Piyada keçidi – şəhərlərdə yeni bir şeydir. Onlar hardasa 100 il qabaq şəhərlərdə peyda olublar. Onların yaranma səbəbi sadə idi – maşınlar daha sürətli getsin və bunun nəticəsində daha çox maşın satılsın. Hal-hazırda dünyanın bir çox ölkələrində artıq anlayıblarki insanları layihələndirilən yerdən keçməyə məcbur etmək imkansızdır çünki piyada ona sərf edən yerdən keçib, keçir və keçəcək. Gəlin şəhərlərdə piyada keçidləri necə olmalıdır araşdıraq.

ÜMUMİ SƏHVLƏR

Birinci səhv – zebraları normativlərə uyğun çəkmək. Şəhərimizdə çəkilən böyük əksəriyyət zebralar bu səhvi təkrarlayır.

Похожее изображение

Təcrübə göstərirki insanların bu keçidlər haqqında öz fikirləri var. Onlar ora bura qaçaraq layihələndirilmiş keçidi axtarmaq əvəzinə onlara rahat olan yerdən keçməyə davam edəcək. Heç dəmir hasarlarda bu istəyin qarşısını kəsə bilmir.

İkinci səhv – yeraltı və yerüstü keçidlər. Şəhərimizin “göz muncuqları”. Bir mənalı şəkildə OLMAZ! Kimisə yerə soxub və ya görə qaldırmaq istəyirsinizsə maşınları edin, insanları yox!

Похожее изображение

Картинки по запросу bakı yer altı keçid

Üçüncu səhv – zebranı yeni il yolkasına çevirmək. Nişanların işıqlandırılması, fosforlu çərçivələr, siqnal işıqları – bunlar hamısı havaya sovrulmuş (və ya cibə) pullardır. Sürücülər piyadaları görməlidir! Axmaq nişanları yox!

BƏS NECƏ OLMALIDIR?
Küçələri rahat və təhlükəsiz etməyin bir neçə sadə üsulu var. Birinci qayda – zebralar ancaq 1 və ya 1+1 zolaqlı hərəkət hissəsi olan küçələrdə çəkmək lazımdır. Bu küçələrdə belə insanlar yolu onlara rahat olan hissədən keçəcəklər amma çalışmaq lazımdırki zebralar böyük insan axını olan hissələrdə çəkilsin. Həmçinin məktəblərin, bağçaların və s. əsas prioritetli obyektlərin qarşısını unutmaq olmaz.

London

Bununla yanaşı piyadalar işıqlandırılmalıdır

Berlin

Lvov

İşığın mənbəyi yaxınlaşan maşın tərəfdən keçidə qədər qoyulmalıdır. Bu halda piyada qara fonda parlaq obyekt kimi sürücünün gözündən yayınmır.

Riqa

Hərəkət hissəsində 2-dən çox zolaq var? Mütləq işıqfor qoyun çünki bu halda sürücü sağdakı maşının qabağından çıxan piyadanı görməyə bilər.

İstisnasız bu bütün küçələrə şamil olmalıdır. İnkişaf etmiş ölkələrdə işıqfora qənaət etmək üçün yaşayış zonalarında daima 1+1 zolaqlı yollar salınır.

İsrail 

Sizə bir sirr açım – əgər işıqfor varsa boş yerə zebra çəkmək üçün rəngə və müvafiq nişanlara pul xərcləməyə ehtiyac yoxdur. 
Berlin
London
Kiyev

İkinci qayda – Təhlükəsizlik adacıqları və yolların sıxılması. İdealda təhlükəsizlik adacıqları və yolların sıxılması hər keçiddə olmalıdır. Bu düz yolları əyir, sürücələri sürət azaltmağa məcbur edir və piyadanı görməmək mümkün olmur. 
Mosvka

Sürix

Rişon

Həmçinin adalar piyada işıqforunun gözləmə fazalarını ayırır və yaşılı gözləmək üçün sərf olunan vaxtı azaldır. 
Praqa

Bunlar əsas qaydalar idi. Lakin ideal istəyiriksə o zaman keçidləri səki səviyyəsinə qaldırmaq lazımdır. 
London
Moskva
Əlavə olaraq keçidə səkidəki kimi tamet düzmək olar. 
Berlin

Bitdi. Məhz bu yuxarıda sadaladığım qaydalara riayət olunarsa yollar təhlükəsiz və rahat olar. Velosiped icad etməyə gərək yoxdur. Sadəcə dünya praktikasından istifadə etməklə yollarımızdakı terroru xeyli azaltmaq olar. Bunda çətin bir şey yoxdur. Sadəcə başa düşmək lazımdır – insan robot deyil və ona göstərilən yerdən yox, rahat olan yerdən keçməsi üçün şərait yaratmaq lazımdır.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

One Reply to “Piyada keçidləri necə olmalıdır”

Comments are closed.