Bakıda kütləvi avtomobil istifadəsi niyə mümkün deyil?



Avtomobil yönümlü şəhər necə olur? Biz belə şəhərləri ABŞ-da görə bilərik. Belə şəhərlərin yol və küçə sahəsi şəhərin ümumi sahəsindən 30%-dən çoxunu təşkil edir. Belə şəhərlərə avtomobil sahibliyi hər min nəfərə 700-800 avtomobil təşkil edir.  

Avtomobil yönümlü şəhərin yol infrastrukturu

 

 

Los Anceles şəhəri

Avtomobil yönümlü şəhər quruluşu şəhərlərin ifrat böyüməsinə və az sıxlıqlı şəhərsalma paradiqmasına gətirib çıxarır.  Məhz bu spesifikaya görə belə şəhərlərdə keyfiyyətli ictimai nəqliyyatı qurmaq mümkün deyil. Maşını olmayan  və ya sürməyi bacarmayan adam üçün yaşayış çox çətin olur.

Aşağı sıxlıqlı şəhərsalma

Məsələn tipik amerikan şəhərsalma nümunəsi olan Atlanta şəhərinin sahəsi, eyni əhalisi olan Barselona şəhərindən 10 dəfə böyükdür.  

Atlanta və Barselona şəhərləri

İfrat avtomobil istifadəsinin nəticəsində isə şəhərin parkinqlərə çox ehtiyacı olur. Şəhərlərin mərkəzləri böyük ölçüdə ofis binalarından  və parkinqlərdən ibarət olan və yaşayışı olmayan sahəyə çevrilir.

Las Veqasın mərkəzindı parkinq
San Dieqoda ofis mərkəzı
Bundan əlavə şəxsi avtomobilə arxalanan mobillik paradiqması iqtisadi baxımdan ən daha başa gələn və ən səmərəsiz metoddur. Bütün cəhdlərə baxmayaraq  avtomobil yönümlü şəhərlər tıxaclardan qurtula bilmirlər və gündəlik gediş gəlişə sərf edilən vaxt kifayət qədər böyük olur.
Bakı şəhərini kütləvi avtomobil istifadəsinə uyğun etmək olaramı?
Hal hazırda Bakı şəhərində min nəfərə təxminən 300 avtomobil mövcuddur. Bakının küçə və yol sahəsi isə belə avtomobilləşmə səviyyəsinə isə uyğun deyil. Kütləvi avtomobil istifadəsinə uyğun yol və parkinq infrastrukturunu Bakı şəhərində tikmək üçün sadəcə olaraq yer yoxdur, bunu etmək üçün Bakı şəhərinin mərkəzinin əhəmiyyətli hissəsini sökmək lazım olardı.

 

Hal-hazırda tıxaclardan əziyyət çəkən şəhərdə avtomobil sahibliyi bir daha da artsa bizi nəqliyyat kollapsı gözləyir. Məhz buna görə yeganə seçim ictimai nəqliyyatın keyfiyyətli inkişaf etdirmək və avtomobil istifadəsini tənzimləmək və əngəlləmək lazımdır. Bunlar haqqında daha geniş yazılar olacaq.

 

Yazı ilə bağlı rəy bildirin: