Azərbaycanda küçələr hasarlandığı, avtomobil yollarının genişləndirildiyi, piyadalar üçün 2-3 mərtəbəli keçidlər tikildiyi zamanda dünya artıq “Ortaq küçə” (shared space) prinsipi ilə yaşayır. Bu prinsipin əsas məqsədi küçəni adət etdiyimiz hərəkət hissələrinə bölməməkdir. Yəni piyadalar və velosipedçilər üçün adət etdiyimiz qanunlar artıq işləmir. Onlar istədikləri yerdə, istədikləri kimi hərəkət edirlər (Təbiiki bir birlərinə maneə törətməməklə). Bunu etməkdə səbəb nədir? Əsas səbəb – təhlükəsizliyi artırmaqdı. Əlavə olaraq bu şəhəri daha insan yönümlü edir və avtomobil istifadəsini azaldır.

Bu yazımda bu prinsipin tətbiq olunduğu Okland haqqında danışacam. Artıq 4-cü ildirki bu prinsip Okland küçələrində işləyir və nəticələri aşağıdakı kimidir:

Ortaq küçələrin prioriteti piyadalardır. Bu küçələrdə ancaq malların doldurulub və boşaldılması üçün parking nəzərdə tutulub (07:00-11:00 aralığında). Sürət limiti – 10 km/saatdır. Şəhərdə bu tip küçələrin sayı 8-dir.

ELLİOTT KÜÇƏSİ

Elliott küçəsi bu qaydalara qədər:

Elliott küçəsi sonra

Rekonstruksiyadan sonra bu küçədəki statistik göstəricilər:
– Piyada trafiki 10% – 140% artıb
– Avtomobil trafiki 14% – 54% azalıb
– Maşınların hərəkət sürəti 15% – 29% azalıb
– Küçələrdəki mağazalarda satış 27% – 439% artıb

Göstərilən faizlər müxtəlif vaxtlarda nəzərə alınan minimum və maksimum göstəricilərdir

FORT STREET

Əvvəl

Sonra

Bu küçədə də artım nəzərdə tutulub:
– Küçədə yaşayan mənzil sahiblərinin 91%-i rekontsruksiyanı müsbət adlandırıb. İşlər başlayandan öncə isə cəmi 17%-i bu ideyanı yaxşı sayırdı.
– 75% obyekt sahibləri yenilənməndən sonra biznes gəlirlərinin artdığını bildirib
– Pik saatlarda piyada trafiki 50% artıb
– Küçədə gəzən piyadalar arasında keçirilən səs verməyə görə onların 49%-i lazım olsada-olmasada bu küçəyə yenidən gələcəklərini bildirib
– Avtomobil trafiki 34% azalıb, avtomobillər isə asta hərəkət edir
– Maraqlı tərəflərin 100%-i avtomobil istifadəsinin azalmasını bizneslərinə təsir etmədiklərini bildirib

Bu göstəricilərə görə bu proqram uğurlu qəbul olunub və nəticələrinə görə bəzi məsləhətlər qeyd olunub:
1) Avtotrafiki azaldın – Lazım olduğu andan başqa bütün hallarda maneəsiz avtomobil istifadəsini azaldın. Bunun əvəzinə küçəyə alternativ giriş yaradın.

2) Parkingə nəzarət edin. Rəsmi parking 07:00-11:00 arası nəzərdə tutulsada, başqa vaxtlarda da parking edən avtomobillər olacaq. Onlarla xüsusi mübarizə aparmaq lazımdır.

FEDERAL STREET ƏVVƏL

FEDERAL KÜÇƏSİ SONRA

3) Maşınların düz hərəkət edə bilməməsi üçün ağaclar əkin və ya başqa maneələr yaradın.

4) Piyada zonaları yaradın (avtomobillərə giriş qadağan olan ərazilər)

5) Müəyyən vaxtlarda ortaq küçələrə maşınların buraxılmasına icazə verməyin – məsələn gecə həyatı aktiv olan küçələrə, bu saatlarda avtomobil girməsin.

6) Sürəti məhdudlaşdırın – bu tip küçələrdə 10 km/saatdan yüksək sürətlə hərəkət edən avtomobillər olmamalıdır.

Bu bloq yazımızda yenicə təmirdən çıxmış bəzi küçələr haqqında yazmışdıq. İndi özünüz müəyyən edin, hansı tip küçələrdə gəzməyi seçərdiniz?  

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: