Gəlin avtobus ciblərinin xeyirləri haqda olan nağıl barədə danışaq. Əgər biz həqiqətən piyadalar haqqında düşünürüksə, tıxaclardan qurtulmaq və şəhəri əlçatan etmək istəyiriksə, avtobus cibləri bu işdə zərərdən başqa bir şey vermir. Niyə?
Vaxt
Dayanacaqdan dayacanağa ancaq düz getmək belə avtobuslar üçün çətin deyil. Ancaq bu işə cibə girmək üçün gözləmək, cibə girmək və ordan çıxmağı əlavə etsək avtobus sürücülərinin işi birə beş artır. Əsasəndə cibdən çıxarkən “qaydalara uyan” sürücülərimiz ictimai nəqliyyatı gözləmir və iş daha da çətinləşir. Məmular bu iş barədə “Sürücülər ictimai nəqliyyat yol verməlidir, bu qanundur” desədə, əməldə heç kim buna uymur.
Yekunda isə ya sürücü ciblərə məhəl qoymayıb ora daxil olmur və ya piyadalar xeyli vaxt itirir. Piyada nə qədər çox cibli dayanacaqlı yol gedirsə o qədər çox vaxt itirir. Yollarda cibli dayanacaq tikən məmurlar üçün cəhənnəmdə xüsusi qazan hazırlanır 🙂
Parking
Daha bir sadə fakt – bizim taksi sürücülərimiz dayanacaq cibini parking yeri kimi görür və özlərini ora “soxmağı” özlərinə borc bilirlər.
Nəticədə avtobuslar ikici və üçüncü sırada saxlayır. Piyadalar isə maşınların arasından keçib avtobusa minməlidirlər
Bəs cib heç lazım deyil?
Dayanacaq ciblərini şəhərdən kənar yollarda, avtomagistrallarda mütləq tikmək lazımdır. Çünki o yollarda avtomobil əsas prioritetdir.
Ciblər necə olmalıdır?
Əslində dünya praktikasında artıq ciblərdən yox, anticiblərdən istifadə olunur
Əgər yolun qırağı parking üçün istifadə olunursa avtobus dayanacaqlarınında anticiblərdən istifadə olunur. Fiziki olaraq dayanacaqda nə taksi dayanacaq nədə başqa maşın parking edə biləcək. Ümid edirəmki BNA bu tip anticiblərin tikilməsini nəzərdə tutub və Bakımızda tezliklə dayanacaqlar yenidən sərnişinlərə qaytarılacaq
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.