Bakının avtobus sərnişindaşımasından demək olar ki, hamı narazıdır. Hər gün internetdə kobut şəkildə qayda pozan avtobus sürücülərini görürük. Bəzən də avtobuslar müxtəlif qəzalara düşərək ölümlərə və sağlamlığa ciddi xəsarətlərə səbəb olurlar.
Sərnişinlər şikayət etdiyi mövzuları aşağıdakı keteqoriyalara bölmək olar:
- Sərnişindaşına xidmətlərinin aşağı keyfiyyəti (məsələn böyük intervallar, avtobusların dolu olması və sair)
- Köhnə və müasir olmayan avtobuslar. Bəzən xəttə olan avtobuslar sərnişin axınına adekvat deyillər
- Avtobusların nasazlığı, çirkliyi və sair
- Sürücülərin yol hərəkəti qaydalarını kobut şəkildə pozması
- Sürücülərin sərnişinlərlə kobut davranışı və etik qaydalardan uzaq olmaları
- Sürücülərin sükan arxasında arzuolunmayan və qadağan edilmiş işlərlə məşğul olmaları (siqaret çəkmək, telefonla danışmaq, hətta bəzən nəşə çəkmək kimi əməllər)
Hazırki müntəzəm avtobus sərnişindaşımasının təşkili bu problemləri həll edə bilərmi?
Qısa cavab: YOX!
Səbəblər isə iqtisadidir və əslinlində bunun səbəbi sərnişindaşıma sisteminin özündədir.
Bu sərnişindaşıma sisteminə elmi ad vermək istəsək onu şərti olaraq “konsessiya” kimi qiymətləndirə bilərik. Yəni şəhərin 150-də artrıq marşrut xətii var və bu xəttlər təxminən 45-50 daşıyıcı arasında bölünüb.
Konsessiyanın xüsusiyyətləri:
- Sahibkar (şirkət və ya fərdi sahibkar) müəyyən marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün hüquq qazanır
- Sahibkarın sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün avtobusaları, işciləri və maddi-texniki bazası olmalıdır
- Əvəzində bu sahibkar bu marşrutdan irəli gələn bütün gediş haqqlarını qazanır. Bakıda isə bir çox halda sahibkar avtobusu sürücüyə sanki icarəyə verir və sürücüdən gündəlik gəlir planı alır.
- Sahibkar bütün kapital və əməliyyat xərclərini qarşılayır
- Sahibkar bütün biznes rislərini (gəlir riski, əməliyyat riski, maliyyə riski və sair) daşıyır
- Tənzimləyici qurumlar (agentliklər) yalnız hüquqi çərçivə və standartları hazırlayırlar və təbii ki, daşıyıcılarla konsessiya müqavilələrini bağlaya və ləğv edə bilir. Bu qurunmların daşıyıcıların əmaliyyatlarına müdaxiləsi məhduddur.
Konsessiya müqavilələrinin bir neçə müsbət və mənfi tərəfləri var:
Müsbət tərəfi:
- Şəhər və ya şəhərin nəqliyyatını tənzimləyən qurumar sərnişindaşımaya görə maliyyə vəsaitlərini xərcləməli olmur
- Mürəkkəb nəzarət funksiyaları tələb olunmur
Mənfi tərəfləri:
- Sahibkar üçün sərnişindaşıma fəaliyyəti riskli bir biznesə cevrilir, bu səbəbdən isə o xərcləri mümkün qədər aşağı saxlamalı olur
- Tənzimləyici qurumun nəzarət mexanizmləri məhdud olduğundan sahibkar üçün xidmət keyfiyyəti ikinci dərəcəli bir şeydir
- Digər tərəfdən hər bir biznes üçün gəlirləri maksimallaşdırlaq əsas məqsəddir, məhz bu səbəbdən sahibkar ona məxsus avtobusları həmişə dolu görmək istəyəcək və sərnişinlərin sayını artırmaq üçün hər şey edəcək, təbii ki, keyfiyyət hesabına deyil, digər üsullarla.
- Sistem yeni avtobusları almağa və yararsız maşınları əvəz etməyə stimul yaratmır, çünki sahibkar üçün bu xalis xərcdir.
Məhz bu səbəblərdən sahibkarlar avtobusları vaxtlı-vaxtında təmir etmirlər, gündə 12-15 saat işləməyə razı olan sürücüləri işə götürürlər, sürücülər daha çox sərnişin götürmək üçün əllərindən gələni edirlər və sair. Nəzəra alsaq ki, nəzarət mexanizmləri böyük ölçüdə ancaq müqaviləni ləğv etməklə məhdudlaşır, bu problemlər həll olunmur. Əgər daşıyıcının müqaviləsi ləğv olunursa həmin marşrut üçün təcili yeni daşıyıcı tapılmalıdır, bu isə bir çox halda çətindir.
Bakı şəhərində istisnalar da var:
- BakuBus.Bu şirkət dövlətə məxsusdur və onun kapital xərcləri büdcü tərəfində qarşılanır. Bundan əlavə isə bu şirkət əməliyyat subsidiyaları alır. Təbii ki, bu şirkətin mövqeyi digər daşıyıcılarla müqaisədə imtiyazlıdır. Ədətən dövlət şirkətlərinin xərc siyasəti özəl şirkətlərdən kəskin fərqlənir, onların xərclərə nəzarəti zəif olur, cünki əksər halda dövlət onların defisitini qarşılayacaq.
- Xaliq Faiqoğlu. Bu şirkət demək olar ki, sahibinin hesabına maliyyəşdirilir və bir biznes kimi mənfəətli deyil
Beləliklə Bakı şəhərinin avtobus sərnişindaşıması sahəsində köklü sistem islahatı lazımdır. Mən bu haqqda bir neçə məqalə yazmışam
Sərnişindaşıma sisteminin təşkili haqqında
Dövlət yoxsa özəl?
Subsidiyalar haqqında
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: