Şəhərlərdə avtomobillərin sürətini niyə və necə azaltmaq lazımdır

 

 
Yerli küçələr üçün nəqliyyat axınının bərabərliyi və müntəzəmliyi onun sürətindən daha əhəmiyyətlidir, əgər sürücülər svetoforda dayanmırlarsa deməli növbəti döngədə mütləq dayanıb vaxt itirəcəklər. Axının bərabərliyinə və müntəzəmliyinə həm də düzgün nizamlanmış svetoforlar vasitəsi ilə və axının dozalarla keçməsi ilə nail olmaq olar.
İnkişaf etmiş ölkələrdə iki növ yollar var: yerli yol şəbəkəsi və magistral yollar (highway) və onlar heç bir halda bir biri ilə qarışmır. Bunlar bir birində prinsipial olaraq fərqlənir və bir biri ilə ayrı şlüzlarla  (giriş və çıxışlarla) birləşdirilir.
İnkişaf etmiş dövlətlərdə yerli yol şəbəkəsində sürəti necə azaldırlar? Məsələ ondadır ki, sürətli magistral yollarda sürəti mümkün qədər yüksək saxlamağa çalışırlar, yerli küçələrdə isə əksinə. Bu məqalə səkiləri, velosiped zolaqları olan, uşaqlar hərəkət edən yerli yollar haqqındadır.
Avtomobillərin təxminən 100 yaşı var və bu nisbətən qısa zamanda insan bir canlı məxluq olaraq avtomobilə tam olaraq alışa bilməyib. Təbiyyətdə çox uca səslər olmur, əcdadlarımızın  eşitdiyi ən uca səs ildırım səsidir. Təbiətdə həmçinin çox sürətli hərəkət edən məxluqlar da yoxdur ən surətli heyvanlar bəbirlər və yırtıcı quşlardır. İnsan psixikasında minilliklərlə əmələ gələn vərdişlər vardır, məsələn biz sürətlə herəkət edən obyektlərdən təhtəlşüur şəkildə qorxuruq. Psixoloqlar müəyyən ediblər ki, insanlar özündən 10 dəfə daha sürətli hərəkət edən obyekti görəndə bu depressiv vəziyyət yaradır. İnsan orta hesabla saatda 5 kilomert sürətlə hərəkət edir və o deməkdir ki, 50 km/s-la hərəkər edən avtomobil daha rahat qəbul ediləcək. Bu səbəbdən Avropa İttifaqında yerli yollar üçün qəbul edilən sürət məhbudiyyəti məhz bu qədərdir. Orada insanların depressiv vəziyyətdə olmasını istəmirlər və buna görə də avtomobillərin və insanların olduğu yollarda bu sürət məhdudiyyəti var.
Psixoloji diskomfortdan əlavə yaşayış zonalarında olna yüksək sürət yol-nəqliyyat nəticəsində baş vermiş ölümlərin də statistikasını artırır. 50 km/s-dan sonra hər əlavə 5 km/s həlak olmaq ehtimalınl iki dəfə artırır. İnkişaf etmiş dövlətlərdə sırf yaşayış zonası olan küçələrdə hərəkət sürətini 30 km/s qədər azaldırlar. Mərkəzi küçələrdə isə məhdudiyyət 50 km/s olur.
Şəhər küçələrində sürəti məhdudlarışdırmaq və intensivliyi azaltmaq üçün alətlərə ədəbiyatda nəqliyyat axınının sakitləşdirilməsi deyilir. Bu haqqda ətraflı.  Əksər hallarda mövcud küçə şəbəkəsini dəyişmək mümkün olmur, lakin sürətlərin azaldılması və yol hərəkətinin təşkilinin optimallaşdırılması üçün bir sıra alət və metodlar vardır.
Nəqliyyat axınının “sakitləşdirilməsi” üsuları əhalinin sıx yaşadığı, binaların və kvartalların ətrafında piyada hərəkətinin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün tətbiq olunur.
Eyni zamanda bu metodların tətbiqi nəqliyyat axının yaratdığı səs çirklənməsinin və havaya buraxılan zərərli qazların həcmini də azaldır. Hərəkət sürətinin azaldılması üçün infrastruktur, normativ-hüquqi və vizual vasitələrin tətbiqi yol nəqliyyat hadisələrinin sayını 18-60 faizə qədər azaldır.
Ekpertlər qeyd edirlər ki, bütün bu tədbirlər yol polisinin effektiv işini lazımsız etmir və ən vacib məsələ təhlükəli yerlərdə kameraların mövcudluğudur.
 
Yuxarıda şəhərlərdə hərəkət sürətinin 50 km/s qədər azaldırması üçün iki əsəs şərt görtərilmişdir:
  • Piyadaların psixoloji diskomfortunun istisna edilməsi
  • Yol-nəqliyyat hadisələrinin sayinın azaldılması

Lakin üçüncü səbəb də var – küçə şəbəkəsinin buraxılış qabiliyyətinin artırılması. Buraxılış qabiliyyəti (hərəkətin intensivliyi) saatda 40 kilometrə qədər artıq. 40 km/s sürətindən sonra isə buraxılış qabiliyyəti azalmağa başlayır, çünki avtomobillər arasında ola ara məsafəsi artmağa başlayır.


 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: