27 fevral 2020-ci il tarixində Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır. 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərini həyata keçirilməyə başladı və nəhayət 05 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tədbiq olundu.

COVID-19 infeksiyasının bütün dünyaya yayılması insanların öz davranışına müxtəlif cür təsir göstərirməyə başladı. İnsanlara səfərlərin sayını azaltmaq tövsiyə olunsa da, insanların etibarlı və əlverişli nəqliyyat seçimlərinə sahib olması çox vacibdir.

Dünyadakı şəhərlər COVID-19 pandemiyasının qarşısını almaq və yavaşlatmaq üçün fiziki təmasları məhdudlaşdırmaq üçün geniş tədbirlər tətbiq edərkən, bir çox insanda hələ də iş yerlərinə çatmaq üçün şəhərlərdə hərəkət edərək gündəlik ehtiyaclarını ödəməyə və ya həssas insanlara yardım etməyə calışırdılar.

Gəlin baxaq görək pandemiya zamanı inkişaf etmiş ölkələr insanların böyük şəhərlərdə hərəkəti üçün hansı tədbirlər gördülər.

Nyu-York

Nyu-Yorkda velosipedçilərə və mikromobil nəqliyyatdan istifadə edənlərə daha çox yer verdilər. Beləliklə, insanların kiçik ölçülü fərdi nəqliyyat vasitələrinə sürətli keçidlərini asanlaşdırdılar.

Martın 9-da Nyu-York meri Bill de Blasio şəhər sakinlərinə velosipedə keçməyi məsləhət gördü və eyni zamanda velo aktivistlərlə birlikdə yeni velosiped sürənlər üçün velosiped sürmə dərsləri təşkil etdilər. Ancaq bir mənfi cəhət ortaya çıxdı: velosiped icarəsi sistemi bu qədər insan axını üçün tam hazır deyildi və hər zaman velosiped icarə stansiyalarinda velosiped tapmaq mümkün olmurdu.

Pandemiya müddətində sosial məsafətinin saxlanması nəzərə alaraq dar piyada səkilərini genişləndirmək üçün avtomobillər üçün hərəkət zolağının bir hissəsi piyadalara ayrılmışdır.

Kolumbiyanın Bogota şəhərində

Şəhər meriyası velosiped yollarının ümumi uzunluğunu demək olar ki, bir gecədə 76 km artırdılar ki, məsafələrini saxlayaraq daha çox insan velosipedlərindən istifadə edə bilsin. Həftədə bir dəfə avtomobillər üçün 120 kilometr küçə bağlanaraq velosiped zolaqlarına çevrilən Ciclovía layihəsi mart ayından etibarən gündəlik fəaliyyət göstərir. Buna əlavə olaraq velosipedçilər və piyadalar üçün avtomobil zolaqları yerində əlavə olaraq 117 kilometr müvəqqəti yer ayrılmışdır.

Londonun şəhər meriyası, illərdir velosiped şəbəkələrinin inkişafına pul xərclədikdə düzgün iş gördüklərinə əmin oldular. Pandemiyadan sonrasıda velosiped sürməyi təşviq etmək üçün tədbirlər görməyi planlaşdırırlar.
Böyük Britaniya Baş naziri Boris Jonson parlamentə bildirib ki, yaxın gələcəkdə “velosiped sürmək üçün yeni bir qızıl dövr” olmalıdır.

Ehtimal olunur ki, elan ediləcək tədbirlər arasında bəzi işçilərə böyük endirimlərlə velosiped almağa imkan verən proqramın təsdiq olunması planlaşdırılıb. Proqram həmcinin özünüməşğulluqda iştrak edən insanlarada şamil olunacaq.

Böyük Britaniyanın Nyukasl (Newcastle) şəhəri.

Grey Street küçəsi, Grainger şəhəri, İngiltərə, 19-cu əsrdə:

Grey Street tezliklə necə görünə bilər.

Nyukasl, avtomobillərin küçələrdə məhdudlaşdırılmasına yönəlmiş post pandemiya tədbirlərini təsdiq edən şəhərlər sırasındadır. Uzunmüddətli perspektivdə Nyukasl Şəhər Şurası daha geniş səkilər salmaq həmçinin velosiped zolaqlarının uzunluğunu artırmaq və şəhər daxili küçələrdə hərəkər sürətini saatda 20 mil (30 km/saatda) azaltmağa planlaşdırıb.

Almaniya şəhərləri, Covid-19 kilidlənmə müddətində velosiped zolaqlarını genişləndirmək üçün yol nişanlarını yenidən tərtib edirlər, çünki velosipedçilər idarə edənlərin sayı artdı və işə getmək üçün yollarda fiziki cəhətdən daha çox yer tələb olundu.

Almaniya höküməti, ailələr istisna olmaqla, iki nəfərdən çox insanın toplaşmasının qadağan olunduğu mövcud məhdudiyyətlərə baxmayaraq, velosiped istifadəsini təşviq etdi.

“Mümkünsə, velosipedlə hərəkət edin və ya piyada gəzin”

Bu, Ümümdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası zamanı hərəkətə dair 21 aprel tövsiyələrində qeyd olunmuşdur. Hər iki hərəkət yolu insanlara gündəlik fiziki fəaliyyət normasını yerinə yetirməyə və lazımi fiziki məsafəni təmin etməyə kömək edir.
Məsafəni asanlaşdırmaq üçün dünyanın şəhərləri piyadalara və velosipedçilərə ayrılmış daha çox yer verir, hansı ki,əvvəllər bu yollarda avtomobillər üstünlük təşkil edirdi.

Bəs bizim Bakıda hansı tədbirlər görüldü?

Martın 31-də, gecə saat 22:00-dan etibarən metronun fəaliyyəti dayandırılmışdı. Metropolitenində qatarların hərəkəti dayandırıldığından, sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməyə başlanıldı. Bakıda ictimai nəqliyyat üçün xüsusi ayrılmış hərəkət zolaqlarının olmamasına görə ekspres avtobusların effektivliyi özünü doğrultmadı.

Ən azından Bakıda Avropa oyunları zamanı ayrılmış xüsusi hərəkət zolaqlarını ekspres avtobuslar üçün bərpa etmək olardı.

Bakı küçələrində xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı aparılan tədbirlər nətiçəsində DYP tərəfindən qurulan postlar ictimai nəqliyyatında işini yararsız etmişdir.

Metronun işini dayandırmaqla və saatlarla avtobusda sərnişinlə dolu tixacda dayanmaqla virusun qarşısı neçə alınır mənə məlum deyil.

Təssüflər olsun, Bakıda ictimai nəqliyyatın təşkilinə cavabdeh qurumlardan pandemiya zamanı kuçə və prospektlərdə ictimai nəqliyyat üstünlüyünü təşkil etmək üçün xüsusi hərəkət zolaqlarının ayrılmasının şahidi olmadıq.
Velosiped yolları haqqında heç söhbət getmədi, lakin müzakirələr zamanı, əksinə ekspres marşrut taksilər haqqında məlumat verildi.

Post pandemiya dövründə ictimai nəqliyyatın effektivliyi artırılması üçün fikrimcə aşağıda qeyd olunan minimum tədbirlər nəzərdən keçirilməlidir:

  • İctimai nəqliyyat üçün xüsusi hərəkət zolaqlarının təşkili sürətlənməlidir.
  • Ekspres avtobusların intervalı metro və Bakı-Sumqayıt-Bakı elektrik qatarınınlarının hərəkət cədvəlləri ilə sinxronlaşdırılmalıdırması nəzərdən keçirilməli.
  • İctimai nəqliyyat üçün ayrılımış zolaqları qanunsuz zəpt edənlərə qarşı ciddi inzibati tədbirlərin görülməsi.
  • Şəhər daxilində küçə parklanmsında yer alan xaosun aradan qaldırılması.
  • Şəhərsalmada müasir tələblərə cavab verən standartların qəbulu və tədbiqi.
  • Şəhər daxilində avtomobillər üçün hərəkət zolaqlarının eninə dair tələblərin yenidən baxılması.
  • Velosiped zolaqlarının salınmasını sürətləndirmək. Tək Bakı ilə kifayətlənmək lazım deyil, bu prosesdə, eyni zamanda respublikanın iri şəhərləri Gəncə,Sumqayıt, Mingəçevir əhatə etməlidir.
  • Piyadalar üçün dar səkilər genişləndirilməlidir, hərəkəti məhdud insanların baryersiz hərəkəti nəzərə alınmaq şərti ilə.
  • Yol hərəkətinin təşkili “Vision Zero” konsepsiyası Sistematik Təhlükəsizlik (Systematic Safety) prinsipinə əsaslanmalıdır ki, avtomobil qəzalarında xəsarət alanların və qurbanların sayını azaltmaqla, ölkənin səhiyyə sisteminə əlavə yükün yaranmasının qarşısını almaq imkanı yaranır.

Həmçinin oxuyun:

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: