Koronavirus böhranı dövründə yerli və milli təşkilatlar velosiped sürməyin təşfiqi istiqamətində öz səylərini daha da artırırlar. Bəs səbəb nədir? Gəlin, velosiped sürmək üçün yararlı 2306 kilometrlik küçərələ və COVID-19 şəraitində yatırılan 1 milyard avro məbləğindən artıq sərmayəyə əsaslanaraq ümumi motivasiyaları nəzərdən keçirək.

1. Effektivlik

Velosiped məkandan effektiv istifadə etməklə bərabər, həm də, eyni zamanda, digər yol istifadəçiləri ilə təhlükəsiz məsafə saxlamağa imkan verir. Bu, pandemiyadan qabaq effektiv ictimai nəqliyyatın böyük əhəmiyyət kəsb etdiyi London kimi böyük şəhərlərdə velosiped şəbəkələrindəki boşluqların aradan qaldırılması üçün üstün motivasiya hesab olunur. Hal-hazırda ictimai nəqliyyatdan daha az adam istifadə edir və bu, istər rəsmi məhdudiyyətlərə, istərsə də izdihamlı avtobusda sağlamlığın daha çox riskə məruz qalması ilə bağlıdır. Əgər ictimai nəqliyyatın keçmiş istifadəçiləri avtomobillərə əyləşsələr, bütünlüklə şəhər nəhəng və daimi tıxaca çevriləcək. Amma həmin şəxlərə velosiped kimi təhlükəsiz və rahat velosipeddən istifadə alternativi təklif olunsa, şəhər bu cür tıxaclardan qurtulmuş olar.

2. Piyada və velosiped sıxlığının aradan qaldırılması

Piyada gəzmək və velosiped sürmək məkan baxımından effektiv hesab olunur, amma bəzi izdihamlı yerlərdə səkilərin və ya velosiped cığırlarının qanunla yol verilən minimal eni pandemi dövrü üçün kifayət etmir. Buna görə də, məsələn, Brüssel şəhərindəki Lua kücəsində (Rue de la Loi) mükəmməl mühafizə olunan velosiped zolağı yaradılıb və bunun sayəsində səki yolunun tam eni piyadaların istifadəsindədir (bundan əvvəl isə səki yolundan həm piyadalar, həm də velosipedçilər istifadə edirdilər). Həmçinin, çox zaman naməlum sayda piyadaların 2 metrlik enə malik səki yolunda yaşıl işığı gözləyə bilməsini nəzərdə tutan işıqfor proqramları təsdiqlənməlidir.

3. Sağlamlıq

Mütəmadi fiziki fəallıq həm fiziki, həm də ruhi sağlamlıq üçün önəmlidir. Bir çox ölkələrdə tətbiq olunan ciddi qapanmalar dövründə gündəlik fiziki çalışmalar Sizin evdən çıxmağınız üçün azsaylı səbəblərdən biri idi. Təəssüf ki, bir çox sıx məskunlaşmış ərazilər ictimai əyləncə məkanlarının çatışmazlığından əziyyət çəkirlər – bir çox hallarda bunun yeganə əlacı həmin məkanları maşınlardan boşaltmaqdır. Brüsseldəki bir çox şəhərciklər əyləncə üçün nəzərdə tutulmuş məkanları genişləndirmək üçün müxtəlif tədbirlər görürlər – Forestdəki “oyun küçələrindən” Ter Kamerenbosboyunca keçən yolları bağlayır, Park Cozafat ətrafındakı küçələri qaçış cığırlarına çevirirlər.

4. Ətraf mühitin sağlamlığı

Qapanmalar nəqliyyatın hərəkətini azaltmaqla, səs-küyün və havanın çirklənməsinin də əhəmiyyətli dərəcədə qarşısını almış oldu. Siz quşların səsini eşidə, qışqırmadan danışa, hətta şəhərin mərkəzində də rahat nəfəs ala bilirdiniz. Bir çox sahilyanı ərazilər nəqliyyatın hərəkətindən azad oldu, parklar qonşu küçələrədək genişləndi. Bu, qapanmaların insanların xoşuna gələn cəhətlərindən biri oldu və indi onlar artıq “köhnə normaya” – səs-küylü və çirkli mühitə qayıtmaq istəmirlər. Bu, həmçinin, tədbirləri mütəmadi etmək üçün də güclü motivasiyadır – buna misal olaraq, Dubnindəki Phoenix Parkı göstərmək olar.

