Daha öncə qeyd etdiyimiz kimi, “Yol hərəkəri təhlükəsizliyi üzrə dövlət proqramı”nın məqsədi yol-nəqliyyat hadisələri nəticəsində həlak olanlarının sayını 30% azaltmaqdır.Uşaqların iştirakı ilə yol-nəqliyyat hadisələrini isə 50% azaltmaq nəzərdə tutulur. Bu nəticələrə 2023-cü ildə əldə etmək planlaşdırılır.
Rəsmi statistikaya görə, 2018-ci ildə Azərbaycanın yollarında 722 nəfər həyatını itirib, yəni 5 ildən sonra bu rəqəm 500-ə çatdırılacaq. Digər bir maraqlı fakt isə ondan ibarətdir ki, ötən 5 ildə ölüm hallarının 1124-dən (2014-cü ildə) 722 (2018) enmişdir , yəni dövlət proqramlarının qəbul edilmədən də azalma 35% təşkil etmişdir. Qeyd edək ki, bu halda yalnız rəsmi statistikadan söhbət gedir. Ölkənin uzaq bölgələrində olduqca az sayda hallar qeydə alınır və vahid bir statistik məlumat bazasına düşmür və bu, onu əhəmiyyətli dərəcədə təhrif edir.
Biz bloqda İsveçdə 1997-ci ildə qəbul edilmiş Vision Zero konsepsiyası haqqında dəfələrlə danışmışıq. Bu proqram yol qəzalarında ölümlərin sıfıra endirilməsini nəzərdə tutur. İsveçin özü ilə yanaşı, digər Avropa ölkələri və ABŞ-ın ən iri Nyu-York şəhərləri də daxil olmaqla, bu proqramın tətbiqi ilə məşğul ola biliblər. 2041-ci ilə qədər London şəhəri ölümcül və ciddi qəzaların sayını sıfıra endirməyi planlaşdırır.
Bizim də siyasi iradəmizin bu “tam sıfıra” yönəldilməlidir. Əlbəttə ki, bunun üçün ölkədə çox fundamental islahatlar baş verməlidir. Beş illik dövlət proqramında da əks etdirilən bu islahatlardan biri də qanunvericilikdə dəyişiklik və yol hərəkəti qaydalarının yenidən nəzərdən keçirilməsidir.
“İnsan yönümlü şəhərlər” layihəsi mövcud qanunvericiliyin dünya təcrübəsinə əsaslanan dəyişikliklərin və yeniliklərin siyahısını təklif edir. Bu, Respublikanın küçələrində və yollarında təhlükəsizliyinə müsbət təsir edəcək.
1. Şəhərlərdə sürət həddi 50 km/saata qədər endirilməlidir
Avropada yaşayış məntəqəsinin daxilində mümkün olan maksimal hərəkət sürəti 60 km/s təşkil edən yalnız 5 ölkə var. Bunlar post-sovet Rusiya, Azərbaycan, Belarus, Gürcüstan və Ermənistandır. Baltikyani ölkələrdə, Türkiyə və Avropa Birliyinin üzv ölkələrinin şəhərlərində sürət həddi 50 km/s təşkil edir, Böyük Britaniyada isə 30 mil/saat (48 km/s) təşkil edir. Belə məhdudiyyətlər başa düşüləndir, çünki 50 km/s sürətlə piyada ilə toqquşma baş versə, sağ qalma şansı təxminən 50% təşkil edir, 60 km/s sürətlə isə vurulduqda – piyadaların 85% -i yerindəcə dünyasını dəyişir.
Təəssüf ki, Bakının bəzi küçələrində sürət həddi 80 km/s (Y. Səfərov küçəsi, Babək prospekti), bəzən isə 90 km/s (H.Əliyev prospekti, Z.Bünyatov prospekti) təşkil edir. Belə yüksək sürət piyadalar və şəhər mühiti baxımından son dərəcə təhlükəli olmaqla, həm də nəqliyyat vasitələrinin bir-biri ilə toqquşduqda bu faciəvi fəsadlara gətirib çıxara bilər.
2. Yolların və infrastrukturun qurulması qaydaları və standartları yenilənməlidir
Bilirdiniz ki, Azərbaycanda yolların tikintisi və layihələndirilməsi hələ 40 il əvvəlki standartlara əsaslanır? Bəli, bu faktı, Bakı Nəqliyyat Agentliyi daxil olmaqla müvafiq qurumlar təsdiqləyir.
QOST (ГОСТ) 23457-86 və QOST 10807-78 standartları Sovet dövründə hazırlanmışdır (1986 və 1978-ci illərdə). Qonşu Rusiyada, məsələn, 2004-cü ildən 52290, 2014-cü ildən 32945, 2018-ci ildən 51256 və bir sıra digər yenilənmiş standartlar tətbiq olunur. Hər bir yenilənmiş standart yolun təhlükəsizliyinə, o cümlədən yol nişanlarının və işarələrinin görünməsi, yol qovşaqlarının təşkili və digər tədbirlərə yönəldilmişdir.
Bizdə hətta Sovet dövrünün standartları tez-tez pozulur. Məsələn, iki zolaqdan çox olan yollarda sol tərəfdə, demək olar ki, heç vaxt təkrar nişanlar qoyulmur. Çox az yerdə “zolaqlarda hərəkət istiqaməti” nişanı (5.8.7-5.8.8) mövcuddur. QOST və SNiP-lərlə yanaşı (СНиП – строительные нормы и правила – tikinti norma və qaydaları), Vision Zero üçün nəzərdə tutulmuş standartlar da daxil olmaqla, Avropa standartları tətbiq edilməlidir.
3. Avtomobil içərisində olan uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır
Bir neçə il bundan əvvəl müvafiq dəyişiklik edilməsi təklif olunduqda, sosial şəbəkələrdə belə bir qanun layihəsinin təşəbbüskarı avtomobil oturacaqlarının satılması işi məşğul olmasında ittiham edildi. Lakin statistika və tədqiqatlar göstərir ki, uşaqlar üçün oturacaqlar sağ qalmaq şansları əhəmiyyətli dərəcədə artır. Dövlət proqramının məqsədlərindən biri uşaq ölümünün azaldılmasıdırsa, 12 yaşından kiçik uşaqların (boy və çəki həmçinin nəzərə alınmalıdır) uşaq oturacaqlarına daşınması üçün məcburi qaydaların tətbiqi yeni qanunvericilikdə əksini tapmalıdır.
Bu qayda uzun müddət Rusiyada, Avropada və ABŞ-da tətbiq edilmişdir.
4. Payız-qış dövründə gündüz vaxtı da yaxınvuran işıqlardan istifadə olunmalıdır
Təhlükə mənbəyi kimi hər bir mexaniki nəqliyyat vasitəsi yolda aydın şəkildə görünməlidir. Bütün yol istifadəçilərinin vaxtında bir-birini görməyi vacibdir. Gündüz işıqları işə salındıqdan sonra avtomobili daha çox fərqləndirə bilərik ki, bu da digər sürücülərin və piyadaların lazımi tədbirləri vaxtında görülməsinə kömək edir.
Avropanın bir çox ölkələrində, o cümlədən Rusiya və Ukraynada, avtomobili yolda daha yaxşı görmək üçün gündüz saatlarında ışıqlar məcburi qaydada yanmalıdır. Bütün yeni avtomobillər bu məqsəd üçün müvafiq gündüz işıqları ilə təchiz olunmuşdur (daylight running lights).
Bir neçə il bundan öncə “Həyata Bağlan” ictimai birliyi yol təhlükəsizliyi komissiyasına və yol polisinə müraciət edərək, sürücüləri noyabrın 1-dən martın 31-dək gündüz vaxtı işıqların mütləq qaydada istifadəsi haqqında təşəbbüsü irəli sürmüşdür. Bu, Azərbaycan ərazisində daha çox buludlu hava və yağıntıların müşahidə olunduğu dövrdir. Təəssüf ki, yollarımızda hələ də məhdud görünürlük şəraitində işıqdan istifadə etməyən bir çox sürücü var. Aşağıda, işıqları yandıran avtomobillərin daha yaxşı görünməsini əyani göstərən bir videonu izləyə bilərsiniz.
Qeyd etmək lazımdır ki, yol polisinin rəsmi müraciətindən sonra təşəbbüsü dəstəkləmişdir, lakin hələ də həyata keçirilməmişdir.
5. Təhlükəli pozuntulara görə cərimələr artırılmalıdır
Şübhəsiz ki, bu bənd bir çox sürücülər arasında böyük narazılığa səbəb olacaq, xüsusilə də bəzən bir az “avtoşluq” etməyi sevənlər. Lakin, yol səhvləri bağışlamır və sürət həddinin 15-20 km/s aşmaq və ya təhlükəsizlik kəmərini istifadə etməmək çox vaxt kritik ola bilər.
Buna görə də, biz ciddi nəticələrə səbəb ola biləcək yol hərəkəti qaydalırının pozuntularına görə cəzaların sərtləşdirilməsinə inanırıq. Bunlar arasında:
- Svetoforun qadağanedici işiğının tələbini pozmaq – 100 AZN (hazırda 60 AZN);
- Dəmiryol keçidlərinin tələblərinin pozulması – 150 AZN (hazırda 80 AZN);
- Qarşı hərəkət zolağına çıxma – 300 AZN (hazırda 100 AZN);
- Piyadaya yol verməmək – 100 manat (hazırda 50 AZN);
- Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması – 50 AZN (hazırda 20 AZN);
- Sərxoş vəziyyətdə avtomobil idarə etmək – 2000 manata qədər (hazırda 400 AZN);
- Avtoxuliqanlıq – 5000 AZN (hazırda 500-700 AZN);
- Sürət həddinin aşmasına görə cərimələr orta hesabla 2 dəfə artırılmalıdır.
- Həmçinin, hesab edirik ki, kəmərdən istifadə etməyən sərnişinlərin daşınmasına görə sürücülərə cərimə əlavə edilməlidir. Hazırda, İnzibati xətalar məcəlləsi bu cəriməni yalnız sərnişinlərin özünə tətbiq edilməsini nəzərdə tutur, amma reallığa gələndə yol polisi bu cəriməni, demək olar ki, heç vaxt tətbiq etmir.
Dövlət proqramına görə, yeni qanunvericilik artıq bu il hazırlanmalıdır. Yaxın vaxtlarda City4People.az öz təkliflərini müvafiq qurumlara göndərəcək. Qanunda daha çox insanı xilas etmək üçün başqa nə dəyişəcəksiniz? Şərhlərdə bizə yaza bilərsiniz.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.