Avtobus dayanacaqları üçün ciblər
Bakı şəhərində avtobus dayanacaqları üçün inşa edilən cibli hissələr günü gündən artır, və bunların tikintisi birmənalı olaraq müsbət bir şey kimi qələmə verilir. Lakin avtobus ciblər həqiqətən lazımdırmı, onların verdiyi fayda varmı?
Bu dəfə mən iddia edəcəyəm ki, avtobus cibləri şəhər küçələri şəraitində əksər hallarda lazımsız infrastruktur növüdür. Bunu bir neçə səbəblərlə əsaslandıracam.
Səbəb 1
Güman edirəm ki, belə mənzərələr hər bir Bakı sakininə tanışdır:
Bakı şəhərində parklanma siyasətinin və ona effektiv nəzarətin olmaması şəhərdə olduqca böyük problemlər yaradır. Bu mənzərələr xüsusən avtobus dayanacaqlarında və metro stansiyalarının yanında özünü büruzə verir. Avtobus cibləri isə intizamsız sürücüləri sankı parklanmağa dəvət edir, və nəticədə demək olar ki, bütün cibli hissələr taksilər və digər avtomobillər tərəfindən zəbt olunur. Öz növbəsində, qeyri-effektiv nəzarət mexanizmləri bu sürücülər məsuliyyətdən bir növ azad edir. Bu vəziyyət avtobus gözləyən sərnişinlər üçün əlavə narahatlıq və təhlükəli mühitə gətirib çıxarır. Avtobus sürücüləri isə məcburiyyətdən avtobusları dayanacaqdan bir qədər aralı saxlayırlar.
Səbəb 2
Avtobus cibi hətta tam boş olsa da avtobus sürücüləri oraya daxil olmaq istəmirlər. Deyəcəksiniz ki, bunun səbəbi avtobus sürücüləri mədəniyyətsizliyi və qanunları saymamasıdır. Bəli, qismən bu belədir, lakin bu davranışın obyektiv səbəbi var: hər bir avtobus sərnişindaşımasının əsas səmərəlik hədəfi yubanma vaxtının azaldılmasıdır. Təsəvvür edin ki, bu ciblərə daxil olmaq və çıxmaq ümumiyyətlə ictimai nəqliyyatı nə qədər yubada bilər. Bir çox hallarda isə bu cibə ancaq bir avtobus yerləşir və ikincisi qələndə , o yenə də küçənin hərəkət hissəsində saxlamalı olur.
Səbəb 3
Bir çox küçələrimizdə parklanmaya icazə verilir və belə küçələrdə olan dayanacaqlar cibli olmasalar və avtomobillər tərəfindən zəbt edilmələsər belə, dayanacaqlar faktiki olaraq cib təşkil edirlər. Təbii ki, avtobuslar yenə də dayanacağa düzgün şəkildə yanaşmırlar.
Səbəb 4
Bir çox halda şəhərimizdə olan səkilər onsuz da dar olurlar və cib təşkil edilən halda səki daha da daralır və nəticədə sərnişinlər avtobusu elə cibin içində gözləməli olurlar.
Bəs necə etməli?
Bir çox halda və xüsusən küçələrdə parklanmaya icazə verilən halda avtobusa dayanacaqlarını cib şəklində deyil, əksinə çıxıntı şəklində təşkil etmək lazımdır.
Məsələn belə:
və ya belə
Bu isə real şəkildir.
Cibləri parklanma yerləri üçün təşkil etmək lazımdır, avtobuslar üçün deyil.
Avtobus cibləri hansı halda faydalı olurlar?
Bu tip infrastruktur ancaq son zərurət olduğu halda təşkil edilə bilər, məsələn hər tərəfə ancaq bir zolaq olduğu halda. Eyni zamanda şəhərdənkənar yollarda avtobus cibləri daha məqsədəuyğundurlar
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: