İctimai nəqliyyata subsidiyalar lazımdırmı?

 

 
Hamıya aydındır ki, aşağı gediş haqqı tarifləri ilə keyfiyyətli ictimai nəqliyyat mümkün deyil. Əslində isə biz hər gün bunun şahidi oluruq, təbii ki 20 qəpik gediş haqqı ilə keyfiyyətli və etibarlı ictimai nəqliyyat öz xərclərini qarşılaya bilməz. Faktiki olaraq Bakı sakinləri elə 20 qəpiklik xidmət əldə edirlər, istisnalar var, amma bunlar barədə daha geniş şəkildə danışacağıq.
Gediş haqqı tarifi bir çox dövlətlərdə sadəcə sosial məsələrdir və onun arxasında adətən heç bir iqtisadi səmərə yoxdur. İctimai nəqliyyat şəhərlərin təqdim etdiyi ən vacib funksiyalarından biridir, eynən polis, yanğın söndürmə, yollar və elektrik enerji təchizadı kimi, çünki səmərəli itctimai nəqliyyat olmasa heç bir iri şəhər mobillik funksiyasını yerinə yetirə bilməz.  Bu səbəbdən bir çox mütərəqqi şəhərlər icitimai nəqliyyata subsidiyalar ayırır. Aşağıdaki cədvəldə bunu görmək olur.
 
Gördüyünüz kimi əksər şəhərlərdə sərnişinlərin ödədiyi gediş haqqı əməliyyat xərclərinin yalnız 30-40%-ni qarşılaya bilir. Şəhərlər ictimai nəqliyyatı maliyyələşdirmək üçün bir neçə məmbələridəm əldə edilən vasitləri subsidiya formasında sərnişindaşıma şirkətlərinə yönəldirlər, məsələn ödənişli parklanma haqları, nəqliyyat vergiləri, yanacağın qiymərində olan aksiz və vergilər və sair. Buna baxmayaraq ictimai nəqliyyat şəxsi avtomobilə nisbətən iqitisadi cəhətdən çox hada səmərəli hesab edilir. 
Daha bir misal gətirmək olar: Estoniyanın paytaxtı Tallin şəhərində ictimai nəqliyyat yerli sakinlər üçün tam olaraq pulsuzdur, şəhər bütün xərcləri öz üzərinə götürür, bu addım Tallində şəxsi avtomibillərin istifadəsini azaltmaq üçün edilir. Deyilənə görə bu addımın olduqca müsbət iqtisadi effekti var.
 
Bəs bizdə vəziyyət necədir?
Anlamaq lazımdır ki, əməlliyyat subsidiyaları ancaq cari xərcləri ödəmək üçün xərclənir, bunda əlavə investisiyalara istiqamətlənən subsidiyalar da ola bilər.
Bakı şəhərinin ictimai nəqliyyatının yalnız iki iştirakçısı əməliyyat xərclərinin qarşılanması üçün dövlət büdcəsindən  subsidiya alır, bu Metropoliten və BakuBus MMC-dir. 2016-cı ildə Bakı Metropoliteni 38 milyon manat məbləğındə əməliyyat subsidiyası almışdır, bu isə ümumi gəlirlərin 44%-i deməkdir.

 

 
BakuBus MMC isə 2016-cı ildə 2 milyon manat subsidiya almışdır, bundan əlavə bu müəssisənin kreditləri maliyyə nazirliyi tərəfindən ödənilir.
 
Digər misalı da gətirə bilərəm: Bakı şəhərində nisbətən keyfiyyətli xidmət göstərən Xaliq Faiqoğlu MMC 2017-ci ili böyük maliyyə zərəri ilə bitirmişdir və faktiki olaraq şirkət Safa holdinqə daxil olan digər bizneslərin hesabına dolanır.
Bir tərəfdən aydındır ki, real keyfiyyətli sərnişindaşıma bir sərnişin üçün 50 qəpikdən yüksəkdir, ancaq əməliyyat xərcləri isə 25-30 qəpik ətrafındadır. Digər tərədfən anlaşıqlıdır ki, dövlət gediş haqqlarını qaldırmaq istəmir, çünki cəmiyyətimizdə böyük həssas təbəqə var və onların daha yüksən gediş haqqı ödəməsi faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən dövlət icitimai nəqluyyata daha çox diqqət ayırmalıdır və bu işi daşıyıcılar üçün normal biznesə çevirməlidir. Bu zaman özəl şirkətlər həm investisiya yatıra biləcəklər həm də xidmət səviyyəsini artıra biləcəklər.
Əgər Bakıda düzgün ödənişli parklanma təşkil edilsə bu subsidiyalar üçün böyük bir məmbə  ola bilərdi. Eyni zamanda Bakı şəhərində yol tikintisinə ayrılan vəsaitlərin biz hissəsi ictimai nəqliyyata ayrılsaydı, biz hazırda tam fərqli bir şəhər görərdik. Geniş məqalə burada.

 

Yazı ilə bağlı rəy bildirin: