Şəhər Nəqliyyatının İnteqrasiyası

 

 
Bakı şəhərində bir çox meqapolislərdə olduğu kimi işgüzar və mədəni fəallıq şəhərin mərkəzi hissələrində cəmləşir. Bu amil sakinlərin şəhərin ətraflarından və Abşeron yarımadasında yerləşən qəsəbə və şəhərlərdən Bakının mərkəzi hissələrinə gündəlik səyahətlərinə gətirib çıxarır. Sakinlərin əhəmiyyətli hissəsinin bu səyahətləri şəxsi avtomaşınlar ilə etməsi şəhərin yol şəbəkəsinə ifrat yük yaradır. İnkişaf etmiş ölkələrin iri şəhərlərində və xüsusən Avropada ötən əsrin təxminən 60-cı illərində yol tıxacları problemi müşahidə olunmağa başlamışdır. Bu problem əsasən avtomobil sahibliyinin həmin illərdə geniş yayılması ilə əlaqəli idi. Bu problemin həlli, ictimai nəqliyyatın inkişaf etdirilməsi, ondan istifadənin həvəsləndirilməsi və digər tərəfdən sürücüləri şəxsi avtomobillərin gündəlik istifadəsindən çəkindirmək siyasəti olmuşdur.
 
İnteqrasiya olunmuş  nəqliyyat sistemi niyə görə vacibdir?
İnteqrasiya olunmuş nəqliyyat sistemi sərnişinlərə bütün nəqliyyat vasitələrində istifadə etməyə asan imkanlar yaradır.
Sistem ictimai nəqliyyatdan istifadəni daha rahat edərək sərnişin sayını artırır.
İnteqrasiya olunmuş sistemdə vahid ödəniş və tarif sistemləri tətbiq olunduğuna görə ödəniş və nəzarət çətinlikləri aradan qaldırılır.
İctimai nəqliyyat növləri arasında koordinasiya baş verir və vaxt cədvəlləri harmonizasiya olunur. Bu amil nəqliyyat növlərinin dəyişmələrini asanlaşdırır.
 
Bunu necə əldə etmək olar?
 
1.  İnteqrasiyalı idarəetmə və planlaşdırma
İlk növbədə şəhərin nəqliyyat sistemində inteqrasiyalı idarəetmə lazımdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, Bakı şəhəri böyük bir aqlomerasiyadır və bu vahid aqlomerasiyanın nəqliyyat sisteminə vahid bir sistem kimi yanaşmaq lazımdır. Lakin, hal-hazırda bu baş vermir, nəqliyyat planlaşdırılması olduqca fraqmentar aparılır, çunki bununla bir neçə bir birindən müstəqil dövlət qurumları məşğul olur.
Bakı şəhərinin (bu mənada mən bütün Bakı aqlomerasiyasını nəzərdə tuturam) nəqliyyat sisteminin quruluşu kifayət qədər mürəkkədbir, bir çox iştirakçılar var və bəzən onların cavabdeh olan sahələr kəsişir.

 

Bundan əlavə Sumqayıt şəhər nəqliyyat departamenti də var.
Belə olduğu halda hər hansı bir qurum koordinasiya aparmalı və strateji idarəetmə ilə məşğul olsun ki, ümumi strateji məqsədlərə nail oluna bilsin.
 
2. İnteqrasiya olunmuş nəqliyyat infrastrukturu və nəqliyyat  xidmətləri
Bura bir çox məsələlər daxildir: nəqliyyatın mübadilə stasiyaları(mərkəzləri, habları), uzlaşdırılmış hərəkət cədvəlləri, vahid şərnişin məlumat sistemləri və naviqasiya. 

 

Son illərdə Bakı şəhərində bir neçə nəqliyyatın mübadilə mərkəzləri yaradılmışdır, lakin nəqliyyat növlərinin inteqrasiyası istənilən səviyyədə alınmır. Məsələn Koroğlu NMM avtobus terminalı metro stansiyasından və gələcək qatar stansiyasından uzaqda yerləşir, Dərnəgül NMM isə  insanları cəlb edə bilmir və bu səbəbədən avtobuslar bu məkana gəlmir.

 

Avtovağzal nəqliyyat govşağında yaradılacaq şərait yenə də sərnişinlərin maraqlarına cavab vermir. Ətraflı təhlil burada
Dünyadan bir neçə mübadilə qovşaqları ilə bölüşmək istərdim.
 
Bundan əlavə avtobus sərnişindaşıma sistemində bir çox problemlər var ki, onlar inteqrasiya olunmuş sitemin yaranmasına mane olur, məsələn:

və sair

3. Gediş haqqlarının inteqrasiyası
Ən mühüm məsələ vahid nəqliyyat sistemində vahid gediş haqqı ödəmələrinin təşkilidir. Bütün aqlomerasiyada və bütün ictimai nəqliyyat növləri üçün vahid bilet menyusu və ya vahid elektron kart işləməlidir. Bundan əlavə sərnişin etdiyi mübadilələr üçün əlavə gediş haqqı ödəməməlidir. Bunun üçün dünyada biletləri səfərlərin sayına görə deyil vaxta görə satırlar. Məsələn bu Praqa şəhərinin bir dəfəlik biletləridir, onlar 30 dəqiqə və 90 dəqiqə ola bilirlər. Bu zaman daxilində sərnişin istədiyi qədər nəqliyyat dəyişə bilər.

 

 
Eyni məsələni elektoron karlarla da həyata keçirmək olar. 
 

 

Təbii ki, mütətəqqi nəqliyyat sisteminə malik şəhərlər aylıq və illik abonement biletlərnini də satırlar.

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: