Ağ Şəhərdə olan küçələrin tənqidi və təhlili

 

Ağ Şəhər bir müasir şəhərsalma baxımıdan olduqca maraqlı nümunədir. Bakı şəhərinin bir çox yeni tikililərdən fərqli olarara bura sıfırdan planlaşdırılmış bir ərazidir. Burada əmələ gələn küçələr də çox maraqlı alınıb, burada iki ən əsas mələlələr var: insan miqyası və sıx, qarışıq şəhərsalma.
 
Misal üçün bu küçəni götürək.
 
Əvvəl müsbətdən danışaq:
1.    Burada ortamərtəbəli, kvartal tipli şəhərsalma var, kvartallarım uzunğu da optimaldır
2.    Küçədə ağaclar var. Daha yaşlı ağaclar ola bilərdi, amma deyəsən xəsislik ediblər
3.    Ciblərdə paralel parklanma
4.    Baryersiz mühit var
 
İndi isə bu küçələrin salınmasında  və yol hərəkətinin təşkilində yol verilmiş səhvlərdən danışacam. Nəzərə alın ki, tənqid məhz küçə layihələndirməsinin müasir yanaşmalarını əsas götürəcəm. Təbii ki, Bakının başqa küçələri ilə müqaisə etsək, hər şey heç də pis deyil.
 
1.     Bu növ kvartaldaxili yaşayış küçələrində sürət məhdudiyyatı 30-40 km/s olmalıdır və buna nail olmaq üçün Nəqliyyat axınının sakitləşdirilməsi üçün təbbirlər görülməlidir, məsələn: qaldırımış yol kəsişməsi

 

 
Və ya qaldırılmış pidaya keçidi.

 

Belə küçələrdə sürət düzgün seçilsə, heç velosiped zolaqlarına da ehtiyac qalmaz.
2.    Başa düşdüyüm kimi burada hərəkət zolaqların eni standart 3.5-3.75 metrdir. Bu isə çoxdur, zolaqların eni 3 mert olmalıdır.

 

3.    П-vari piyada keçidləri.
 
Təbii ki bu yol verilməzdir və belə olmamalıdır, bu ancaq qayda pozuntularının sayını artırır.
 Bunadan əlavə əgər burada nizamlanmayan piyda keçidi qoyulurda mütləq təhlükəzilik adası olmalıdır.
 
4.    Piyada keçidləri hər kəsişmədə və birləşmədə olmalıdır. Piyada keçidlər piyadalara lazım olan yerlərdə olmasa, piyadalar qaydaları daim pozacaqlar, məmurlar isə “mədəniyyətdən” danışmağa əlavə səbəb tapacaqlar.
 
5.    Çox maraqlıdır ki, bir çox yerlərdə sol döngə qadağandır, səbəbi məlum deyil. Yaşayış küçələrində belə olmamalıdır.

 

 
6.    Parknlanma cibləri həddindən artıq geniş tikilib, buraya 1.5 maşın yerləşər.

 

 
7.    Çox maqaqlı və qəribə parklanma nişanı
             Nişan səkidə parklanmaya çağırır.
 
8.    Yenə nəhəng dairələr və yeraltı keçidlər.

 

             
             Azəravtoyol hətta gözəl planlaşdırılmış küçələri korlaya bilər. Dairə belə olar.

 

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: