28 May Nəqliyyatın Mübadilə Mərkəzi: şəhərin əsas nəqliyyat qovşağı və xaos?
28 May metro stansiyası və Bakı dəmir yolu vağzalı şəhərin ən vacib nəqliyyat qovşağıdır. Burada iki metro stansiyası, əsas dəmir yolu stansiyası və külli sayda avtobus xətti birləşir. Burada gündə yüz minlərcə insan keçir, nəqliyyatın bir növünü digər növünə dəyişir. Şəhər nəqliyyat funksiyasını səmərəli şəkildə icra etmək üçün məhz bu qovşaqda nəqliyyat mübadiləsini və piyada axınını düzgün təşkil etməyə maraqlı olmalıdır.
Bir qədər əvvəl Bakı Nəqliyyat agentli özünün “HUB” konsepsiyasına uyğun olaraq 28 May metro stansiyasında Nəqliyyatın Mübadilə Mərkəzinin (NMM) eskizini təqdim etdi.
Bir qədər əvvəl Bakı Nəqliyyat agentli özünün “HUB” konsepsiyasına uyğun olaraq 28 May metro stansiyasında Nəqliyyatın Mübadilə Mərkəzinin (NMM) eskizini təqdim etdi.
Layihənin hansı problemləri var?
1. NMM-nın ərazisinə avtomobillərin girişi məhdudlaşdırılmayıb, bundan əlavə ərazidə böyük sayda parkinq yerləri nəzərdə tutulub. Yəni oradan keçən yüz minlərlə insanın maraqları 300-400 ( bəlkə də daha az) parkinq yerinə qurban verilib. Qeyd etmək lazımdır ki, şəhərin belə bir vacib yerinin küçə parkinqi kimi istifadəsi torpağın ən səmərəsiz istifadəsidir.
2. Bu nəqliyyat qovşağında piyada keçidləri yalnız yerin altından nəzərdə tutulub, bu o deməkdir ki, yüz minlərcə insanın keçdiyi yerdə hərəkət prioriteti məhz avtomobillərə verilib.
İndi gəlin görək bu ərazidə vəziyyət reallıqda necədir. Qeyd edim ki, şəkillər şənbə günü çəkilib, həftə içində vəziyyət daha da acınacaqlı olur.
Bütün vağzal meydanı parkinqi xatırladır.
Səki bəzən tam dağılmış şəkildədir.
Maşınları səkidə saxlamaq burada adı bir şeydir
Bəzən avtobus dayanacığına aparan səki bitir, əsas maşınlardır axı
İnsanlar yolun hərəkət hissəsi ilə gedirlər, başqa əlac yoxdur
Təbii ki, yeraltı keçiddən istifadə edən yoxdur. Yeri gəlmişkən burada Bakı üçün unikal, pilləsiz yeraltı keçid var.
Bir sözlə xaos
Yenə də parking, həftə içi günlərdə burada da xaos olur.
Bəs nə edilməlidir?
Təbii ki, bu ərazi şəxsi avtomobillər üçün tamami ilə bağlanmalıdır. Burada rahat avtobus platformalarını və taksi dayanacaqlarını təşkil etmək lazımdır. Təbii ki, gələcəkdə buradan tramvay xətti də keçməlidir.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin:
Неплохая идея