Gürcüstanın paytaxtı Tiflis şəhəri Bakı kimi nəqliyyat problemləri ilə üzləşməkdədir. Lakin Bakıdan fərqli olaraq, burada problemin həllində daha köklü yanaşdılar. Şəhərin yeni hakimiyyəti və meri Kaxa Kaladze sərt islahatlar aparır – küçələr tam yenidən qurulur, avtomobil zolaqların sayı azaldılır və ictimai nəqliyyata birmənalı olaraq prioritet verilir.
Bəs Gürcüstanda buna necə gəldilər və gələcək planlar nədir? Yeni videoda bu haqda Tiflisdə yaşayan nəqliyyat eksperti Elene Xundadze ilə söhbət etdim.
Reportajda həmçinin Tbilisi metrosu haqqında qısa olaraq danışdım və əyani göstərdim.