Dərnəgüldə nə baş verir?
Bu ilin mart ayında Dərnəgül Nəqliyyatın Mübadilə Mərkəzi istifadəyə verildi, bura 11 marşrut xətti üçün terminal dayanacaq olmalı idi. Bu mərkəz haqqında burada ətraflı yazmışam.
Sonradan bu ərazidə müamalı hadisələr baş verməyə başladı. Əvvəlcə o ərazidə əkilən cavan ağaclar bir gecənin içində yox oldu. Lakin aprel ayında birdən birə Nəqliyyatın Mübadilə Mərkəzində və əsasən orada olan qazonlar çəpərə alındı və tikinti başladı. Oraya özüm baxmaq istədim.
Birincisi bu Nəqliyyatın Mübadilə Mərkəzi sanki ölüxanadır, metrodan çıxan insamların sayı az, sərnişinlərin sayı da çox azdır.
İnsanların sayı o qədər azdır ki orada artlq qrafitilər peyda olmağa başlayıb.
Mərkəzi terminal stansiya kimi deyəsən ancaq BakuBus şirkətinə məxsus avtobuslar istifadə edir. Digər avtobuslar buradan sadəcə keçirlər və ya heç gəlmirlər.
Bu da yeni hasarlanan hissə.
Gördüyünüz kimi işlər gedir, ərazidə hətta ekskavator işləyir.
Hasarın üstündən çəkməyə çalışdım. Göründüyü kimi, hansısa obyektin özülü qazılır.
Çox keçmədi ki, obyektin “sahibi də gəldi çıxdı”. Tranzit nömrələri olan qara Jeep Wrangler-də bir cavan oğlan mənim marağımın səbəbini soruşdu. Deyəndə ki, bura ictimai yerdir və Nəqliyyatın Mübadilə Mərkəzidir təəccübləndi və “sənə bunu kim dedi?” soruşdu.
Göründüyü kimi “iş adamları” və yerli icra hakimiyyəti məsələni tez həll etmək istəyirlər, çünki tezliklə bütün dayancaqlar BNA-ya keçəcək və olar indiki kimi istədikıərini edə bilməyəcəklər. Çox hayıf ki, yaxşı bir ideya kimi görünən Dərnəgül Nəqliyyatın Mübadilə Mərkəzi nə tam mənada terminal stansiya ola bildi nə də ki, adad ictimai məkan.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: