Prinsip 8: Ekoloji təmiz nəqliyyatın təşviqi

Dayanıqlı şəhər nəqliyyatının 8-ci prinsipi ekoloji təmiz nəqliyyat vasitələrinə aiddir.

 

Hal-hazırda  bu mövzu inkişaf etmiş dövlətlərdə  xüsusi dəbdədir. İş ondadır ki, qərbi Avropa və Şimali Amerikada avtomobil sahibliyinin artdığı zamanlarda (1950-60-cı illər) elektrik ictimai nəqliyyat növləri kütləvi olaraq məhv edilirdi. Sonradan bu addımların nə qədər səhv olunması anlaşıldı və hazırda Avropada və Amerikada yeni tramvay sistemləri bərpa olunur və bu proses davam edəcək. Bundan əlavə yeni nəsil elektrik maşınlar və avtobuslar yavaş-yavaş vüsət alır.
İsveçrədə üçseksiyalı troleybus
 
Parisdə yeni tramvay (LRT) sistemi
 
Tam əminliklə demək olar ki, orta və yaxın müddətdə ənənəvi dizel avtobuslar elektrik və ya hibrid avtobuslarla əvəz ediləcək.
Londonda hibrid avtobus
 

 

Tam elektrik avtobus

Bəzi şəhərlər isə ümumiyyətlə öz mərkəzlərini tam və ya qismən şəxsi avtomobillərdən təmizləməyi planlaşdırırlar, bir neçə ölkədə isə 2020-ci ilə qədər dizel mühərrikli minik avtomobillərin iri şəhərlərə girişini qadağan etmək istəyirlər.

Bəs Bakıda nə baş verir?

 Vaxtı ilə Bakı şəhərinin kifayət qədər geniş tramvay və trolleybus sistemi var idi. Lakin 2000-ci illərin əvvəlində atrıq tam deqradasiyaya uğramış elektrik nəqliyyat məhv edildi. 
Bakı tramvayı 2000-ci il

Eyni zamanda şəhərdə avtomobil sahibliyi durmadan artırdı və arxaik nəqliyyat növünün daha çevik avtobuslarla əvəz edilməsi müəyyən qədər məntiqli görünürdü. Həmin vaxtlarda şəhərətrafı elektrik qatarlar da deqradasiyaya uğradı və demək olar ki yox oldu.   Əslində bu addımlar kökündən səhv idi, çünki mövcud infrastrukturu müasirləşdirib gözəl və səmərəli sistem almaq olardı.
2000-ci illərin əvvəllərində yerüstü ictimai nəqliyyat  demək olar ki, bütövlükdə kiçik tutumlu microavtobuslardan asılı idi. Bu həqiqətən biabırçı bir hal idi, microavtobusların asasında qurulan ictimai nəqliyyat sistemi ən kasıb Afrika ölkələrin xüsusiyyətidir. Beləliklə biz qısa bir zamanda qabaqcıl və dayanıqlı, amma modernizasiya tələb edən sistemdən ən dayanıqsız modelə keçdik.  

Xoşbəxtlikdən sonradan bu mirkoavtobusların fəaliyyəti dayadırıldı və hal hazırda yerüstü ictimai nəqliyyatda nisbətən iri tutumlu avtobuslar çalışır.
Hal hazırda Bakı şəhərinin avtobus parkının əsasını Daewoo BS90 təşkil edir.

Bu avtobuslar 1990-cı ildə istehsal edilməyə başlamışdı və AVRO 1 ekoloji standarta cavab verir, yəni çox geridə qalmış bir modeldir. Bu avtobus müasir şəhərin nə xidmət keyfiyyəti baxımından həm də ekoloji təmizlik baxımından  tələblərinə cavab vermir. Sərnişindaşıma şirkətlərin bu avtobuslara olduqca pis xidməti isə maşınların nasaz işləməsinə gətirib çıxarır, nəticədə isə ekoloji çirklənmə daha da intensivləşir.
Bakıda müasir AVRO 6 ekoloji standarta cavab verən, təbii qazla işləyən avtobuslar da var. Məsələn Baku Bus şirkətinin İveco Crealis və  Urba
way avtobusları. 
Düşünürəm ki, bir gün Bakıya da tramvay qayıdacaq və bizim şəhərdə də dayanıqlığa və düzgün nəqliyyat siyasətinə diqqət yetirəcəklər.
 
 
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: