Əvvəlki yazılarımda şəhərin şəxsi avtomobildən istifadəni niyə və necə azaltması barədə danışmışam. Biz maşınları şəhərdən kənarlaşdırmaqla insanların A nöqtəsindən B nöqtəsinə getmək məcburiyyətinin qarşısını ala bilmirik. Amma şəhər insanların şəxsi avtomobildən istifadə etmədən ictimati nəqliyyat (İN) vasitəsilə bir nöqtədən digərinə gedə biləcəyi bir yerdir. Bəs ictimai nəqliyyat necə olmalıdır? Gəlin bu yazımı rahat olsun deyə 2 yerə bölək: İN-də Piyada üçün vacib olan nədir və şəhər üçün vacib nədir.
Piyada üçün vacib olan nədir?
Sadə piyadaların İN-dən bir neçə tələblər var. Bu tələblər yüksək səviyyədə olsa piyadaları könüllü şəkildə şəxsi avtomobildən İN-a keçirmək mümkündür. Bu tələblər aşağıdakılardır:
Təhlükəsizlik: Hər kəs İN-dən təhlükəsiz istifadə etmək istəyir. Bakı küçələrindən kimlərin, necə və hansı avtobusları sürdüyünü nəzərə alsaq, niyə çoxlarının İN-dən istifadə etmək istəmədiyini anlaya bilərik. Təhlükəsiz İN üçün nə lazımdı?
1) Sertifikatlaşdırılmış sürücülər
2) Yüksək keyfiyyətli daşıma vasitəsi
3) Təhlükəsiz marşrut
Həmçinin təhlükəsiz nəqliyyat vasitəsindən əlavə İN-ə minmək və düşməkdə təhlükəsiz olmalıdır. Məsələn bu gün Bakıda ikinci hətta üçüncü zolaqda avtobusu saxlayıb sərnişin mindirən və ya düşürdən sürücülər kifayət qədərdirki buda həmin sərnişinlərin həyatı üçün təhlükəlidir.
Rahatlıq: Əlbəttə şəxsi avtomobilin verdiyi rahatlıq ilə İN heç vaxt eyni olmayacaq amma məqsəd onlar arasındakı fərqi minimuma endirməkdir. Mən bu fərqi minimuma endirmək üçün lazım olan əsas nüanslara toxunacam:
1) Marşrut xətləri – elə hazırlanmalıdır ki, piyada şəhərin bir başından digərinə qısa zamanda çata bilsin. İN dayanacaqları ayaqla gedilə biləcək qədər yaşayış yerlərinə yaxın olmalıdır. Amma başa düşürük ki, avtobus dəyişmədən şəhərdə hərəkət etmək demək olarki qeyri-mümkündür. Bunun üçün aralıq stansiyalar olmalıdır ki, sərnişin bir avtobusdan düşüb digərinə minə bilsin. Buna terminologiyada – İntermodal ictimai nəqliyyat deyilir (Gələn yazımda bu barədə danışacam)
2) Vaxt və dəqiqlik – Niyə insanların çoxu metronu sevir? Çünki metronun hərəkətində problemlər çox az olur və insanlar gedəcəkləri yerə təxminən neçə dəqiqəyə çatacaqlarını bilirlər. Şəhərin qarşısında duran məsələ bütün İN-ı metro kimi dəqiq idarə etməkdirki insanlar evdən çıxmadan gedəcəkləri yerə təxminən nə vaxta çatacaqlarını hesablaya bilsinlər. Dünyanın bir çox ölkələrində dayanacaqlarda avtobusların cədvəli yazılır.
Amma İN 5-10 dəqiqə aralığı ilə gəlirsə heç bu cədvəli asmağada ehtiyac yoxdur. Çünki piyadanın nə vaxt evindən çıxacağından asılı olmayaraq bilirki tezliklə onun avbotusu/trolleybusu/tramvayı gələcək.
3) Məlumat – Azərbaycanda qəbul olunubki, hamı İN haqqında hər şeyi bilir və onları məlumatlandırmaq lazım deyil. Amma biz bunun düzgün olmadığını bilirik. Şəhərin hər bir sakini İN haqqında tam məlumatlı olmalıdır. Bunun üçün dayanacaqlara məlumat lövhələri yapışdırılmalıdır.
Yuxarıdakı şəkli şərhə etməyə məncə ehtiyac yoxdur. Ən azı sərnişin bu dayanacaqdan hara və necə gedəcəyini bilir.
4) Şəxsi məkan – İnsan sosial varlıq olsada kiminsə onun şəxsi məkanına soxulmasını normal qəbul edə bilmir. Bizim İN-da isə bu məkan heç gözlənilmir. 1 adamın yerinə sürücülər 5 adam doldurur. Səhv etmirəmsə dünya praktikasında İN-da optimal insan sayı oturacaq yerlərin tam dolması qəbul olunur. Əgər İN “ağzına kimi” insanla dolu olursa bu nəyinsə düzgün olmamasının ilk siqnalıdır.
5) Əlçatan olması – İN bütün insanlar üçün bərabər səviyyədə əlçatan olmalıdır. Mən bunu dedikdə təkcə fiziki qüsurlu insanları nəzərdə tutmuram. Heç ömrünüzdə bir dəfə dolu çemodanla qatar və ya avtobusa minməyə çalışmışsız?
6) Bilet sistemi – Mütləq şəkildə insanlara bilet almaq üçün seçim verilməlidir. Bu biletlər birdəfəlik, aylıq və ya limitsiz olmalıdır.
7) Təmizlik – İN həm daxildə həm xarici təmiz olmalıdır. İnsan psixoloji olaraq daim təmizliyə üstünlük verir. Şəkildəki avtobusa kim minmək istəyərki?
Həmçinin təmiz avtobusda heç kim “donuzluq” etmək istəmir. “Qırıq şüşələr teoriyası” – qorxulu şeydirki, bunun haqqında da növbəti yazılarımızda danışacıq.
Sürət: İN-ın ən önəmli faktorlarından biridir. Ümumi qaydalara görə İN tıxacda ümumiyyətlə qalmamalıdır. Birincisi heç kim tıxacda qalmaq istəmir 🙂 İkincisi isə tıxacda şəxsi avtomobildə qalan biri yanından yüksək sürətlə keçən İN-ı gördükdə gələn dəfə vaxtına və əsəblərinə qənaət edib İN-ı seçəcək.
İN-ın orta sürəti 15-25 km/saatdır. Amma ayrılmış yollarda bu sürət biraz daha artıq olur. Minik avtomobili ilə aradakı sürət fərqini azaltmaq üçün isə avtomobillərin işini çətinləşdirmək lazımdır. Məsələn avtobus düz yol ilə gedir avtomobil isə yox
Buna San Francisconun məhşur Lombard küçəsini nümunə gətirmək olar
Şəhər üçün vacib olan nədir?
Şəhər yuxarıda sadalanan hallardan başqa konkret hallar üçün İN seçməlidir. Əgər marşrut xətti günün pik vaxtlarında çox dolu olmursa avtobusla idarə etmək olar. Bu xəttin istifadəçiləri nə qədər çox olarsa aydın məsələdirki avtobuslar insanları daşımağa bəs etməyəcək. Həmçinin şəhər ekoloji və iqtisadə aspektləridə nəzərə almalıdır
Şəhər başa düşməlidirki nə qədər bahalı İN alarsa bir o qədər uzun müddətli onu istismar edib daha çox gəlir əldə edəcək. Gəlin tramvay və avtobusu müqayisə edək:
Məncə şərhə ehtiyac yoxdur. Ümid edirik ki, tramvay xəttini Bakımıza bir gün geri qaytararlar.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.