Şəhərətrafı avtobus sərnişindaşımasında problemlərin səbəbləri və həll yolları
Bakı şəhərinin nəqliyyat sahəsində ən acınacaqlı problemi şəhərətrafı avtobus sərnişindaşımasında olduqca aşağı keyfiyyətli xidmət səviyyəsidir. Hal-hazırda Bakı şəhərində 69 şəhərətrafı, yəni Bakı və Abşeronun kənd və qəsəbələrinə xidmət göstərən avtobus marşrutu mövcuddur. Şəhərətrafı marşrutlara xidmət edən daşıyıcıların böyük əksəriyyəti fiziki şəxsdirlər.
Bu problem haradan qaynaqlanır?
- Şəhərətrafı ərazilərdə aşağı əhali sıxlığının olması. Bu məqalədə bu haqda ətraflı danışılıb.Az sıxlıqlı şəhərətrafı əraziləri sıx urbanizasiyaya uğramış ərazilərdən fərqli olaraq, keyfiyyətli ictimai nəqliyyatla təchiz etmək çox çətindir və belə ərazilər təbii olaraq individual mobillikdən (yəni şəxsi avtomobillərdən) daha çox asılı olur. Əhalinin geniş ərazidə yayılması nəticəsində ictimai nəqliyyatın əlçatanlığı pisləşir. Bələ ərazilərdə yaşayan sərnişinlər yaşadığı yerin ağlabatan məsafədə (adətən 500 metrdən çox olmamalı) ictimai nəqliyyatdan istifadə edə və evlərindən ictimai nəqliyyat dayanacağına normal şəkildə çata bilmirlər.
- İctimai nəqliyyatın aşağı səviyyəli inteqrasiyası. Az sıxlıqlı şəhərətrafı ərazilərdə ictimai nəqliyyatda sərnişindaşıma iri nəqliyyat stansiyaları ətrafında qurulmalıdır. Bakıətrafı qəsəbələrdə elektrik qatarlarının hərəkətinin bərpa edilməməsi və avtobus terminallarının təşkil ediməməsi səbəbindən inteqrasiya olunmuş nəqliyyatın təşkili qeyri mümkündür.
- Müntəzəm avtobus sərnişindaşımasının təşkili. Bu məqalədə avtobus sərnişindaşımasının təşkili haqqında daha geniş məlumat var. Qisaca olaraq burada demək olar ki, hazırda daşıyıcılarda bağlanmış konsessiya tipli müqavilələr şəhərətrafı daşımalar üçün xüsusən əlverişsizdir. Sərnişin axını ancaq səhər və axşam, yəni pik saatlarda cox olduğundan günün digər saatlarında sərnişindaşımanı maddi cəhətdən səmərəsiz edir. Bu səbəbdən daşıyıcılar məcburən xərcləri azalmağa çalışırlar, xəttə olan avtobusların sayını azaldırlar və təmirdə qənaət etməyə çalışırlar.
Həll yolları
- Şəhərətrafı ərazilərdə ictimai nəqliyyatın əlçatanlığının artırmaq. Kənd və qəsəbələrdə əhalinin ictimai nəqliyyata çıxışını yaxşılaşdırmaq mütləqdir.
- Şəhərətrafı ərazilərdə nəqliyyatın inteqrasiyasını təmin etmək. Nəqliyyat stansiyaları (qovşaqları) dəmir yolu stansiyaları və iri avtobus terminalları əsasında təşkil edilə bilər. Eyni zamanda belə qovşaqlarda Park & Ride avtomobil dayanacaqları təşkil edilməlidir. Həmçinin Bakıətrafı qəsəbələrdə elektrik qatarlarının hərəkəti bərpa olunmalı və çoxsaylı avtobus marşrutlarını əvəz etməlidir.
- Ekspress tipli avtobus daşımasını təşkil etmək. Şəhərətrafı ərazilərdən Bakı şəhərinin mərkəzi hissələrinə gedən avtobuslar ekspress xətlərlə əvəz edilməlidir. Onlar Bakıda təşkil edilmiş Nəqliyyatın Mübadilə Mərkəzlərinə gəlməlidir. Ekspress xətlərdə işləyən avtobuslarda oturacaqların sayı çox olmalı, aralıq dayanacaqların sayı isə az olmalıdır.
- Daşıyıcılarla xidmət müqavilələri bağlamaq. Göründüyü kimi hazırda güvvədə olan müqavilə forması sərnişindaşımasının dayanıqlığını təmin edə bilmir. Buna görə xidmət haqqı ilə çalışan konsepsiya keyfiyyətli sərnişindaşımasını təmin edə bilər.
- Sərnişın axınını nəzərə alan hərəkət cədvəlləri. İctimai nəqliyyatın hərəkət cədvəli əhalinin gündəlik miqrasiyasını nəzərə almalıdır. Pik saatlarında intervallar qisa, digər saatlarda isə daha uzun olmalıdır.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: