Bakını tıxaclardan hansı addımlar xilas edəcək?

Sadə müşahidələr göstərir ki, Bakı şəhərində nəqliyyat sıxlığı ilə bağlı problemlər aktuallığını itirmir, əksinə bəzi yollarda tıxaclar daha da pisləşir. Tıxacların nəticəsində Bakı şəhərinin iqtisadiyyatı və eyni zamanda vətəndaşlar milyonlara zərər çəkirlər. Bu səbəbdən tıxac probleminin həll edilməsi şəhər qarşısında duran ən vacib məqsədlərdən biridir. Anlamaq zalımdır ki, şəhərdə vəziyyət biz az da pisləşsə biz bütün şəhərin nəqliyyat sisteminin kollapsını görəcəyik. Əsas problemlər şəhərin girişlərində və çıxışlarında müşahidə edilir, eyni zamanda şəhər mərkəzinin küçələrində də hər gün böyük sıxlıq olur.


Tıxac nədir?  Nəqliyyat sıxlığını iqtisadi terminlərlə izah etməyə çalışsaq belə bir tərif alınacaq:
Tıxac, nəqliyyat tələbinin nəqliyyat təklifini üstələməsidir. Bunun nəticəsində yol hərəkətinin bütün iştirakçılarının yola sərf etdiyi vaxt artır. Bu deməkdir ki, şəhərin küçə-yol şəbəkəsi avtomobil istifadəsinə olan tələbi qarşılaya bilmir.

Ümumilikdə nəqliyyat sıxlığının 3 səbəbi var(ardıcıllıq önəmli deyil):
1.Hərəkət təşkilinin səhv olması
2.Kütləvi qayda pozuntuları və qeyri-effektiv nəzarət  
3.Avtomobil sayının çoxluğu
 
Əgər birinci və ikincı məsələni həll etmək nisbətən asandırsa çünki bunlar insan faktorudur, üçüncü səbəb daha çox fiziki sahə problemidir, avtomobillər sadəcə böyük sahə tələb edir, bu həm yol sahəsidir, həm də parkinq sahəsi. Eyni zamanda birinci və ikincı məsələlərin kökündə olan səbəb də avtomobillərin çoxluğudur, bu qədər maşına sadəcə yer qalmır və hərəkətin təşkilində və insan davranışında olan problemlər daha çox qabarır.
Burada bir neçə xüsusiyyətə toxunmaq lazımdır: yola çox maşın çıxırsa nəqliyyat axının sürəti qeyri proporsional düşür. Hərəkət iştirakçılarının sayı və yola sərf edilən vaxt bir birindən eksponental şəkildə asılıdırlar. Bu deməkdir ki, əgər yolda artıq nisbi sıxlıq varsa avtomobil sayının cüzi artması hərəkətin iflicinə gətirib çıxarır.   
Hərəkət iştirakçılarının sayı artdıqca yolun səmərəliyi kəskin düşür. Bunu aşağıdaki şəkillə izah etmək daha olar.
İlk baxışdan həll yolu küçə-yol şəbəkəsinin genişləndirilməsi almama gəlir: yeni yollar, müxtəlif səviyyəli qovşaqlar, bəzi yol ayrıclarda svetofor tənzimlənsinin ləğvi və sair.  Lakin bu növdən olan addımlar, böyük ölçüdə problemi həll etmir, çünki bu avtomobil istifadəsinin artmasını stimullaşdır. Eyni zamanda belə planları reallaşdırmaq üçün  böyük maliyyə vasitələri lazımdır, bundan əlavə isə yeni yolların və parkinqlərin tikintisi çox zaman tarixi tikililərin söküntüsünü tələb edir və şəhər mühitinə mənfi təsir edir. Artıq müasir biliklər və bir çox şəhərin mənfi və ya müsbət təcrübəsi bu addımların yanlış olmasını göstərir.

Bəs nə etməli?

Şəhər nəqliyyatı haqqında müasir biliklər tıxacla mübarizədə avtomobil istifadəsinə olan tələbin idarə edilməsini ön rola çıxarır. İngilis dilində buna “Traffic Demand Management” deyilir. Şəhər belə bir nəqliyyat siyasəti aparmalıdır ki, o avtomobil istifadəsini idarə edə bilsin. Bəzi şəhərlər hətta avtomobil sahibliyini də tənzimləməyə çalışırlar lakin bu digər mövzudur.
Bu məqalədə avtomobil istifadəsinin azaldılması haqqında geniş məlumat verilib.  
 
Hesab edirəm ki, Bakıda olan tıxac problemini həll etmək üçün aşağıdaki addımlar zəruridir:
1. Qayda pozuntularına qarşı ciddi və effektiv nəzarət və cəzalandırma mexanizmlərinin təkminləşdirilməsi;
2. Hərəkətin təşkilinə və küçələrin layihələndirməsinə tam yeni, müasir yanaşma. Buna həmçinin ictimai nəqliyyata zolaqların ayrılması, adekvat piyada və velosiped infrastrukturunun yaradılması, şəhər svetoforlarının vahid mərkəzdən idarə olunması daxildir. Şəhər küçələri haqqında daha ətraflı burada oxumaq olar; 
3. İctimai nəqliyyatın keyfiyyətinin əhəmiyyətli dərəcədə qaldırmaq. Hazırda ictimai nəqliyyat şəhərin mobillik ehtiyaclarının 70%-dən çoxunu təmin edir. Buna görə bizim üçün keyfiyyətli, şəhərinə yüksən xidmət səviyyəli inteqrasiya edilmiş, multimodal ictimai nəqliyyat ən vacib məsələdir. Daha geniş burada və  burada  oxumaq olar
4.  Bakıda küçə parkinmasının idarə edilməsi və ödənişli parklanmanın tətbiqi. Avtomobil istifadəsinə olan tələbi ən effektiv sürətdə idarə edən amil parkinqlərdir.Böyük şəhərdə küçə parkinqi mütləq ödənişli olmalıdır, çünki pulsuz və ya qiyməti aşağı olan məhdud bir nemətin istifadəsi hər zaman ifrat olur. Qiymət elə olmalıdır ki, avtomobil sahibi şəhər mərkəzinə və ya təlabatın yüksək olan yerə avtomobillə gəlməsin, eyni zamanda küçə parkinqinin qiyməti qapalı dayanacaqların qiymətindən yüksək olmalıdır. 
Deyə bilərsininiz ki, Bakıda ödənişli küçə parkinqi var və artıq neçə il fəaliyyət göstərir. Düzdür Bakıda ödnişli parkinq mövcuddur, lakin o bir sıra ciddi problemlərlə təşkil olunub. Demək olar ki, Bakı şəhər İcra Hakimiyyəti bütün mümkün səhvlərə yol verib. Şəhərin parklanma yerlərinin Bakı Nəqliyyat Agentliyinə ötürülməsindən sonra hələ ki, konkret addımlar atılmamımışdır.
Beləliklə Bakı şəhərində ödənişli parkinq öz birbaşa funksiyalarını yerinə yetirmir. Parkinqin idarə edilməsi və təklif edilən dəyişikliklər haqqında 
geniş məqaləni burada oxuya bilərsiniz. 

5. Bakının tarixi mərkəzində bəzi küçələri nəqliyyat üçün bağlamaq. Bəzi tarixi küçələr dalandırlar və ancaq parkinq üçün istifadə olunurlar, onlara hərəkət üçün bağlamaq və piyadalaşdırmaq lazımdır. Nümunələr buradaburada.

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: