Dizayn kodu – ərazinin xüsusiyyətlərinə – tipik və ya tarixinə əsaslanaraq, stilistik cəhətdən vahid bir şəhər mühitinin formalaşdırılması, evlərin fasadlarında işarələrin və reklamların yerləşdirilməsi üçün qaydalar və tövsiyələrdir.

Nyu-York şəhəri tək Empire State Building, Central Park, Times Square, Broadway, Fifth Avenue, Street Foods və sari taksiləri ilə digər şəhərlərdən fərqlənmir, bu şəhərin başqa bir özəlliyi də var.Bu özəllik şəhərin küçə dizaynına da fərqlilik gətirib.

Nyu-York gənc şəhərdir, lakin buradakı yaşayış fondu çox bərbad vəziyyətdədir. Mənzillərin 40 faizi 1939-cu ildən əvvəl tikilib, Manhettendə bu rəqəm 43 faizdir. Binaların əksəriyyəti heç vaxt əsaslı təmir olunmayıb və sökülməsi daha ucuz başa gəlir. Son statistik məlumatlara görə, Nyu Yorkda 1,101,623 bina var.

Nyu-Yorkun əsas küçələri ilə gəzərkən, demək olar ki, heç vaxt nəzərdən yayınması mümkün olmayan bir mənzərə var – Sidewalk Sheds və ya Nyu-York şəhərinin “səkilər üçün talvarlar” adlandırılan tikinti qurğuları. Bunu eybəcər hesab edənlərdə var, lakin “Sidewalk Sheds -Səki Talvarları” NYC küçə mənzərəsinin bir hissəsidir. Bu qurğunun bir çox məqsədi var (piyadalar yağışdan və günəşdən qorunur), lakin əsas məqsəd piyadaları tikinti zibilinin düşməsindən qorumaqdır.

Nyu-York sakinləri bu mənzərəyə öyrəşiblər, lakin kifayət qədər zəif arxitekturaya malik olan bu dəmir qurğular yenə də məkana gözəllik qatmır əksinə, səkilərdəki talvarlar tutqun şəhəri daha da depresiv edir.

“Sidewalk Sheds – Səki Talvarları”- Nyu-Yorkda nə vaxtdan quraşdırılıb?

Bu, bir neçə onilliklər əvvəl, hündür binanın fasadından boş bir kərpic düşərək gənc qızı öldürdükdən sonra tətbiq edilən 11 saylı Yerli Qanunun (Local Laws of the city of New York for the year 1998 no. 11) bir tələbidir. Qanun altı mərtəbəli və ya daha yüksək olan bütün binalara şamil edilir. NYC-də hər 5 ildən bir bina fasadının vəziyyəti ilə bağlı bina sahibləri sənədləri Binalar Departamentinə (Department of Buildings) təqdim etməlidir. Bu sənədlər mühəndis və ya memar tərəfindən təsdiqlənməlidir və onların qərarları ilə hər hansı qüsurları aradan qaldırmaq üçün tikinti və ya təmir işləri görülməlidir.

Səki-Talvarlarını qeyri-müəyyən müddətə icarəyə götürmək və cüzi cərimələr ödəmək böyük tikinti layihəsindən (fasad təmirindən) daha ucuz başa gəldiyindən, bina sahiblərinin işi görməkdən imtina etməsi halları getdikcə artır. 11 saylı Yerli Qanunun (Local Laws) hər beş ildən bir bütün binalarda bu cür düzəlişlərin edilməsini tələb etdiyini nəzərə alsaq, istər yaşayış, istərsə də kommersiya kimi bina sahiblərinin işdən bezməsi təəccüblü deyil. Fasadları şüşədən olan daha yeni binalar, çox güman ki, köhnə binalar kimi 11 saylı Yerli Qanunun tələbləri şamil olunmur.

2020-ci ildə Binalar Departamentinin (Department of Buildings) quraşdırılmasına icazə verdiyi Səki Talvarlarının ümumi uzunluğunun 386 mildən çox olduğu təxmin edilir – buda 500 kilometrdən çox məsafə təşkil edir. Departamentin rəsmi saytında quraşdırılan hər bir səki-talvarı haqqında məlumat qeyd olunub: quraşdırılma tarixi, bu talvarı quraşdıran şirkət və lisenziya nömrəsi. Bu sayt vasitəsi ilə görmək olar ki, elə səki talvarları var ki, 15 il bundan əvvəl quraşdırılıb.

Nyu-Yorkun məhşur brend mağazaları bu səki talvarlarını birtəhər bəzəməyə çalışırlar.Misal üçün Miladdan əvvəl Fifth Avenue-da Lord&Taylor mağazası qarşısında olan səki talvarlarını küknar budaqları və işıq lampaları ilə bəzəmişdilər.

“Sidewalk Sheds – Səki Talvarları” – yeni üslubda

Nyu-York meriyası artıq şəhərin yeni dizayn kodunu təsdiq edib.Şəhərin dizayn kodunda səki talvarlarına dair tələblər yenilənilənərək bu talvarların müasir görünüş almasına, əhatə etdiyi binanın arxitekturasına uyğunlaşdırılmasına və daha təhlükəsiz olmasına nail olmaqdır.

Artıq Nyu-York küçələrində Urban Umbrella şirkətinin quraşdırdığı “Sidewalk Sheds -Səki Talvarları”- sakinlərin rəğbətini qazanıb. Urban Umbrella şirkətinin quraşdırdığı ilk səki talvarının açılışında, keçmiş Nyu-York meri Maykl Blumberq (Michael Bloomberg) bunları söyləyib:
Səkilərdəki talvarlar Nyu-York-da şəhər həyatının bir hissəsidir və daim dəyişən bir şəhərin simasını əks etdirir – lakin talvarlar özləri son dörd onillikdə heç təkamül etməyib və onları 21-ci əsrə gətirmək vaxtıdır.Urban Umbrella şəhərin memarlıq gözəlliyini özündən götürməkdənsə tamamlayacaq.

Görülən işlər öz nəticəsini verməyə başlayıb:

“Sidewalk Sheds – Səki Talvarları”-NYC-də bir həyat tərzidir

Nə qədər ki, NYC-də tikinti gedir, “Səki Talvarları” da olacaq. Səki Talvarlarının ehtiyacına təsir edən bir çox amil var, lakin əsas tikinti sahələrinin təhlükəsizliyini təmin etmək nəzərdə tutulur. Hətta bu qanunlara baxmayaraq, istər Səki Talvarlarının dağılması, tikinti sahələrindən düşən zibil nəticəsində qəzalar baş verirməsi nadil hallarda müşayət olunur. Bütün bunlara baxmayaraq, Nyu-York özünə cəlb etməyi bacaran şəhəridir: təşkil edilmiş xaos həqiqətən nəzarət altındadır və idarə olunandır, “Sidewalk Sheds – Səki Talvarları”-nın altından keçərkən insanlar özlərini daha da təhlükəsiz hiss edirlər.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: