Ayrılmış Avtobus Zolaqları

\Bəli, Bakıda artıq ayrılmış avtobus zolağı da var. Son vaxtlar bu barədə mediada və sosial şəbəkələrdə çoxlu müzakirələr gedir. Bundan əlavə bu zolağın tələbini pozanlar da çoxdur. Məsələn aşağıdaki şəkil son günlərdə məşhur oldu:

Bəs avtobus zolaqları nə üçün lazımdır?

Keyfiyyətli ictimai nəqliyyatın əsas göstəricisi onun sürəti və hərəkət intervalların tezliyidir (Keyfiyyətli ictimai nəqliyyatın meyarları haqqında burada) Avtobus daşımaların sürətinin aşağı düşməsinin və hərəkət intervallarının pozulmasının səbəbi əsasən tıxac və hərəkət sıxlığıdır.

Ümumiyyətlə avtobusun tıxacda qalması şəhər nəqliyyatında ən böyük ədalətsizlikdir, çünki avtobus minik avtomobilindən ən azından 30-40 dəfə daha çox sərnişin daşıyır.

Ayrılmış zolaq isə avtobusa yolda prioritet verərək ictimai nəqliyyat sistemini istifadəçilər üçün daha cəlbedici edir, xidmətin sürətini və etibarlığını artırır. Bundan əlavə ayrılmış avtobus zolaqları küçələrin nəqliyyat səmərəliyini artırır, yəni küçədən verilmiş zaman kəsiyində daha çox sayda insan keçə bilir.

Təbii ki, yarım saatdan bir keçən avtobus üçün ayrılmış zolaq lazım deyil, çünki bu səmərəli bir addım deyil.

Küçədə tıxac var, amma trolleybus maneəsiz keçir

Ayrılmış avtobus zolaqları necə təşkil olunmalı?

Avtobus zolağı sadəcə xətlənmə deyil və bunu anlamaq lazımdır. Əgər belə zolaqlara digər nəqliyyat vasitələrin girməməsi təmin oluna bilmirsə, zolaqların səmərəliyi sıfıra yaxın olacaq. Bir çox halda avtobus zolaqlarının effektiv təşkil edilməsi üçün küçələr yenidən layihələdirilməlir, məsələn bu cür:

Digər çox vacib məsələ ondan ibarətdir ki, Bakı şəhərinin marşrut şəbəkəsi səmərəli sərnişindaşıması təmin etmir. Ayrılmış avtobus koridorlarının təyin edilməsi və effektiv işləməsi marşrut şəbəkəsinin optimallaşdırılmasını tələb edir. Bu haqda ətraflı şəkildə burada oxumaq olar.

Digər nəqliyyat vasitələrin ayrılmış zolağa girməməsini təmin etmək üçün belə zolaqları bəzən fiziki baryerlərlə ayırmaq lazımdır.

Həmçinin zolaqların fərqli rənglə (rəngli asfaltla) ayırmaq da yaxşı effekt verir.

null

Avtobus zolaqlarının təşkilində ən problemi yer yol ayrıclarıdır. Avtobus zolaqları olan küçələrlə kəsişən ikinci dərəcəli küçələrdə müvafiq nişanlar olmalıdır. Məsələ bu nişan məhz ikinci zolağa dönməyə əmr edir. (həm də sağ zolağın avtobus üçün ayırdığını göstərir)

Yol ayrıcı problemini həll etmək üçün avtobus zolaqlarını küçənin mərkəzindən salınması da nəzərdən keçirilə bilər. Belə həll yolu daha səmərəlidir, lakin hər küçədə mümkün deyil.

Yazı ilə bağlı rəy bildirin:

2 Replies to “Ayrılmış Avtobus Zolaqları”

Comments are closed.