Əgər nəqliyyat haqqında danışmağa başladıqsa bir başa ən yaralı yerimiz – tıxaclar barədə danışaq. Həmçinin tıxacların hardan yaranması barədə olan nağıllarıda araşdıraq.

Tıxacların yaranmasının əsas səbəbləri:
1. Yol hərəkətinin düzgün təşkil olunmaması.
2. Yol hərəkəti qaydalarının pozulması
3. Həddindən artıq çox maşın

Əlbəttə şəhərin müxtəlif sahələri arasındakı düzgün təşkil olunmayan əlaqənidə bura əlavə etmək olar lakin mənim təcrübələrimə görə bu problem aradan qalxsa belə tıxaclar azalmır
Bu problemlərin ayrı ayrılıqda üstündən keçək

Yol hərəkətinin düzgün təşkil olunmaması.

İşıqfor ayarlarının düzgün quraşdırılmamasından tutmuş yolların düzgün işarələnməməyinə qədər bütün problemləri bura aid etmək olar. Nəticə eynidir yol hərəkəti düzgün təşkil olunmur və əziyyəti insanlar çəkir. Bir qayda olaraq bu hallar küçələri qəbul olunmuş modəllərə görə yox, “bas getsin” prinsipinə uyğun layihələndirildikdə baş verir.

Bu problemlər bəzən sistematik səhvlərdən yaransada əsasən invidual xarakter daşıyır. Güman edirəmki, hər birimiz müvafiq şəxslərdən ən azı bir dəfə “Yol ayrıcı tikəcəyik, işıqforu quraşdıracayıq və yol tıxacdan xilas olacaq” sitatını eşitmişik. Agah olun bu sitat səriştəsiz bir işçinin işlətdiyi cümlədir 🙂

İşıqfor – nəqliyyat axınını idarə etmək üçün bir alətdir. İşıqfor nə qədər çox olarsa bu axını o qədər yaxşı idarə etmək olar, təbii bunu bacarırsansa. Bizdə isə adət üzrə hər işıqforun öz “həyatı” var və digərləri ilə heç vaxt sinxronlaşmırlar. Əslində isə bütün bu obyektləri bir şəbəkəyə qoşsan və düzgün ayarlasan yollarda baş verən tıxacların böyük əksəriyyətini dispetçer otağındakı kompüter siçanın bir neçə düyməsi ilə həll etmək olar.

İşıqforsuz davamlı hərəkət olan küçələr şəhərin bir nömrəli düşmənidir. Çünki birinci növbədə bu şəxsi minik avtomobilini şəhərdə ən üstün vasitəyə çevirir (Əvvəlki yazılardan bildiyimiz kimi isə bu düzgün deyil). İkinci isə şəhər daxilində heç vaxt sonu işıqfora dirənməyən yol çəkmək mümkün deyilki buda həmən işıqforda böyük tıxaclara gətirib çıxardacaq.

Əlbəttə xeyli maliyyə və vaxt itkisi sərf edərək həqiqətən davamlı hərəkəti olan yol salmaq olar amma bu yol:
1. Bu küçə insanlar üçün “ölü” olacaq. Orada piyadaların gəzməsi maraqlı olmayacaq.
2. Yan küçələrdən bu yola çıxmaq istəyən maşınlar fiziki olaraq bunu bacarmayacaq və bu səfər isə yan küçələrdə tıxac yaranacaq.

Mən hələ bu yolun ekoloji problemi barədə danışmadım. Belə bir yolda isə ümumiyyətlə ekologiyadan söhbət gedə bilməz.
Ədalətlə danışsaq bu problem digərlərinə nisbətən ən asan həll olunanıdır.

Yol hərəkəti qaydalarının pozulması

Bu barədə çox müzakirə etmək olarki, qanımızda var, mentalitetimiz bunu tələb edir və s. Lakin bir mənalı olaraq yüksək cərimələr tətbiq olunmayan qədər həmişə bir axmaq çıxıb yolun düz ortasında maşını saxlayacaq, digəri 3-cü sırada maşını park edəcək və s. Maraqlı isə odurki bu insanlar başqalarına mane olduqlarını düşünmürlər. Qanunla qadağan deyil deməli maneçiliyi yoxdur.

Qısa və konkret – bu səbəbdən yaranan tıxaclarda sürücülər özləri günahkardırlar.

Həddindən artıq çox maşın

Gəldik problemin ən çətin həll olunan yerinə. Prinsip belədir: “Sən tıxacda dayanmırsan, sən tıxacın özüsən”. Hər küçənin özünün limiti varki bu limitdən yuxarı “tullanmaq” mümkün deyil. Təəssüfki bu problemi düzgün yol hərəkətinini təşkil etməklə və axmaq sürücüləri ağıllandırmaq həll etmək mümkün deyil. Bu isə tıxacların ən böyük problemidir. Yeni yolların salınması tıxac probleminin qarşısını almaması barədə əvvəlki yazımda danışmışdım. Yeni yollar bir mənalı şəkildə piyadaları maşın almağa sövq edir.

Sakinləri şəhərdə az maşın sürməyə vadar etmək üçün müxtəlif yollar var. Bu yollar barədə mən növbəti yazılarımda ətraflı danışacam. Qısaca olaraq isə bu problemi – adminstrativ, siyasi, ekonomik və texniki şəkildə aradan qaldırmaq olar.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: