Prinsip2: Ictimai Nəqliyyat yönümlü Şəhərsalma

Keçən yazıda Bakı şəhərinin əhali sıxlığı və onun şəhərsalma strukturundan danışdıq. Müəyyən olundu ki, Bakının mərkəzi hissələri kütləvi maşın istifadəsinə uyğun deyil, lakin şəhər ətraflarının az sıxlıqlı inkişafı şəxsi avtomobillərdən istifadəni stimullaşdırdığına görə əhəmiyyətli nəqliyyat problemləri əmələ gəlir.
Bəs şəhər dayanıqlı nəqliyyat baxımımda  hansı paradiqma ilə inkişaf etməlidir? Bu İctimai Nəqliyyat yönümlü Şəhərsalmadır (Transit Oriented Development və ya TOD) və Dayanıqlı Nəqliyyat Prinsiplərindən ikincisidir.


TOD çoxfunksiyalı, qarışıq torpaq istifadəsini ehtiva edən (yəni yaşayış, iş, təhsil, mədəni və sair funksiyalarını birləşdirən şəhər zonaları), ictimai nəqliyyata rahat çıxışı olan, piyada və velosipedlər üçün əlverişli şərait yaradılan şəhərsalma prinsipidir. TOD şəhərsalma konsepsiyasının mərkəzində nəqliyyat stansiyaları yerləşir, bu dəmir yolu və ya metro stansiyası ola bilər. Nəqliyyat qovşaqları piyadalar üçün əlçatan olmalıdır və ictimai nəqliyyat istənilən yerdən 400-800 metr məsafədə yerləşməlidir. 

Sovet dövrünün əvvəllərində Bakı şəhərinin inkişafı müasir TOD prinsiplərinə uyğun həyata keçirilirdi. Lakin 60-cı illərdən sonra çoxfunksiyalı, qarışıq şəhərsalma prinsipi pozulmağa başladı. O dövrlərdə tək, ancaq yaşayış funksiyalı mikrorayonlar tikilməyə başladı. Lakin mobillik baxımından belə mikrorayonlarda ictimai nəqliyyat yönümlü idi, çünki sovet dövrünün avtomobil sahibliyi dərəcəsi bir çox səbəbdən çox aşağı idi.

 

Lakin son dövrlərdə şəhərətrafı qəsəbələr sürətlə böyüməyə başladılar, belə zonalar isə təbii olaraq tək funksiyalı şəhərsalma nümunəsidir. Mobillik baxımından belə zolanar avtomobildən və ya aşağı keyfiyyətli avtobus xidmətindən asılıdır.  Gələcəkdə Bakı şəhəri mütləq TOD prinsiplərini nəzərə almalıdır.
 
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: