, və yaxud yolları bir istiqamətdə bir zolağa qədər məhdudlaşdırmaq sürət artırmanı imkansız edir,çünki əksər hallarda qarşınızda bir maşın hərəkət edir.

5. Prinsip: Maarifləndirmə (State Awareness) prinsipi yol infrastrukturunun dizaynından kənar amillərə bağlıdı, məsələn, sərxoş vəziyyətdə idarəetmə, sükan arxasında mobil telefondan istifadə və sürücülərin təcrübəsizliyinə aiddir. Avtomobillərin və yolların gətirdiyi hərəkətlilik, insan rifahının böyük qazancı deməkdir. Amma “Vision Zero” deyir ki,biz inkişafın qiyməti kimi epidemik yol qəzalarını və ölümləri qəbul etməməliyik. Avropa təcrübəsi göstərir ki, yollar hər zaman təhlükəsiz olmaq üçün dizayn edilə bilər ki, sistematik (davamlı) təhlukəsiz olsun.

Sonunda ən vacibi, yollarımızda təhlükəsizliyin təmin olunması üçün buna məsul dövlət orqanları səy göstərməli və Sistematik Təhlükəsizlik (Systematic Safety) qaydalarını qəbul edilərək təxirə salınmaz tədbirlər planının kerçəkləşdirməlidirlər.

Oxşar mövzuda bloqumuzda digər yazılar:

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

One Reply to ““Vision Zero” konsepsiyasının Sistematik Təhlükəsizlik prinsipi”

Comments are closed.