Müasir təcrübəyə arxalanan nəqliyyat siyasəti: 5-ci hissə

 
Avtomobil istifadəsinin azaldılması
 
İri şəhərlərdə avtomobil istifadəsinə nəzarət qaçırılmazdır. Kütləvi avtomobil istifadəsi şəhərdən ifrat dərəcədə sahə tələb edir(yol və parklanma sahəsi), torpaq sahəsi isə iri şəhər şəraitində ən məhdud resursdur. Bu haqda geniş məqaləni burada oxumaq olar. 
Avtomobil istifadəsinin kütləviləşməsi Bakı şəhərində xüsusi ilə çox problem yarada bilər, çünki şəhərin küçə-yol şəbəkəsi hər hansı bir  kütləvi avtomobilləşmə səviyyəsinə uyğun deyil. Bu haqda daha geniş şəkildə burada  və ya burada  oxumaq olar.   
Nəqliyyat və mobillik sahəsindən müvəffəqiyyət qazanmış  iri şəhərlərin təcrübəsinin nəzərə alaraq belə qənayyətə gəlmək olar ki, avtomobil istifadəsinin nəzarətində əsas hədəf gündəlik evdən işə və işdən evə edilən səyahətlərdir. Məhz bu növ istifadə paradiqması ən səmərəsiz hesab edilir, avtomobil pik saatlarda istifadə edilir və üzün müddət ərzində şəhərin cəlbedici yerində dayanır. Bu cür səyahətlərdən ən effektiv çəkindirmə aləti bir tərəfdən gündəlik avtomobil istifadəsinin xərcini artırmaq, digər tərəfdən isə keyfiyyətli ictimai nəqliyyatın təklif edilməsidir. Əksər hallarda şəhərdə düzgün parkinq siyasəti məsələni həll edir.
Dünya təcrübəsində bir necə çəkindirmə və avtomobil istifadəsinin azaldılması üsulları var:
(1) İnzibati (qadağa) metodlar. Avtomobillərin gündəlik istifadəsinə inzibatı qaydada nəzarət edilə bilər. Məsələn: həftənin tək günlərində ancaq tək qeydiyyat nömrəli maşınlar, həftənin cüt günlərində ancaq cüt qeydiyyat nömrəli maşınlar istifadə oluna bilərlər və ya region maşınlarına şəhərə daxil olmasına qadağa.
(2) İnfrastruktur metodları. Bəzi şəhərlər yol sahəsini azaltmağa, parkinq yerlərinin ləğv edilməsinə, piyada zonaların yaradılmasına cəhd edirlər. Beləliklə, maşınlar üçün fiziki olaraq yer azalır. Bəzi əyani nümunələr aşağıda:

 

 

(3) İqtisadi metodlar. Bura ödənişli parkinq və şəhərə ödənişli girişin tətbiqi daxildir. İqtisadi metodlar ən səmərəli tənzimləmə metodları sayılır.

 
Bəzi şəhərlər hətta avtomobil sahibliyinin özünə nəzarət etməyə çalışırlar və yeni avtomobilin qeydiyyatına məhdudiyyət tətbiq edirlər. Məsələn əgər siz Sinqapur maşın alıb onu qeydiyyata salmaq istəyirsinizsə siz bundan əvvəl lotereya qaydasında avtomobil qeydiyyatına icazə alasınız. Hətta xoşbəxtlikdən bu icazəni qazana bildinizsə siz eyni maşına ABŞ-ya nisbətən az qala 3 dəfə çox qiymət ödəməli olacaqsınız, çünki Sinqapurda avtomobillərə yüksək vergi və gömrük haqqı tətbiq olunur. Daha bir maraqlı fakt: əgər siz Tokio və ya Amsterdamda avtomobili qeydiyyata təqdim edirsinizsə, o zaman sizinlə bu avtomobilin parklanma yerinə dair mülkiyyət sənədi və uzunmüddətli icarə müqaviləsini təqdim etməlisiniz.
Bakıdaki vəziyyət
Hal-hazırda Bakı şəhərində avtomobil istifadəsini tənzimləyən heç bir effektiv metod tətbiq olunmur.
Anlamaq lazımdır ki, əgər heç bir nəzarət və çəkindirici alətlər istifadə edilməsə avtomobillər bütü boş yerləri tutacaq. Həqiqətən bu da baş verir: şəhərdə piyada səkilərində və xaotik parklanma adi bir hala çevrilib. 
Gündəlik evdən işə və işdən evə avtomobillə edilən kütləvi səyahətlər günün pik saatlarında şəhərin girişlərində xüsusi ilə acınacaqlı vəziyyət yaradır.
Deyə bilərsininiz ki, Bakıda ödənişli küçə parkinqi var və artıq neçə il fəaliyyət göstərir. Düzdür Bakıda ödnişli parkinq mövcuddur, lakin o bir sıra ciddi problemlərlə təşkil olunub. Demək olar ki, Bakı şəhər İcra Hakimiyyəti bütün mümkün səhvlərə yol verib. Beləliklə Bakı şəhərində ödənişli parkinq öz birbaşa funksiyalarını yerinə yetirmir. Parkinqin idarə edilməsi və təklif edilən dəyişikliklər haqqında geniş məqaləni burada oxuya bilərsiniz. 

 

Digər ciddi məsələ ondan ibarətdir ki, Bakı şəhərində dayanma və durma qaydaların pozulmasına dair cərimə gülünc dərəcədə ucuzdur. Bundan əlavə yol polisi bu qayda pozuntuları ilə effektiv mübarizə apara bilmir. 
Burada olarkən...

Fəaliyyətimizin və saytımızın inkişafına maddi dəstək göstərmək istəyirsinizsə, aşağıda ünvanlara ianələri göndərə bilərsiniz.

  • 1. Yoo.Money vasitəsilə : https://yoomoney.ru/to/4100115538238565;
  • 2. Bank Respublika kartına birbaşa "card-to-card": 4244-4873-5828-7859 (və yaxud MilliÖn, ExpressPay və digər ödəniş terminallarda hesaba mədaxil etmək olar);
  • 3. WebMoney hesabına (WMZ): Z193215882504.

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: