“Yol nə qədər geniş olsa, bir o qədər yaxşıdır” – biz bu ifadəni tez-tez taksistlərdən, avtomobil həvəskarlarından, siyasətçilərdən, yol çəkənlərdən və məmurlardan eşidirik. “Nə qədər çox olsa, o qədər yaxşıdır” məntiqi evə çörək alanda, maşına benzin dolduranda işləyir və yaxşı olarki bu prinsip şəhər yollarına tətbiq olunmasın. Əks halda faciə baş verir.

Bu gün şəhər yollarındakı zolaqların genişliyindən danışacağıq: Onlar niyə dar olmalıdır və bu niyə avtomobilçilərin xeyrinədir?

Sürmə psixologiyası

İnsan – ağıllı varlıqdır, beyin ətraf mühiti analiz edir və ona uyğun hərəkət siqnalları verir. Maşın sürərkən biz ətrafı analiz edirik. Məsələn saatda 100 km sürətli ilə maşını divarın üstünə sürmürük. Əgər kimsə fərdi şəxslər bunu edirsə bu artıq o insanların problemidir 🙂

Paytaxtın Yusif Səfərov küçəsi yenidənqurmadan sonra istifadəyə ...

Normal şəraitdə bir maneələrin olmasına, ətrafdakı insanlara və maşınlara, hava şəraitinə,  nişanlara, cərimələrə və s. fokuslanırıq. Bu prosses bizim beynimizdə avtomatik baş verir.

Robotdan fərqli olaraq isə insan tək obyektiv yox həm də subyektiv fikirləşir. Şəhər salma zamanı insan və ətraf mühit əlaqəsini nəzərə almaq lazımdır.

Məsələn küçədə ağacların olması çox vacib bir rol oynayır: biz maşın sürərkən öz sürətimizi bizə nəzarən sabit əşyalara görə ölçürük. Səhrada 80 km/saat sürəti bizə təhlükəsiz görünəcək lakin hər iki tərəfində ağaclar əkilmiş küçədə artıq çox sürətli sürdüyümüzü hiss edəcəyik. Beynimiz bizə siqnal göndərəcəkki bu sürətlə o ağaclardan birinə çırpılsaq nəticəsi faciəvi olacaq. Ağaclar burada bir növ qıcıqlandırıcı funksiyasını oynayır və bizim sürətimizi azaltmağa vadar edir.

Sadəcə aşağıdakı iki şəkli müqayisə edin. Biri Bakı digəri Amsterdamdır – harda əyləcə basmaq istəyirsən?

Heydər Əliyev prospekti bağlandı

Амстердам

Sürücünün fikir verdiyi ilk şey hərəkət zolağıdır. Sovetdən qalma adətə görə bizdə zolaqları 3.5-4 metrlik etməyi sevirlər. Məsələn Land Cruiser-in eni 2 metrdən azdır. Nəticədə bu zolaqla hərəkət edən sürücünün hər iki tərəfində kifayət qədər boş məsafə qalır.

Bakının bu hissəsi 3 gün kilidlənəcək

Bu boşluq sürücülər ilə qəddar zarafat edir və onlarda təhlükəsizlik illuziyası yaradır: sürətli sürmək olar, nəsə olsada zolaq daxilində manevr etməyə yer var. Sonrası isə aydındır: yüksək sürət və faciə qaçılmazdır.

Zolağın eni və sürətli sürmək arasında olan əlaqəni nə dünən nədə keçən ay kəşf etməyiblər. Bir çox yol hərəkətinin təşkili kitablarında belə bir statistika var: orta təcrübəli sürücü 3 metrlik zolaqda rahat 65 km/saat sürətlə gedəcək, eni 3.5 metrə dəyişdikdə isə sürət 90 km/saata qalxacaq.

Enli zolaqlar nəticəsində baş verən Yol Qəza Hadisələri

WRI Ross Center saytında yayımlanan statistikaya görə zolaq nə qədər geniş olarsa bir o qədər təhlükəli olur. WRI araşdırması göstərirki zolağın eni 2.8-3.25 m olan şəhərlərdə (Amsterdam, Tokio, Kopenhagen və s.) 100000 adama düşən YQH-lərində ölüm faizi ən aşağı həddədir.

Сравнительная иллюстрация, показывающая ширину полосы движения в разных городах, уровень их смертности на 100 000 населения и индекс безопасности. WRI Ross Center.

Yeni-Dehli, Mumbay, San Paolo kimi şəhərlərdə zolaqğın emo 3.25-3.60 metrdir və bu 100000 nəfərə düşən ölüm sayını 6.1-11.8-ə çatdırır.

Zolaqları hədsiz ensiz etməkdə yaramır: Jakarta və Sinqapurda 2.60-2.80-lıq zolaqlarda ölüm nisbəti 3.6-6.4-dır.

Geniş zolaqlar tıxacın qarşısını alırmı? 

Xeyr. Luis Mamfordun 1963-cu ildəki sitatını çap edib AAYDA-nın qapısından asmaq lazımdır: “Tıxacın qarşısını almaq üçün yolu genişləndirmək, artıq çəki ilə mübarizədə kəmərdə yeni deşik açmağa bənzəyir”

Yolları genişləndirmək yollardakı maşın sayını daha da artırır. Bu barədə biz əvvəlki yazılarımızda məlumat vermişdik

Bakıda tıxac var - Sürücülərə xəbərdarlıq

Araşdırma göstərirki 3 metrlik zolaq 3.6 metrlik zolağın 93%-i qədər maşın buraxırki bu öz növbəsində hiss olunacaq fərq deyil.

Niyə zolaqlar belə genişdir? 

Obyektiv səbəb (ətraflı aşağıda): Bacardığımız qədər geniş edə biləriksə, niyə etməyəkki? Sovet dönəmində zolaqlar adətən yük maşınları üçün nəzərdə tutulurdu.

Bunun öz məntiqi var: yük maşını keçən yerdən, minik maşını hələm-hələm keçər.

Subyektiv səbəb: çünki geniş zolağı çəkmək asandır. hesablamağa ehtiyac yoxdur. Çəkdin bitdi.

Bu problem təkcə bizim üçün keçərli deyil. On illər ərzində dünya yol mühəndisləri geniş zolaqları təhlükəsiz sayırdılar çünki zolaq daxilində manevr etmək üçün imkan var idi və yan qəzalardan qorunmaq rahat idi. Amma biz bilirikki bu əks təsir göstərir və qəza halları daha çoxalır.

Bizim standartlarımız

 

Mənfi cəhətlər

Geniş zolaqların qlobal problemi – qəza hallarının çox olmasıdır. Qəzanın yeri və vaxtını müəyyən etmək olmur və istənilən qəza böyük itkilərə səbəb ola bilər. Geniş zolaqlar bizi təkcə öldürmək və şikəst qoymaqla kifayətlənmir həmçinin vaxtımızı oğurlayır və ekologiyanı çirkləndirir

Geniş zolaqlar daha bahalı məhsuldur. Təkcə salınması yox istismarıda ensiz zolaqlardan çox pul tələb edir.

Həmçinin bu itirilmiş şansdır. Geniş səkilər, böyük şəhərlərdə onsuz da defisit olan torpaq oğurlayır. Əgər hər zolağa sərf olunmuş əlavə sahəni hesablasaq böyük bir parkın ərazinə bərabər sahə ortaya çıxar.

Gözəgörünməz nüanslar

Əgər bütün yolları ensizləşdirəciksə ora avtobus və ya zibil daşıyan maşın necə yerləşəcək? Çox sadədir. Bütün zolaqları ensizləşdirmək lazım deyil. Sağ zolağı digərlərindən biraz enli etmək olar.

Ensizləşmədən sonra qalan boş yeri nə edək?

Bu ən vacib sualdır. Çünki şəhər yolları potensial qatildirlər. Məsələn bu boş sahələri yaşıllaşdırıb maşın yolundan səkini ayırmaq olar və ya təhlükəsizlik adacıqları tikmək olar və ya səkiləri genişləndirmək olar

Əvvəl:

было

Sonra:

стало, по центру островок безопасности

стало

Məsələn Bakıda yenidən təmirdən çıxmış Məzahir Rüstəmov küçəsi müasir standartlara uyğun qurulub

Hal-hazırda məndə olan məlumata görə bu cür yenidən qurma işlərin paytaxın daha bir neçə küçəsində (Naximov, Seyid Əzim Şirvarı, Xudu Məmmədov və s.) aparılacaq.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: