Yol Polisi haqqında ictimai rəyi ölçsək, bir çoxları mənfi bir mövqe tutacaqlar, lakin əminəm ki, əlavə olaraq bir çox insan 10 il əvvəlki ilə müqayisədə müsbət dəyişiklikləri də qeyd edəcəklər. Bəli, Yol Polisi ilə bağlı mənfi münasibət reputasiya və stereotip düşüncə məsələsidir, lakin hər şey göründüyü qədər sadə deyil. Şəxsən mənim, intizamlı bir sürücü olaraq, yol polisinin işi ilə əlaqədar heç bir şəxsi şikayətim yoxdur, buna baxmayaraq, həll etməli problemlər də var və onların həlli ilk növbədə Bakının uğurlu gələcəyi üçün lazımdır.

Yol hərəkətinin təşkili

Məlum olduğu kimi, Dövlət Yol Polisi Bakı Nəqliyyat Agentliyi ilə birlikdə Bakı şəhərinin inzibati ərazisində yol hərəkəti təşkilatı ilə məşğul olur. Amma ümumiyyətlə polis bu məsələlərlə məşğul olmalıdırmı? Dünya təcrübəsinə müraciət etsək, birmənalı cavab “yox” olacaq. Bu vəziyyət bizə Sovet dövründən miras qalıb, lakin qanunvericilikdə edilən son dəyişikliklərə görə, hal hazırda Bakı şəhərində hərəkətin təşkili ilə Bakı Nəqliyyat Agentliyi məşğul olmalıdır, amma bütün addımlar və planlar hələ də Yol Polisi tərəfindən razılaşdırılmalıdır.

Bütün proqressiv dünyada, yol hərəkətinin təşkili, şəhər yollarının və küçələrinin layihələndirilməsi, yol nişanlarının və svetoforlarının quraşdırılması hüquq-mühafizə orqanlarının deyil, nəqliyyat mütəxəssislərinin işidir. Müasir şəhərlərin nəqliyyatı xüsusi bilik, təlim və strateji baxış tələb edən bir çox kompleks məsələlərdən ibarətdir. Təəssüf ki, son illərdə təklif olunan yol hərəkətinin idarəetmə layihələri həyata keçirilmir və ya ləngiyir, bəzən də yol polisində onların həyata keçirilməsini bu və ya digər səbəbsən istəmirlər.

Nəqliyyat axınlarının nizamlanması

Digər vəzifələrdən əlavə, yol polisi problemli kəsişmələrdə və yol ayrıclarında xüsusən də pik saatlarda, nəqliyyat axınlarını tənzimləmələdir. Təəssüf ki, bir çox hallarda svetoforların işləmə rejimləri və kəsişmələrdə hərəkətin təşkili effektiv buraxılış qabiliyyətini təmin etmir. Belə olanda Yol Polisinin əməkdaşları əl rejimində hərəkətə nəzarət edirlər. Lakin, bu tədbirlər həmişə vəziyyətin yaxşılaşmasına gətirib çıxarmır. Bir çox hallarda isə prioritet sadəcə bir küçəyə verilir və kəsişən küçə ilə hərəkət edən axın isə uzun müddət gözləməli olur. Bu səbəbdən uzun növbələr və tıxaclar yarınır.

Bakıda bu kimi bir neçə nümunə gətirmək olar, amma yalnız iki nümunəni qeyd etmək kifayətdir. Birinci nümunə Mikayıl Useynov küçəsində, Azneft dairəsinin istiqamətindədir. Orada, demək olar ki, hər iş günü, səhər və axşam mərkəzə doğru olan nəqliyyat axını məhdudlaşdırılır və avtomobil axını böyük bir ara ilə buraxılır. Bu, Azneft dairəsinin nisbətən davamlı bir hərəkətə malik olmasını təmin etmək üçün həyata keçirilir, amma Mikayıl Useynov küçəsində bir çox avtobusda və yüzlərlə avtomobildə olan sərnişininlərin maraqları nəzərə alınmır.

Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsi digər bir nümunədir. Həm də hər səhər Babək prospektindən mərkəzə gedən yol süni olaraq yol polisi tərəfindən məhdudlaşdırılır, təbii ki, heç kim nəqliyyat vasitələrinin və avtobusların gecikməsinə diqqət yetirmir, heç kim bu hərəkətlərin iqtisadi ziyanını nəzərə almır.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

Bir çoxları Yol Polisinini ancaq yol hərəkəti qaydalarını pozan sürücüləri cəzalandıran bir orqan kimi tanıyırlar. Bu ona görə baş verir ki, vətədaşlar Yol Polisini pozuntuları aradan qaldırmağa çalışdığını və profilaktik tədbirlərini həyata keçirməklərini görmürlər. YPX reydlər və maarifləndirmə tədbirlərini keçirirsə belə, bu daha çox formal və sistemsiz xarakter daşıyır. Bununla belə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və qayda pozuntuların qarşısının alınması yol polisinin əsas işidir. Əlbəttə, inzibati xətalarara görə təmbeh tədbirləri də yol polisinin əsas vəzifələrindən biridir.

Bundan əlavə müasir zamanədə yol patrul xidmətlərinin işi bir qədər rahatlaşıb, çünki hal-hazırda yollarda patrulun fiziki iştirakinı tələb etməyən, qayda pozuntularını qeydə alan texniki vasitələr var və beləliklə şəxsi heyət işin daha böyük hissəsini qayda pozuntularının profilaktikasına həsr edə bilər. Əfsuslar olsun ki, belə davranış nadir hallarda müşahidə olunur, yol polisinin şəxsi heyəti sürücülərin qaydaları tez-tez pozan ərazilərin yanında müşahidələr aparır. Əsas məsələ ondadır ki, onlar problemli yerlərdən əvvəl deyil sonra dayanırlar. Belə qənaətə gəlmək olar ki, məqsəd problemli sahələrdə təhlükəsizliyin təmin edilməməsi deyil məhz pozuntuya yol vermir sürücülərin cəzalandırılmasıdır. Bundan əlavə, kütləvi pozuntuların olduğu yerlərdə hərəkərin təşkilini dəyişmək təklif olunmur.

Onu qeyd edim ki, Yol Polisi yüksək məbləğdə cərimə tətbiq edilən pozuntuların arxasıca düşməyə meyl edir. Məsələn, pərdələrə və plyonkalara görə və ya avtoxuliqanlığa görə daha böyük həvəslə cərimələməyə meyl var. Mənim fikrimcə, bu vəziyyəti düzəltmək üçün müfəttişlərin və şəxsi heyətin motivasiyası radikal şəkildə dəyişdirilməlidir. Polis məmurları çox sayda protokol və cəza yazmaq üçün deyil, qəza və pozuntu sayını azaltmaq üçün təşviq edilməlidir.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: