Bəli düz eşitdiniz. Yəgin ki məqaləmizin başlığını oxuyan standart azərbaycanlı sürücü “Bunlar dəli olub əəə” kimi düşünə bilər. Əslində isə məsələ başqadır.

Keçən əsr Amerikada yaşayış rayonlarının sökülüb kütləvi magistral yolların çəkilməsi ilə yadda qalmışdı. Yavaş-yavaş böyük Amerika şəhərləri yaşayış məkanından cansız parking, benzindoldurma məntəqələri və maşın təmiri obyektlərinə çevrilməyə başladı. Qətiyyən mən yeni yolların salınmasının əleyhinə deyiləm. Sadəcə amerikalılar kimi hər şeyi söküb yerinə yollar tikərək hər kəsi maşın sürməyə vadar etsən gec-tez bu sözün əsl mənasında cəhənnəmə çevriləcək.

Keçən əsrin ortalarında dövlət orqanları yerli hakimiyyət orqanlarına yaşayış məkanlarından keçən magistralların salınmasına maddi dəstək olur, onların xərclərinin 90%-ni qarşılayırdı. Magistralın çəkilməsi bütün rayonu tamamilə dəyişirdi. Beləki insanların sevərək yaşadıqları məkanlar birdən birə hər tərəfi maşın olan bir yerə çevrilirdi. Təbii ki, sakinlərin etirazı çox bir şeyi dəyişimirdi.

Amma bu məqalə amerikan yolların çəkilməsi barədə deyil. Bu gün biz onların səhvlərini qəbul edib, məsələni necə həll etdikləri barədə danışayacıq. ABŞ-da bu magistral yolları sökməyə hazırlaşırlar.

Bir çox amerika “highway”-lərin 50 illik istifadə müddəti başa çatır. Onların qabağında 2 seçim var: yolların yenidən təmiri və ya sökülməsi. Bəlkədə buna inanmaq çətindir, amma ABŞ bu yolları sökməyə 10 milyard dollar ayırmağı planlaşdırır.

Ayrılan bu vəsaitlə magistralların yerinə, velosiped yolları, səkilər salınacaq, ictimai nəqliyyatın ümumi vəziyyəti yaxşılaşdırılacaq.

Uzunmüddətli vədədə bu layihə “cansız” rayonlardan həyat səviyyəsini yaxşılaşdırmağa kömək edəcək.

Qəribə görünsədə yolları genişləndirməklə Amerika tıxaclardan qurtulmadı, həyatları rahat olmadı. Təəssüf ki, Amerikada 60-70 il tətbiq olunan bu uğursuz təcrübə hazırda ölkəmizdə tətbiq olunur.

Yolları genişləndirmək həmçinin ekoloji problemə gətirib çıxardır. Geniş yol – daha çox maşın – daha çox səs – daha çox karbon qazı.

Vaxtılə Boston şəhəri də digər Amerika şəhərləri kimi avtomagistrallardan bol idi. Hazırda isə bir çox yolları yerinə altından çəkməklə köhnə avtomagistralların yerində park salıblar

Təsəvvür edin əvvəl buradan şosse keçirdi:

Daha bir nümunəni Nyu-Yorkdan gətirək. Vaxtı ilə avtomobil yolu olan Queens bulvarının bir hissəsini piyadalar və velosipedlər üçün rahat bir yerə çevirdilər. San Fransiskoda yerləşən Embarkadero avtomagistralının yerində də hazırda tamamilə dəyişib insan yönümlü hala gətiriblər

Daha bir nümunə Dallasdandır:

Bu kimi nümunələr dünyanın hər yerində var. Mənim tək bir sualım var. Niyə bizim məmurlar “velosiped kəşf etmək” istəyir? Axı velosiped artıq var. Sadəcə onu tətbiq etmək lazımdır… Nə qədər gec deyil ayılmaq lazımdır.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: