![ÐаÑÑинки по запÑоÑÑ yol tÉhlükÉsizliyi](https://amak.az/uploads/galleries/road-safety.png)
Yolları təhlükəsiz etməyin qaydaları çoxdan bilir və bunlar aşağıdakılardır:
1. Sürəti azaltmaq
Qəzaların böyük əksəriyyəti yüksər sürət ucbatından baş verir. Qəza və ölüm hallarını azaltmaq istəyirsiz? Maşınların sürətini azaldın.
2. Küçələri ayırmayın
![](https://farm6.staticflickr.com/5602/15096552794_94e0c3c6e5_b.jpg)
Küçələrdəki maşın yollarını biri birindən və ya maşın yolunu piyada yolundan ayırmayın. Bütün bunlar sürücüləri sürətli sürməyə vadar edən amillərdir. Gerisi isə birinci bənddə yazılıb
3. Keçidləri yox, piyadaları işıqlandır
![](https://farm8.staticflickr.com/7557/16158575790_77a92202db_b.jpg)
Piyadalar ən çox yüksək sürət və qaranlıq səbəbindən qəzaya uğrayır. Küçələrin və piyada keçidlərinin düzgün işıqlandırılması bu problemi aradan qaldırır. Burada əsas məsələ isə keçidlərin yox piyadaların işıqlandırılmasıdır.
4. İşıqfor və təhlükəsizlik adacıqlarından istifadə edin
![](https://img-fotki.yandex.ru/get/9752/165853463.2b/0_c61c4_9b572ca5_XXL.jpg)
Əgər yolda 2-dən çox hərəkət zolağı varsa, yol ayrıclarında və keçidlərdə işıqfor və təhlükəsizlik adacıqları quraşdırmaq mütləqdir.
5. Ayırıcı baryer
![](https://img-fotki.yandex.ru/get/9814/165853463.42/0_d28e2_9a40b453_XXL.jpg)
Dörd və daha artıq hərəkət zolağı varsa yolun ortasına ayırıcı baryer quraşdırılmalıdır.
6. Rənglənmə
![](https://img-fotki.yandex.ru/get/4800/165853463.4c/0_e2096_e452beda_orig.jpg)
Yolun təhlükəsizliyini artırmaq üçün ən sadə, effektiv və ucuz üsulu – keçidlərin doğru rənglənməsidir.
7. Nəzarət
![](https://img-fotki.yandex.ru/get/9166/165853463.2c/0_c61d7_c4065646_XXL.jpg)
Yol hərəkət qaydalarına düzgün nəzarət olmasa yuxarıda sadalananan üsulların hamısı boş şeydir. Əgər DYP bacarmırsa, (onlar həqiqətən bacarmır və ya istəmir) avtomatlaşdırma köməyə gələ bilər
Qalan hər şey – pul “yeməkdən” başqa bir şey deyil