5. Bir daha sağlamlıq haqqında

Yeni koronavirus infeksiyası köklük, 2-ci növ şəkərli diabet, yüksək qan təzyiqi, yaxud ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara daha sərt təsir göstərir. Mütəmadi olaraq velosiped sürmək bu cür xəstəliklərin və beləliklə də, COVID-19 infeksiyasına ciddi şəkildə yoluxmağın qarşısını almağa kömək edir . Eyni zamanda, nəqliyyatın hərəkətinin azaldılması havanın daha az çirklənməsinə şərait yaradır ki, bu da ağciyərləri sağlam saxlamağa və infeksiyaya yoluxma təqdirində həyata ölüm arasında seçim etməyə kömək edir.

Brüsseldəki Ter Kamerenbosdan keçən 5 km yolda avtomobillərin qadağan edilməsi minlərlə insanın istirahəti üçün təhlükəsiz yer yaratdı.

6. Əsas gigiyena

Avtomobillərə yönümlü müəyyən xüsusiyyətlər – məsələn, piyadalardan və ya velosipedçilərdən yol kəsişməsində yaşıl işığın yanması üçün düymənin sıxılmasının tələb olunması – gigiyenik deyil. Koronavirusun plastik səthlər üzərində 3 gün müddətində aktiv qala biləcəyini nəzərə alsaq, piyadalardan və velosipedçilərdən düymənin sıxılmasının tələb olunması lazımsız epidemioloji risk yaradır. Polşanın Qdansk şəhərində piyadalar və velosipedçilər üçün nəzərdə tutulmuş 176 yol kəsişməsində bu cür düymələr ləğv olunub.

7. Maliyyə

Koronavirus şəxsi və dövlət büdcəsinə çox mənfi təsir göstərir. Bir çox şəhərlər nəqliyyat infrastrukturuna və xidmətlərinə çəkilən xərclərə qənaət etməlidirlər. Bu xüsusda, velosiped istər tələb olunan infrastruktur, istərsə də sonrakı istismar baxımından çox ucuz nəqliyyat növüdür. Orta hesabla, avtomobillə və avtobusla müqayisədə velosipedin qət etdiyi 1 km yol təxminən 1 avro məbləğində qənaət etməyə kömək edir.

8. İqtisadiyyatın bərpası

Bütün növ mağazalarda basırığın qarşısını almaq məqsədi ilə çöldə gözləmək üçün məkana ehtiyac duyulur. Məsələn, baqqaliyyədə də öz mallarını təqdim etmək üçün məkandan istifadə oluna bilər. Buna görə də, bir çox alış-veriş küçələrində, hətta kiçik şəhərlərdə və kəndlərdə küçə ərazisi səki yollarını genişləndirmək, yaxud piyadalara küçənin tam enindən istifadə etməsinə imkan yaratmaq üçün yenidən paylaşdırılır.

9. Qastronomların bərpası

Məsafə qaydaları və sağlam təfəkkür kafe və restoranların açıq havada masalar qoyması üçün daha çox məkana tələbat yaradır. Lissabondakı San Paulo küçəsindəki kimi, bəzi parklama əraziləri yığışdırılmalıdır. Bildiyiniz kimi, bir avtomobilin park etdiyi yerdə 10 velosiped park etmək mümkündür, elə deyilmi?

10. Turizmin bərpası

Bu yay tətilində bir çox insanlar səyahət etmir. Velosiped ölkənizi, yaxud xarici bir ölkəni yenidən kəşf etmək üçün imkan yaradır. Buna misal olaraq, Lüksemburqdakı Velosiped Yayı təşəbbüsünü, yaxud Danimarkadakı kimi velosiped nəqliyyatı sisteminə sərmayə yatırılmasını misal göstərmək olar (Velosiped Turizminin Bərpası səhifəsində daha çox misal göstərilir).

Rue Saint-Boniface-in avtomobillər üçün bir hissəsinin bağlanması, restoran və kafelər üçün açıq eyni zamanda geniş yerlər təmin etdi.

Original məqalə: ECF: 10 reasons to sign up for cycling during the pandemic. By Aleksander Buczynski

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: