Maşın özü özlüyündə təhlükəli deyil – əgər park olunubsa onunla hətta oynamaq və ya sığallamaq da olar 🙂 Amma hərəkət zamanı hər şey dəyişir çünki ən böyük təhlükə sürətdir. Şəhərdəki hətta ölkədəki bütün yolları yüksək sürətə uyğun planlaşdırmaq olar. Amma bu heçdə yaxşı nəticə verməyəcək. Bunu bütün dünya təcrübəsi deyir. Şəhərləri təhlükəsiz etmək üçün dünyanın bir çox şəhərləri sürət həddini 50 km/saata endirdi. Hal-hazırda isə maksimal sürət bəzi şəhərlərdə hətta 20-30 km/saatdır.

Şəhərlərdə təhlükəsizliyi artırmaq üçün sürət həddini azaltmaq yeni bir şey deyil. Hələ keçən əsrin əvvəllərində bir çox ölkələrdə bu tip məhdudiyyətlər var idi. Amma dünya ölkələri kütləvi şəkildə bu məhdudiyyəti İsveç və Hollandiyanın uğurlu təcrübəsindən sonra tətbiq etməyə başladı.

Məsəlçün 2002-ci ildə Britaniyanın Kingston upon Hull-unda ümumilikdə 190 km uzunluğundakı küçələrdə sürət həddi 20 mil/saat (32 km/saat) təyin edildi. Bunun nəticəsində yol qəza hadisələrində ölənlərin sayı 90% azaldı. Onlar yol qıraqlarını hasarlamadan buna necə nail oldular?

Bu möcüzə filan deyil – hər şey düşündüyümüzdən çox sadədir. Adi fizika və insan fiziologiyası. Sürət nə qədər yüksəkdirsə tormoz yolu o qədər uzundur, reaksiyaya vaxt və görmə tuneli azdır. 

05-1474019

Londonda sürət həddinin 20 mil/saata qədər endirilməsi keçən əsrin sonlarından başlayıb. Əvvəlcə insanlar buna qarşı çıxmağa başladı. Onların fikrinci bu tıxacları artıracaq, yolda keçiriləcək vaxtı artıracaq və ekologiyaya daha çox ziyan vuracaqdı.

Analoji zonalar demək olar bütün böyük şəhərlərdə var

Çox istərdikki Bakıda da maksimum icazə verilən sürət heç olmasa 50 idealda isə 40 km/saata endirilsin. O zaman küçələrimizdəki qan gölü bəlkə azaldı


Yazıda gre4ark.livejournal.com saytının materiallarından istifadə olunub.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: