“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi

Tezliklə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. Mərkəz istifadəyə verildikdən sonra burada 11 marşrutun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır.  Bu marşrutlar həm şəhərdaxili (3, 88, 93, 45, 71), həm də şəhərətrafı (100, 108, 147, 179, 123, 134) olacaqlar. Məntiqlə 8 və 6 nömrəli marşrut xətlərinin də son dayanacağı da burada olmalıdır, lakin naməlum səbəbdən bu planlar yoxdur.

 
Bu mübadilə mərkəzi şəhər üçün çox vacib nəqliyyat qovşağı olacaq. Gəlin onun yerləşməsinə nəzər yetirək. 
Mərkəz Bakının Binəqədi rayonunda yerləşir.
 
Mərkəzin avtobus terminalları Dərnəgül metro stansiyasının  çıxışları ilə birləşir. Bu isə nəqliyyat növləri arasında mübadiləni mümkün edir.
 
Mərkəzin ətrafı əsasən sənaye zonasıdır, yaşayış binaları buradan aralıdır. Eyni zamanda bu ərazinin yaxınlığından dəmir yolu xətti keçir.
 
Mərkəzin ümumi planı

 

 
Bu Nəqliyyat Mübadilə Mərkəzinin əlavə imkanları da ola bilər.  Daha öncə qeyd etdim ki, yaxınlıqda dəmir yolu xətti keçir. Hazırda Bakı-Sumqayıt qatarı elə bu yoldan istifadə edir. Dərnəgüldə yeni dəmir yolu stansiyasının yaradılması mərkəzi tam funksional mübadilə mərkəzinə çevirə bilərdi. Hal hazırda Sumqayıtdan Bakıya gedən elektrik qatarı Biləcəri stansiyasından sonra Bakı Vağzalında, yəni şəhərin tam mərkəzində dayanır. Bu baxımdan Bakıda əlavə stansiyanın olması çox faydalı olardı, çünki sərnişinlərin böyük hissəsi üçün Dərnəgüldə enib yollarına davam etmək daha rahat və münasib olardı.

 

 

Nəzərə alsaq ki, bu ərazi keçmiş sənaye zonasıdır, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində  böyük avtodayanacaq üçün yer də ayrıla bilər.  Şəhər ətrafından gələn sürücülər mərkəzə girmədən burada avtomobillərini saxlaya və ictimai nəqliyyatla yollarını davam edə bilərlər. Bu tip dayanacaqlara ingiliscə “Park and Ride” deyilir. Adətən belə parkinqlərin qiyməti şəhər mərkəzində olan qiymətlərdən dəfələrcə aşağı olur. 

 
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: