İlk əvvəl onu qeyd etmək lazımdır ki, Kanadanın Toronto şəhəri  bir çox şimali Amerika şəhərləri kimi strukturuna görə avtomobil yönümlü şəhərdir.

Torontonun da böyük miqyaslı sürətli yol şəbəkəsi var və bu yollar şəhərin içindən keçirlər.

 
Lakin buna baxmayaraq şəhərdə səmərəli və rahat ictimai nəqliyyat sistemi var: 4 xəttdən ibarət 75 stansiyalı metro sistemi.

 

 
11 marşrut xəttindən ibarət tramvay sistemi (əsasən şəhərin məzrkəzi hissəsində işləyir)

 

 
Və 170 müntəzəm avtobus marşrutu

 

 
Bundan əlavə isə şəhər aqlomerasiyasına xidmət edən marşrutlar da var.

 

 
Bu gün sizə Metronun 1-ci xəttinin son stansiyasında təşkil edilmiş nəqliyyatın mübadilə mərkəzindən danışmaq istərdim.  Bu mərkəz prinsipial olaraq üç zonaya bölünüb: Şəhərərtafı avtobus marşrutları üçün terminal, Şəhərdaxili avtobuslar üçün terminal və avtommobil dayanacağı. Bunların hamısından metroya giriş var.

 

 
Bu da metronun girişi. Məhdud mobilli insanlar üçün burada lift var.

 

 
Şəhərdaxili avtobusların terminal dayacağı metro çıxışının ətrafında təşkil edilib. Şəhərdaxili avtobusları, metronu və tramvayıarı eyni operator idarə edir.

 

 
Yaxınlıqda isə şəhərətrafı avtobusalarının terminalı var. Torontoda by işlə iki operator məşğul olur: Go transit və Viva.

 

 
Bilet sistemi inteqrasiya olunub.

 

 
Bundan əlavə bu ərazidə nəhəng avtomobil dayanacağı təşkil olunub ki, sürücülər burada avtomobili burada park edib mərkəzə ictimai nəqliyyatda gedə bilsinlər. Şəhərin mərkəzində olan parklanma yerləri kifayət qədər baha olduğuna görə çox adam burada maşını saxlayıb metro və ya avtobuslarda istifadə edirlər.

 

 
Bundan da əlavə metro stansiyasında sərnişin düşürdüb götermək üçün xüsusi qısa müddətli parkinq var. Vaxt məhdufiyyatı burada 10 dəqiqəyə bərabərdir.

 

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: