Şəhərlərin piyadalara yönümlü olması kiminsə ağlına gələn bir nağıl deyil. Dünya praktikasından keçmiş və öz effektivliyini göstərən bir elmi faktordur. Aşağıda şəhərin niyə piyada yönümlü olması səbəbləri göstərilib:

1. Siz çox yaşayacaqsız
Son 40 ildə piyada gəzənlərin sayı ABŞ-da 32%, son 20 ildə isə Çində 45% azalıb. Az hərəkətli həyat və ondan doğan problemlər dünyada ölüm riski yaradan təhlükələr arasında 4-cü yerdədir. Gündəlik 15 dəqiqəlik gəzinti 60 yaşından yuxarı insanların ölüm riskini 22% azaldır

2. Siz arıqlayacaqsız
30 dəqiqə gəzinti 100 kalorinin yanmasına kömək edir. Gündəlik gəzinti piylənmənin qarşısını alır

3. Xroniki xəstəliklərin qarşısını alır
Gündəlik gəzinti şəkər diabeti, ürək xəstəlikləri və qalın bağırsaq xərçəngi kimi xəstəliklərin qarşısını alır.

4. Bu insanları xoşbəxt edir
Statistika göstərirki maşından istifadədən imtina edib piyada gəzən adamın əhvalı yaxşılaşır. Gündə 8.6 dəqiqə gəzən insanlar özlərini digərlərindən 33% yaxşı hiss edir

5. Yol hərəkəti təhlükəsizliyini artırır
Hər il dünyanın müxtəlif küçələrində 270000 piyada həyatını itirir. Piyada hərəkətinə yönümlü küçələr bu statistikanı azaltmağa xeyli kömək edir. Piyada keçidi olan yerdə küçənin daraldılması ölüm riskini 6% azaldır

6. Sosial nəzarət
Təhlükəsiz yer kameralar və hündür hasarlar olan yer deyil. Təhlükəsiz yer digər insanların “nəzarət” etdiyi yerdir. Adam çox olan yerlərdə “naməlum” şəxslərin olma riski azalır. İnsanları küçələrdə gəzməyə stimullaşdırmaq, həmin küçəyə kamera qoymaqdan daha çox təhlükəsizliyə kömək edir

7. Cinayətkarlıq azalır
Gəzinti üçün nəzərdə tutulmuş küçələrdə insanlar özlərini daha fərqli aparır. Təkcə Kansas City-də həftə sonları müəyyən küçələrin piyadalaşması cinayətkarlığı 74% azaldıb.

8. Ətraf mühiti daha baxımlı edir.
Rahatlıq və təhlükəsizlik təmin olunduqdan sonra həmin ərazilərin sakinləri öz ərazilərinə qulluq etməyə başlayacaq.

9. Unikallaşmış yer
Niyə Nizami küçəsi şəhərdə unikal yer sayılır? Bəli çünki o küçədə yalnız piyadalar hərəkət edir. Bir neçə daha belə küçə və Bakı şəhərində gəzmək üçün hər kəs Nizami küçəsinə axışmayacaq

10. İncəsənət ocağı
Gəzinti olan yerlərdə öz bacarığını nümayiş etdirmək istəyən insanlarda çox olacaq. Bura rəssamlar, musiqiçilər və s. daxildir.

11. Biz hamımız piyadayıq
İstənilən maşın sürücüsü, velosipedçi, İN istifadəçisi – piyadadır. Hər kəs maşınına minmək üçün, dayanacağa getmək üçün piyada müəyyən qədər yol gedir. Siz küçəni piyada üçün qurursuzsa bu o deməkdirki küçə hər kəs üçündür.

12. Sosial əlaqələr
Piyada küçələri sözün əsl mənasında insanları yaxınlaşdırır. 1960-cı ilin araşdırmasına görə bir küçədə nə qədər çox avtonəqliyyat olarsa qonşular bir birlərini o qədər az tanıyacaq.

13. Cəmiyyət arası əlaqələrin bərkiməsi
Küçələrdəki sosial əlaqələr insanların özlərini cəmiyyətin bir hissəsi kimi hiss etməsinə kömək edir.

14. Nəsilləri yaxınlaşdırır
Şəhərdə müxtəlif yaş nəsillərindən olan insanlar yaşayır. Piyada küçələri isə bu insanları eyni yerə toplayır

15. Şəhərin ərazisi bölünmür
Şosse və ya avtomagistral şəhəri iki və daha çox hissələrə bölür. (Məsələn çaylar kimi). Piyadalar üçün şəhərlərdə isə şəhər bir hissədən ibarət olur və hər kəs üçün əlçatan olur

16. İqtisadiyyata təkan verir
Küçədə piyada hərəkəti çox olarsa küçənən biznes marağı artır. Küçədən keçən hər bir piyada potensial alıcıdır. Həmçinin işsizliyi azaldır. Dublində küçələrin piyadalara görə yenidən salınmasından sonra işsizlik 300% azalıb.

17. “Bir addım məsafə”
Bruklində parkingdən piyada zonası yaradıblar və həmin ərazinin gündəlik satışları 172% artıb. Piyada üçün küçələrdə insanlar daha çox bir addımlıq məsafədə yerləşən mağazalardan alış veriş edirlər.

18. Piyadalar daha produktiv olurlar
Araşdırmalar göstərirki piyada gəzən insanlar daha yaradıcı olurlar. Daimi piyada gəzənlərin yaddaşları daha güclü olur, qərar vermə funksiyası daha yaxşı inkişaf edir.

19. Şəhər unikallığı və brendi
Piyada yönümlü şəhərlər insanları cəlb edir. Məsələn 1980-cı ildən piyada yönümlü olmaq uğrunda işlər görən Barcelonaya turist axını son 20 il ərzində 335% artıb.

20. Turizmi artırır
Gəzinti şəhəri yaxşı tanımağa kömək edir. Piyada yönümlü olmayan şəhərlər isə turistləri burada gəzməkdən və ya ümumiyyətlə bu şəhərə gəlməkdən çəkindirir.

21. İnvestesiyanı maqnit kimi cəlb edir
Piyadalara və ictimai məkanlara pul qoymaq özünü doğruldur. New Yorkun High Line parkının yenidən qurulmasından sonra park ətrafindakı ərazilərə 2 miyard dollara yaxın investesiya qoyulub

22. Yaradıcı sinif
Təcrübəli mütəxəssislər və yaradıcı insanlar daha çox piyada yönümlü küçələrə miqrasiya edir.

23. Daşınmaz əmlakın qiyməti qalxır
Əgər bir ərazi təhlükəsiz, əlçatan və yaşayış üçün əlverişlidirsə həmin ərazidə yaşayan daşınmaz əmlakların qiyməti avtomatik artır.

24. Fasadın aktivləşdirilməsi
Piyada küçəsi və boş birinci mərtəbələr? İnandırıcı deyil. Piyada keçən küçənin birinci mərkəzində hansısa biznes fəaliyyəti olacaq.

25. Tıxaclar qiymət itirir
İnsan nə qədər çox gəzərsə bir o qədər tıxaclar azalar və bunun nəticəsində şəhər və cəmiyyət tıxacda pul itirməkdən qurtular. San Francisconun Bay Area adlanan rayonunda işçilər tıxacda qalır deyə şirkətlər hər il 2 miyard dollara yaxın pul itirir

26. Tikintidə və texniki nəzarətdə qənaət
Yolların tikintisi və onlara texniki nəzarət çox bahalı bir işdir. Təkcə ABŞda mövcüd yol infrastrukturunun 2020-ci ilə olan texniki baxımına 3.6 trilyon dollar pul lazımdır. Səkilər isə onlar bundan dəfələrlə ucuz başa gəlir.

27. “Gombullar bahalıdır”
Az hərəkətli həyat səhiyyəyə böyük problemlər yaradır. ABŞ hər il piylənməyə qarşı 190 milyard dollar pul xərcləyir

28. Təbii ehtiyatlardan daha az asılılıq
Neft nə vaxtsa bitəcək. Qazda sonsuz deyil. Əgər generatorlu ağıllı səkilər quraşdırılsa piyadalar özləri enerji yaradacaq.

29. Ərazinin effektiv istifadəsi
Piyadalar və velosipedçilər küçərlərdə maşınlardan və parkinglərdən az yer tutur. Qalan boş əraziləri isə daha effektiv istifadə etmək olar (Məs. ictimai məkan yaratmaqla)

30. Havanın çirklənməsinin qarşısı alınır
2015-ci ildə Parisdə aparılan araşdırmaya görə bir günlük avtomobil istifadəsindən imtina etməklə şəhərin müxtəlif rayonlarında avtomobil tullantılarını 40%-ə qədər azaltmaq olar.

31. Sakitçilik
Az maşın – küçələrdə sakitçilik. Maşınsız küçələrdə səs 3 desibel azalır. Həmçinin küçələrdəki yaşıllıqda səsi azalda bilər.

32. İqlimi yaxşılaşdırır
Asfalt yollar şəhərin iqlimini pisə doğru dəyişir. Asfaltın istisi və günəş işığını qaytarması şəhərdəki tempraturu qaldırır.

33. Su keçirmə
Düzgün layihələndirilmiş səkilər və drenaj sistemi vasitəsilə yağan yağış suları yolun ortasına yox qazona axır.

34. Şəhər daha gözəl olur. 
Küçələr ictimai məkanların böyük üstünlük təşkil edən hissəsidir. Məsələn Çikaqoda bu göstərici 70%-dir. Baxımlı ictimai məkan yaratmaq şəhəri daha gözəlləşdirib, turist cəlb edir.

35. Məkandan aktiv istifadə
Daha çox piyada yönümlü küçələrdə insanlar həmin ərazilərdə yerləşən ictimai məkanlardan daha çox və aktiv istifadə edir.

36. Əlavə ərazilər
Məkanların piyadaların xeyrinə dəyişdikdən sonra xeyli boş ərazilər meydana çıxırki bu ərazilərdəndə müxtəlif məqsədlər üçün istifadə etmək olar

37. Gəzmək olarsa, niyə maşın sürəsən?
Kopenhagen öz mərkəzi küçəsini piyadalara görə yenidən qurduqdan sonra piyadaların sayı ilk ildə 35% artdı. Bir çox böyük şəhərlərdə insanlar maşınlardan qısa məsafələrə getmək üçün istifadə edir

38. “2 addımlıq yol”
İşlərindən və ya evlərindən çıxan insanlar ictimai nəqliyyata minmək üçün “2 addımlıq yol” gedir. Əgər getməyə heç bir səki və ya şərait yoxdursa məcbur şəxsi avtomobil barədə düşünməyə başlayır

39. Məsafələri azaldır
Piyada yönümlü şəhərlərdə obyektlər arası yollar sırf piyadalara görə salınır. Bir yerdən digərinə piyada getmək, maşınla getməkdən asan olarsa heç kim maşın barədə düşünməz

40. Yaşama istəyi
Piyada yönümlü şəhərlərdə yaşamaq istəyən insanların sayı daha çoxdur. Melbörnün mərkəzi yenidən qurulduqdan sonra orada yaşayan insanların sayı 830% artıb. Şəhər özü isə  The Economist jurnalına görə ardarda 5 dəfə dünyanın “Yaşamağa uyğun ən yaxşı şəhəri” seçilib.




Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

One Reply to “Şəhəri piyadalar üçün etməyin 40 səbəbi”

Comments are closed.