Bakı şəhərində tıxacların səbəbi

Şəhərdə tıxaclar hansı səbəbdən yaranır? Tıxacların üç səbəbi var (ardıcıllıq önəmli deyil): 1.Hərəkət təşkilinin səhv olması 2.Qayda pozuntuları 3.Avtomobil sayının çoxluğu
1.Hərəkətin təşkiliBura svetoforların düzgün tənzimlənməməsi, nişanların və cizgilərin səhv olması daxildir. Svetofor özü özlüyündə problem yaratmır, hətta bir çox halda ləğv olunmuş svetofor tıxaclara səbəb olur, çünki svetoforun əsas funksiyalarından biri nəqliyyat axınının tədricən küçələrə buraxmasıdır. 2.Kütləvi qayda pozuntuları və nəqliyyat vasitələrin nizamsız idarə edilməsiBu olduqca vacib amildir, sürücülər və piyadalar tərəfindən yol verilən kütləvi qayda pozuntuları və nizamsiz idarəetmə, hərəkəti iflic edir. Qayda pozuntusu baş verməməsi üçün iki şey vacibdir. (1) Qayda pozuntusunun fiziki olaraq əngəllənməlidir, infrastruktur əvvəlcədən “axmaqdan qorunma”-ya hesablanmalıdır. Küçələr elə layihələndirilməlidir ki, yol hərəkəti qaydalarının pozuntusunu mümkün dərəcədə əngəlləsin. Bu haqqda burada oxumaq olar (2) Polis (va ya nəzarəti həyata keçirən digər qurum) qayda pozuntusunun qarşısını almağa çalışmalıdır, pozuntunun baş verməsini gözləməməlidi. 3.Avtomobil sayının çoxluğu Hal hazırda Bakı şəhərində min nəfərə təxminən 250-300 avtomobil mövcuddur, bu isə iri Avropa şəhərlərinin orta göstəricisinə yaxındır. Amma şəhərin küçə-yol infrastrukturu bu sayda maşınlara uyğun deyil. Uyğunlaşmaq isə qeyri-mümkün görünür, bunun üçün şəhər sökülməlidir.

Bakı şəhərində bir çox meqapolislərdə olduğu kimi işgüzar və mədəni fəallıq şəhərin mərkəzi hissələrində cəmləsir. Bu amil insanların şəhərin ətraflarından və Abşeron yarımadasında yerləşən qəsəbə və şəhərlərdən Bakının mərkəzi hissələrinə gündəlik səyahətlərinə gətirib çıxarır. Sakinlərin əhəmiyyətli hissəsinin belə səyahətləri şəxsi avtomobillər ilə etməsi şəhərin küçə-yol şəbəkəsinə ifrat yük yaratmaqla, şəhərə gələn maşınların parklanması üçün tələbat mövcud yerlərdən çox olur. Beləliklə şəhərinin mərkəzi hissələrinə çoxlu sayda maşın daxil olmasına və parkinq yerlərinin məhdud olmasına görə, Bakıda yol tıxacları və xaotik parklanmış küçələr müşahidə olunur. İnkişaf etmiş ölkələrin iri şəhərlərində və xüsusən Avropada ötən əsrin təxminən 60-cı illərində yol tıxacları problemi müşahidə olunmağa başlamışdır. Bu problem əsasən avtomobil sahibliyinin həmin illərdə geniş yayılması ilə əlaqəli idi.
Avtomobil yönümlü şəhərlər haqqında burada oxumaq olar.

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: