Müasir təcrübəyə arxalanan nəqliyyat siyasəti: 2-ci hissə

 
Küçə-yol şəbəkəsi
 
Keçən yazıda nəqliyyat siyasətinin əsas prinsiplərində danışdıq. Bu məqalədə isə Bakı şəhərinin küçə və yol şəbəkəsinə dair zəruri addımlardan danışmaq istərdim.
Bakı şəhərinin küçə və yol şəbəkəsi əsasən sovetlər dövründə formalaşıb.  O zamanlar şəhərlərin yol şəbəkəsi aşağı avtomobilləşmə səviyyəsinə uyğun layihələndirildi.  Lakin elə sovet dövründə, daha dəqiq 1970-80-ci illərdə Bakı şəhərinin küçə və prospektlərinin buraxılış qabiliyyətinin artırılması gündəmə gəldi. Bu zaman bir çox prospekt və küçələrdə nəqliyyatım bir tərəfli hərəkəti təşkil edildi.
Istiqlaliyyət küçəsi. İkitərəfli hərəkət 
Bülbül prospektində ikitərəfli hərəkət. Yeraltı keçid hələ yoxdur.
Azərbaycan prospekti. İkitərəfli hərəkət
Azərbaycan öz müstəqilliyini bərpa edəndın sonra və xüsusən keçən əsrin 90-cı illərinin sonlarından başlayaraq  Bakı şəhərində avtomobil sahibliyi kəskin şəkildə artmağa başladı və hal-hazırda şəhərdə  təxminən 1000 sakinə 300 avtomobil var. Bu göstərici inkişaf etmiş dövlətlərlə müqayisədə böyük olmasa da, Bakının küçə- yol şəbəkəsi bu sayda avtomobili yerləşdirə bilmir. Bundan əlavə maşınların artan sayı parkinq problemini də qabartır, nəticədə isə biz hər gün şəhərin yollarında tıxac, six hərəkət və xaos müşahidə edirik.  Tıxac problemini  həll etmək və hərəkətin fasiləsizliyini həll etmək üçün şəhərdə  mövcud küçə və prospektlər genişləndirilir və onlarda daha çox bir tərəfli və nisbətən sürətli hərəkət təşkil edilir. Lakin bu mərhələdən keçən digər dövlətlərdə olduğu kimi bizdə də bu addımlar üzünmüddətli  müsbət nəticə vermir. Daha çox yol sahəsi daha çox maşın cəlb edir, şəhərin yaşayış mühiti isə pisləşir. Bundan əlavə Bakıda yol şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirmək üçün şəhəri sökmək lazım olacaq və belə tendensiyalar artiq var. Amerikan şəhərləri artan avtomobil sayına uyğunlaşmaq üçün bu cür dəyişiklikdən  keçiblər, amma bunu edən şəhərlər dünyada ən tıxaclı şəhərlər siyahısındadırlar.  
 
Biraz birtərəfli küçələrdən danışaq.
 
Əsas problemlər

 

 
Bakı şəhərinin mərkəzi hissəsində birtərəfli və geniş  yollar mövcuddur (məsələn: Neftçilər, Rəşid Behbudov, Bülbül və Azərbaycan  prospektləri, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov və İstiqlaliyyət küçələri). Belə yollarda avtomobillər yüksək sürütlə hərəkət edirlər və bu öz növbəsində şəhər küçələrində ifrat səs və piyadaların hərəkəti üçün bir sıra problemlər yaradır. Bundan əlavə bir tərəfli yollarda ictimai nəqliyyat marşrutların planlaşdırılmasında çətinliklər yaradır. Şəhərin əsas küçələri üçün birtərəfli hərəkətin təşkilinin  mənfi fəsadları:
     İfrat səs çirklənməsi
     Piyada hərəkətinin məhdudluğu
     Şəhər mühiti üçün xas olmayan yüksək sürət
   İctimai nəqliyyat marşrutların planlaşdırılmasında çətinliklər (gediş və gəliş marşrutlarının fərqli olması)
     Yerli bizneslər üçün çətinliklər.
Bakı şəhərinin mərkəzi və əhalinin sıx yaşayan  hissələrində yüksək sürətli, magistral tipli yollara bənzər küçələr mövcuddur. Bu amil bu yollara bitişik sahələrdə yaşayış səviyyəsini aşağı salır. Bundan əlavə belə yolların xüsusiyyətlərinə görə piyadaların hərəkəti üçün bir sıra problemlər yaranır.
Mümkün həll yolları
 
   Sözü gedən küçə və prospektlərdə ikitərəfli hərəkət təşkil olunmalıdır. Bu amil şəhər mühitinin yaxşılaşmasına, piyada hərəkəti üçün daha rahat şəraitə və avtobus marşrutlarının daha optimal layihələndirilməsinə gətirib çıxaracaq.
    Bakı şəhərinin əsas küçə və prospektlərində ictimai nəqliyyatın daha sürətli hərəkətini təmin etmək üçün xüsusi avtobus zolaqlarının təşkil edilməsi zərüridir. Əgər birtərəfli hərəkət qacırılmazdırsa deməli belə yerlərdə hərəkət axınına əks olan avtobus zolaqları təşkil edilməlidir.
 
  Bakı şəhərinin mərkəzi və əhalinin sıx yaşayan  hissələrində yüksək sürətli, magistral tipli yollar mümkün qədər azaldırılmalıdır.

 

    Dünya təcrübəsində olan nəqliyyatın sakitləndirilməsi metodları tətbiq oluna bilər;

Ardı burada
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-5001-7528
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

One Reply to “Müasir təcrübəyə arxalanan nəqliyyat siyasəti: 2-ci hissə”

Comments are closed.