Anlaşılmaz yeraltı keçidlər, yarımçıq və baryerlər dolu səkilər – və bunların hamısı düz şəhərin mərkəzində. Qış Parkı deyilən ərazidə.
Buradakı piyada üçün yaradılan şəraiti görməmisinizsə, o zaman bir az şoka düşəcəksiniz. Yeni videoda memar Dilqəm İsmayılov ilə Füzuli və ətraf küçələri gəzişdik, urbanistik icmalını edərək səhvləri göstərdik, öz məsləhətlərimizi verdik.
💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-a “Layihə sponsoru” dərəcəsinə abunə olub, siz də izləyə bilərsiniz: patreon.com/city4people